Mədinə (Göyçə)
Mədinə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd.
Kənd | |
Mədinə | |
---|---|
Mədinə | |
40°04′49″ şm. e. 45°15′04″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Göyçə mahalı |
Rayon | Aşağı Qaranlıq rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.200 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 208 nəfər (1873) |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1413 |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Rayon mərkəzindən 10 km cənub-şərqdə, Əyriçayın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[1]
Toponim ərəb dilində "şəhər" mənasında işlənən mədinə sözü[2][3] əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranıb. Quruluşca sadə toponimdir.
Əhalisi
Kənddə 1873-cü ildə 208 nəfər, 1886-cı ildə 296 nəfər, 1897-ci ildə 346 nəfər, 1908-ci ildə 429 nəfər, 1914-cü ildə 752 nəfər, 1916-cı ildə 736 nəfər yalnız azərbaycanlı yaşamışdır[4]. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri geri dönə bilmişdir. Burada 1922-ci ildə burada 85 nəfər azərbaycanlı yaşamış[5], 1923–1924-cü illərdə kəndə ermənilər köçürülmüşdür. 1926-cı ildə ermənilərdən başqa, 61 nəfər azərbaycanlı yaşamışdır[5].
Kəndin yerli sakinləri olan azərbaycanlılar 1930-cu illərdə sıxışdırılaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kəndə Türkiyə və İrandan gələn ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Tanınmışları
- Əli Həsənov (jurnalist) — jurnаlist, Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi (1960–1969), Ermənistan SSR Ali Sovetinin deputatı (VI və VII çağırış)
Həmçinin bax
Ədəbiyyat
- 1. Əziz Ələkbərli, "Qədim türk-оğuz yurdu "Еrmənistаn"", Bаkı, "Sаbаh", 1994.
- 3. Cəfər Qiyаsi, İbrаhim Bоzyеl, "Еrməni mənəvi tеrrоru", Bаkı, "Kitаb klubu", 2007.
- 4. Əlisаhib Ərоğul, "Еrməni-dаşnаq fаşizmi və Аzərbycаn", Bаkı, "Təhsil", 2007.
- 6. Həbib Rəhimоğlu, "Silinməz аdlаr, sаğаlmаz yаrаlаr", Bаkı,
İstinadlar
- Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 164
- Ərəb və fars sözləri lüğəti, Bakı, Azərb.SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.340
- Савина В.И. Словарь географических терминов и других слов, формирующих топонимию Ирана, М., "Наука", 1971. s.141
- Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.66–67, 140–141
- Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s. 140–141