Məhəmmədəli Həsənzadə

Məhəmmədəli Həsənzadə (Məhəmmədəli Hörmət oğlu Həsənzadə; 1 may 1999 - 6 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi[1][2][3]

Məhəmmədəli Həsənzadə
Məhəmmədəli Hörmət oğlu Həsənzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sumqayıt, Azərbaycan
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Xocavənd rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Sumqayıt Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Hörmət Əfsər oğlu Həsənov
Anası Vüsalə Mübarək qızı Həsənova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
  Ağdam döyüşləri
  Hadrut döyüşləri
  Füzulinin azad edilməsi
  Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı  — 2020 "Xocavəndin azad olunmasına görə" medalı  — 2020

Həyatı

Həsənzadə Məhəmmədəli Hörmət oğlu 1999-cu ildə may 1-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonunun Qilican kəndindəndir.

2005-ci ildə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbinin birinci sinifinə daxil olub və 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2016-cı ildə qəbul imtahanlarında yığdığı yüksək bal ilə Azərbaycan Turizm və Menecment Universitetinin “Biznesin İdarə Edilməsi” fakultəsinə daxil olub. 2020-ci ildə ali təhsilini başa vuraraq, Menecment ixtisasına yiyələnib. 2020-ci ilin iyul ayında SHXÇÜDX-nin Qubadlı rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

Hərbi xidməti

Sentyabr 27-də başlayan İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. Hadrutda gedən döyüşlərdə, döyüş yoldaşının yaralandığını görərək, onun həyatını xilas edib. Ağdam, Hadrut, FüzuliXocavən uğrunda gedən döyüşlərdə iştirak edib.[4] Noyabr ayının 6-da Xocəvənd rayonunda gedən döyüşlərdə şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Təltifləri

Həmçinin bax

Mənbə

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.