Məşhur Məmmədov
Məşhur Məmmədov (4 oktyabr 1963, Birinci Yeddioymaq, Masallı rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Milli Məclisin İntizam Komissiyasının üzvü.[1]
Məşhur Məmmədov | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 oktyabr 1963 (60 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
Məmmədov Məşhur Şahbaz oğlu 04 oktyabr 1963-cü il də Masallı rayonunun I Yeddioymaq kəndində, ziyalı ailəsində anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Neft və Kimya Universitetini bitirmişdir.
Fəaliyyəti
- 1981–1983: Kalinovka (Viləş) kənd orta məktəbində laborant;
- 1991–1995: Masallı rayon Xarrad kooperativi;
- 1996–2011: Embawood şirkətinin təsisçisi və baş direktoru;
- 2011–2013: Embawood Gürcüstan şirkətinin baş direktoru;
- 2013–2015: Embawood şirkətinin təsisçisi və direktor müavini;
- 2015-hal-hazıradək: "Progress Construction" şirkətinin təsisçi və baş direktoru kimi fəaliyyət göstərmişdir.
İctimai-siyasi fəaliyyəti
- 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Masallı rayon Təşkilatı Şura üzvü;
- Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri;
- Rusiya Azərbaycan İşgüzar şurasının üzvü;
- Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai şuranın üzvü;
- Azad Sahibkarlar Konfederasiyasının idarə heyətinin üzvüdür.
Təltifləri
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı[2]
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən"Azərbaycan Sərhəd Müdafiəsinin 100 illiyi" yubiley medalı
- Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni təltif edilib[3]
Ailəsi
Ailəlidir, 4 övladı və 5 nəvəsi var.
İstinadlar
- "Arxivlənmiş surət". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.
- "Arxivlənmiş surət" (PDF). 2021-08-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-09-19.
- "M.Ş.Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.