Mədrəsə-məscid (İçərişəhər)
Mədrəsə-məscid — Bakı şəhərinin ən qədim hissəsi İçərişəhərdə yerləşən, artıq mövcud olmayan Came məscidinin hücrə qalıqlarından biri olan və bir müddət mədrəsə-məscid kimi fəaliyyət göstərmiş, indi isə dükan olan tarixi abidə.
Mədrəsə məscid | |
---|---|
40°21′54″ şm. e. 49°50′08″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, A.Zeynallı küçəsi, 45 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XV əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | Əntiq dükanı olaraq fəaliyyət göstərir. |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
Hissəsi | İçərişəhər |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 88 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Kateqoriya | Memarlıq abidələri |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Son orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçəri Şəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. İçəri Şəhər Asəf Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir.
Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri – daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir.
Həmçinin bax
İstinadlar
Mənbə
- "MƏDRƏSƏ MƏSCİD" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.