Mədəniyyət və elm sarayı

Mədəniyyət və elm sarayı (pol. Pałac Kultury i Nauki, PKiN) — Polşanın ən hündür binası. Tikili şəhərin mərkəzində- Parad Meydanında yerləşir, Bu gün saray Avropa Birliyindəki 10 ən yüksək göydələndən biri hesab edilir.

Mədəniyyət və elm sarayı
Pałac Kultury i Nauki

52°13′54″ şm. e. 21°00′23″ ş. u.


Yeri Varşava
Tikilmə tarixi 1952–1955
Hündürlüyü
Antena / Şpil 237 m
Dam 235 m
Texniki göstəriciləri
Mərtəbə sayı 42[1]
Daxili sahəsi 123,084 m²
Lift sayı 42
Hazırlayan Lev Rudnev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sovet İttifaqının Polşa xalqına hədiyyə olaraq ("Sovet və Polşa inşaatçıları tərəfindən Sovet pulu ilə inşa edilmiş") "Stalinin göydələnləri" adlanan modelin üzərində qurulmuşdur. Tikili hal-hazırda ofis binası və sərgi mərkəzi kimi fəaliyyət göstərir, bir sıra şirkətlərin və dövlət qurumlarının qərargahıdır.

Bundan əlavə, muzeylər, kinoteatrlar, teatrlar, restoranlar, kitab mağazaları, tədqiqat institutları, hovuzlar və sərgi yerləri mövcuddur.

Tikilişi

2 may 1952-ci il tarixdən 22 iyul 1955-ci ilədək 3500 sovet işçisinin qüvvələri tərəfindən inşa edilmişdir. Tikinti zamanı 16 nəfər bədbəxt hadisələr nəticəsində vəfat etmişdir.

Bina əvvəlcə "IV Stalin adına Mədəniyyət və Elm Sarayı" adlanırdı. Layihənin hazırlayan sovet memarı Lev Rudnev idi. Bina stalinist memarlığının və Polşa tarixçiliyi üslublarının qarışığıdır. Binanın memarlığı, eyni dövrdə SSRİ-də tikilmiş digər göydələnlərlə, xüsusən də Moskva Dövlət Universitetinin əsas binası ilə sıx bağlıdır.

Memar L. Rudnev binanın Polşa üslubunda olmasını istədi, buna görə lazımi məlumatları toplamaq və Polşa memarlığı ilə tanış olmaq üçün Krakov, Helm, Zamosts kimi məşhur şəhərləri ziyarət etdi. İşçiləri ilə birlikdə beş layihə yaratdı. Polyaklar 120 metrlik binanın dizaynını seçdilər, lakin tikinti qrupunun iddiaları daha böyük idi, bu da binanı daha yüksək səviyyədə tikməyə imkan verdi.

42 mərtəbəli göydənin hündürlüyü 187.68 m[2], şpil ilə birlikdə 237 metrdir[3]. Binada 3288 otaq mövcuddur[3]. Sahəsi — 123 084 m², daxili həcmi — 817.000 m³[3]. Tikinti üçün 40 milyon kərpic istifadə edilmişdir.

Binanın 30-cu mərtəbəsində (114 metr hündürlükdə) qonaqlar üçün şəhərin panoramasına açılan pulsuz teras fəaliyyət göstərir.

1989-cu ildən sonra Polşa ilə SSRİ arasındakı münasibətlərin soyuması zamanı əlində bayraq olan sovet vətəndaşının təsvir olunduğu Alina Şapoşnikovanın bürnc heykəli binanın əsas foyesindən çıxarıldı.

2007-ci ilin fevral ayında Mədəniyyət və elm sarayı memarlıq abidələri siyahısına daxil edildi. Hal-hazırda bina Varşava şəhər merinə məxsusdur.

2010-cu ildə binanın işıqlandırması modernləşdirilmiş və Sarayın gecə müxtəlif rənglərdən rəng almalarına imkan verən yüksək güclü işıqlar quraşdırılmışdır.

Qalereya

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.