Məhəbbətin hökmü (film, 1998)
MƏHƏBBƏTİN HÖKMÜ | |
---|---|
Janr |
dram məhəbbət |
Rejissor | Elnur Mehdiyev |
Əsərin müəllifi | Suat Dərviş |
Ssenari müəllifləri |
Mirzəağa Atəş Elnur Mehdiyev |
Baş rollarda |
Naibə Allahverdiyeva-Cevriyyə Cəfər Namiq Kamal |
Operator | Şərif Şərifov |
Rəssam | Ağəli İbrahimov |
İstehsalçılar |
Cahanfilm "Azərbaycantelefilm" |
Filmin digər adı | Fosforlu Cevriyə |
Filmin növü | tammetrajlı bədii televiziya filmi |
Müddət | 70 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 1998 |
Texniki məlumatlar | videofilm |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Məzmun
Film küçə qadınının (Naibə Allahverdiyeva) həyatından bəhs edir.
Film haqqında
- Film aktrisa Naibə Allahverdiyevanın sifarişi ilə çəkilmişdir.
- Film Azərbaycan kinosunda ata və oğlunun rejissor, ssenari müəllifi, aktyor və bədii rəhbər kimi birgə çəkdiyi ilk filmdir.
- Elnur Mehdiyevin diplom işi olan bu filmin çəkilişi çox az bir müddətə başa gəlmişdir və rejissorun kinoda ilk işidir.
- Ədəbi ssenarinin yazılışı zamanı 2 seriya üçün nəzərdə tutulsa da, sonda 1 seriya ilə kifayətlənilmişdir.
- Film türk yazıçısı Suat Dərvişin "Fosforlu Cevriyə" əsəri əsasında çəkilib.
- Əsərdə hadisələr İstanbulda cərəyan edir. Ancaq filmdə hadisələr qeyri-müəyyən bir yerdə baş verir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Əsərin müəllifi: Suat Dərviş
- Ssenari müəllifləri: Mirzəağa Atəş, Elnur Mehdiyev
- Quruluşçu rejissor: Elnur Mehdiyev
- Quruluşçu operator: Şərif Şərifov
- Quruluşçu rəssam: Ağəli İbrahimov[1]
- Redaktorlar: Leyli Musayeva-Əliməmmədova, Vüqar Tapdıqlı, Camal Yusifzadə[2][3]
- Səs rejissoru: Firudin Bağıroğlu
- Montaj: Fərid Axundov, Gilana Axundova, Məzahir Əzimov
- Səs tərtibatçısı: Həmid Rəsulov
- Musiqi tərtibatçısı: İkram Məmmədov
- Filmin direktorları: Əlfi Şükürov, Aydın Həsəni
- Bədii rəhbər: Cahangir Mehdiyev
Rollarda
- Naibə Allahverdiyeva-Cevriyyə
- Cəfər Namiq Kamal (Cəfər Əhmədov kimi)
- Lətifə Əliyeva
- Rəhilə İbadova
- Cahangir Mehdiyev-Şerif
İstinadlar
- ""Biz təqlidçi deyil, milli ruhlu rəssamlar yetirməliyik"". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-01.
- "Tanınmış şairin anım günü keçiriləcək". 2019-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-01.
- "Camal Yusifzadə". 2019-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-01.
Xarici keçid
- myvideo.azda izlə Arxivləşdirilib 2019-10-01 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.