Mədihə Sultan

Mədihə Sultan (d. 31 iyul 1856 - ö. 7 noyabr 1928) — 31. Osmanlı padşahı Əbdülməcidin qızıdır.

Mədihə Sultan
مديحة سلطان
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası I Əbdülməcid
Anası Gülüstü Qadınəfəndi
Həyat yoldaşları Nəcib Paşa
Kürəkən Fərid Paşa
Uşağı Sultanzadə Sami bəy
Ailəsi Osmanlı sülaləsi

Həyatı

Mədihə Sultan 1856-cı ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə onun xanımlarından Gülüstü xanım idi. Sultan Mehmed Vahidəddinin doğma, Sultan Murad, Sultan ƏbdülhəmidSultan Mehmed Rəşadın isə ögey bacısı idi. Anasının vəfatından sonra atasının digər xanımı Verdicanan xanım tərəfindən böyüdüldü. Sarayda olduqca dəbdəbəli həyat yaşadı. Avropasayağı geyimiylə hər kəsdən fərqlənirdi. İri qara gözləri və parlaq dərisiylə atası Sultan Əbdülməcidə ən çox bənzəyən övladı idi. Bacısı Səniha Sultan kimi o da, gülərüz və xoş xasiyyət biri idi.

Gənc Mədihə Sultan Əbdürrəhman Sami bəyin oğlu Nəcib bəyi sevsə də, dövrün Osmanlı padşahı Sultan Əbdülhəmid bu nigaha qarşı çıxdı. Səbəb isə Sami bəyin ailəsinin Əli Suavi ilə yaxın olması idi. Bu səbəblə Nəcib bəy dərhal Parisə göndərildi. Ancaq Verdicanan xanımınRahimə Pirüstü xanımın vasitəçiliyi ilə Nəcib bəy geri çağırıldı və paşa ünvanı aldı. 22 yanvar 1879-cu ildə nişanlanan cütlüyün toy mərasimi 8 iyun tarixində Ulduz sarayında baş tutdu. Bu evlilikdən, sonralar Sultan Əbdülhəmidin şəxsi yavəri olan Sultanzadə Sami bəy adlı bir oğlu dünyaya gəldi.

Nəcib Paşanın vəfatından sonra 1885-ci ildə Sultan Əbdülhəmid bacısını Fərid Paşa ilə nişanladı. Evlilik 30 aprel 1886-cı ildə baş tutdu. Bu nigahdan övladı olmadı. 1899-cu ildə Almaniya kralı II Vilhelmin arvadı Auqusta Viktoriya ilə görüşdü. Ərinin Milli azadlıq hərəkatına qarşı yürütdüyü siyasət səbəbilə, Böyük hücumun sonunda 21 sentyabr 1922-ci ildə əriylə birlikdə ölkəni tərk etdi və Fransanın Nitsa şəhərində məskunlaşdı. Hər ikisi də burada dəfn olundu.

Ailəsi

Mədihə Sultanın ilk nigahından Sami bəy (d. 5 aprel 1880 - ö. 15 avqust 1961) adlı bir oğlu dünyaya gəlmişdir. Sami bəyin şəcərəsi isə aşağıdakı kimidir:

Mənbə

  • Fanny Davis (1986). The Ottoman Lady: A Social History from 1718 to 1918. Greenwood Publishing Group. p. 12. ISBN 978-0-313-24811-5
  • The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. 2010. ISBN 978-0-292-78335-5
  • Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
  • Mustafa Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ankara, Ötüken
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.