Mədinə Əliyeva

Mədinə Vaqif qızı Əliyeva (4 may 1965[1], Bakı) — xoreoqraf, baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2002)[2], Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2008)[3]. "Qızıl Dərviş" və "Zirvə" mükafatı laureatı.

Mədinə Əliyeva
Mədinə Vaqif qızı Əliyeva
Balet rəqqası və xoreoqraf. Azərbaycanın xalq artisti, “Qızıl Dərviş” və “Zirvyə” mükafatları laureatı
Doğum tarixi 4 may 1965(1965-05-04)[1] (58 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti balerina, balerina, baletmeyster, xoreoqraf
Fəaliyyət illəri 1983-cü ildən
Təhsili
Mükafatları Azərbaycan Respublikasının xalq artisti Azərbaycan Respublikasının əməkdar artisti

Həyatı

Mədinə Vaqif qızı Əliyeva 4 may 1965-ci ildə Bakıda anadan olmuşdur. 1983-cü ildə Bakı Xareoqrafiya Məktəbini bitirmiş, 1985-1986-cı illərdə Moskva Xareoqrafiya Məktəbində təcrübə keçmişdir.[4]

Mədinə Əliyeva 1983-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, aparıcı balerinası və balet truppasının rəhbəri olmuşdur.[4]

Fəaliyyəti

1999-cu ildə Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletində Gülyanaq obrazını ifa etmişdir.

2012-ci ildə Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulan Motsartın "Hamı belə edir" operasında rəqslərə quruluş vermişdir.[5]

2014-cü ildə Belarusun paytaxtı Minsk şəhərində səhnəyə qoyulmuş Fikrət Əmirovun "Min bir gecə" baletinin quruluşçu-baletmeysteri olmuşdur.[6]

İstinadlar

  1. https://azkurs.org/derslik-azerbaycan-respublikas-tehsil-nazirliyinin-1-noyabr-20.html?page=322.
  2. "Arxivlənmiş surət". 2014-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-12.
  3. https://e-qanun.az/framework/14462%5B%5D
  4. Əliyeva Mədinə Vaqif qızı // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar  Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.
  5. "BAKIDA V.A.MOTSARTIN MƏŞHUR «COSI FAN TUTTE» ("HAMI BELƏ EDİR") OPERASI SƏHNƏYƏ QOYULUR". Opera və Balet Teatrının Mətbuat Xidməti (az.). tob.az. 28.03.2012. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-12.
  6. "Belarus səhnəsində əsrarəngiz "Min bir gecə"". "Mədəniyyət" qəzeti (az.). anl.az. 2014. 2014-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-12.

Ədəbiyyat

  • "Belarus səhnəsində əsrarəngiz "Min bir gecə"", Mədəniyyət. — 2014. — 19 fevral. — Səh. 8.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.