Sevgi

Sevgi, eşq və ya məhəbbətemosional keçid mərhələlərində insanların biri-birinə isinişməsi və bağlanması. Müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Sevgi ən yüksək fəzilət və ya yaxşı vərdişdən, ən dərin şəxsiyyətlərarası sevgidən tutmuş, ən sadə həzzə qədər bir sıra müsbət emosional və psixi vəziyyətləri əhatə edir. Valideyn sevgisi, Vətən sevgisi, həyat yoldaşı sevgisi fərqli mənaları ifadə edir. Məhəbbət həm müsbət, həm də mənfi olaraq qəbul edilir, onun fəziləti insani mehribanlığı, şəfqəti və məhəbbəti təmsil edir. Qədim yunan filosofları sevginin altı formasını müəyyən etmişlər: ailə sevgisi, dostluq məhəbbəti və ya platonik sevgi (philia), romantik sevgi (eros), özünə sevgi (philautia), qonaq sevgisi (xenia), ilahi və ya qeyd-şərtsiz sevgi (agape).

Pierre Auguste Cot (1873)

Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüşü, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir.

Sevginin elmi cavabı

Sevginin və sevginin hormonlarla da əlaqəli olduğu sübut edilmişdir. Məsələn, ananın övladına qarşı qeyd-şərtsiz sevgisinin mənbəyi doğuşdan sonra sərbəst buraxılan hormonlardır. Bu hormonlar yalnız qadınlarda (və məməlilərin qadınlarında) olur və ifraz olunmağa yalnız doğuşdan sonra başlayır. Bununla birlikdə, fərqli hormonlar qarşı cins və ya eyni cins üçün sevgili olaraq təyin olunan və hiss olunan ehtiraslı bir sevgidə xidmət edir. "Sevgi hormonu" olaraq təyin edilə bilən tək bir hormon tapılmasa da, araşdırmalar göstərir ki, bir mövzu sevdiyi insana göstərildikdə xoşbəxtlik hormonu, cinsi istək hormonu, stress hormonu və qanında adrenalin artması. Bir çox hormonun sevgi fenomenində rol oynadığı və bu hormonların görmə, eşitmə və ya psixoloji təsirlərlə ifraz olunduğu irəli sürülmüşdür. Bəzi eksperimental tədqiqatlarda PET (Pozisiya Emissiyası Tomoqrafiyası) və MRI (Maqnetik Dayanıqlı Görüntüləmə) köməyi ilə beyindəki aktiv sahələri göstərərək transsendent beynin mərkəzini göstərməyə çalışılmışdır. Tapılan bəzi məlumatlar olsa da, hələ tam bir konsensus əldə edilməyib. Stanford Universitetinin tədqiqat qrupu, sevgilərin təcrübələri ilə "ağrıkəsici" xüsusiyyətlərə malik olduğunu göstərdi.

Məhəbbət psixi sindrom kimi

Burada, həmçinin ilkin təəssüratda formalaşan gələcək rəftar modeli də, münasibətin sonrakı inkişafına aktiv təsir göstərən amillərdəndir. Ümumi halda, təbabətdə məhəbbət – xüsusi psixi sindrom növü kimi qəbul edilməsə də onun yaranması və inkişafı istənilən digər psixi sindromdan heç nə ilə fərqlənmir və beyində olduğu müddətdə subyektin davranış və düşüncəsinə, ətraf aləmə münasibətinə və s. aktiv təsir göstərir.

Məhəbbətin zahiri əlaməti

  1. Fərd məhəbbət (simpatiya) bəslədiyi şəxslə daha tez-tez görüşməyə can atır;
  2. Onunla görüş zamanı emosional aktivləşir, göz bəbəkləri böyüyür, parlaqlaşır (qanda adrenalinin miqdarının artması səbəbindən); nəbzi, göz qırpması, tənəffüsü sürətlənir (qanda cinsi hormonlar olan testosteronun miqdarının artması səbəbindən); danışığında (eləcə də, davranışında) məntiqi forma və məzmun azalır, buna müvafiq olaraq nitqi və davranışı oynaq, obrazlı və rabitəsiz forma alır (qanda həzz hormonu olan endorfinin miqdarının artımı səbəbindən); görüş zamanı Ona daha yaxın məsafədə durmağa can atır (dərinin elektrik müqavimətinin artdığı səbəbindən); görüşə can atır və görüşün daha uzunmüddətli olmasına çalışır (məs., onu evinə ötürərkən daha uzaq yolu seçir, tələsmir);
  3. Onun emosional halı ona daha tez sirayət edir (məs., Onun şən halında sevinir, kədərlənəndə qəmlənir);
  4. Onun yanında özünün yalnız yaxşı (Onun zövqünə uyğun) cəhətlərini büruzə verməyə cəhd edir (o cümlədən, səs tonu, davranışı, ətraf aləmə münasibəti və s. dəyişir); eləcə də, Onda yalnız yaxşı cəhətləri görür, mənfiləri sezmir, sezsə də dərhal rasionallaşdırır;
  5. Onun yanında "açıq tipli" jestlərdən daha çox istifadə edir (məs., söhbət əsnasında hərdən qeyri-şüuri olaraq başmaqlarını çıxarıb ayağının ucunda oynatması kimi);
  6. Fikirlərinin çox hissəsini O məşğul edir, o cümlədən, Onunla bağlı mövzular (taleyi, bioqrafiyası, həyat yolu və s.) onu daha çox maraqlandırır, bu barədə daha çox sual verir (istər Onun özünə və istərsə də ətrafdakılara);
  7. Görüş zamanı diqqəti başqalarına nisbətən ən çox Onun danışdıqları və ya mimikaları üzərində cəmlənir;
  8. Onun fikirlərinə avtoritet kimi inanır və Ona etimad göstərir, Onun hər hansı adi cəhətində də bir qeyri-adilik, təkrarsızlıq görür, valeh olur;
  9. Uzun müddət xəyalında canlandırdığından, Onu özünün lap uşaqlıqdan tanıdığı bir dostu kimi qəbul edir;
  10. Onunla öz arasında günü-gündən daha çox ümumiliklər axtarıb tapır, məs., zövqləri, baxışları, dünyagörüşləri, həyat yolları və s. arasında; münasibətlərin korlanmaması xatirinə mübahisədə güzəştə gedir, Ona qarşı olan kompaniyalarda, xarakterindən asılı olaraq, ya Onun müdafiəçisi kimi çıxış edir ya da kompaniyadan təcrid olur;
  11. Ona qarşı onda himayəçilik hissi yaranır, eləcə də, Onun yanında özünü daha qorxusuz, inamlı və arxayın hesab edir;
  12. Müəyyən səbəbdən hissini ətrafdakılardan gizlətmək məcburiyyətində qaldıqda zahirən dalğın, emosional süst, yuxu və iştaha rejimi pozulmuş, qeyri-aktiv, sosial izolyasiyalı, diqqətsiz və s. olur.

Mənbə

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.