Məşədi Adil
Məşədi Adil Əbdülrəhim oğlu —
Məşədi Adil | |
---|---|
Məşədi Adil Əbdülrəhim oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Kürdəxanı, Bakı, Azərbaycan |
Vəfat tarixi | |
Vəfat yeri | Azərbaycan |
Vəfat səbəbi | qızdırma |
Uşağı | Mənzər |
Atası | Əbdülrəhim |
Anası | Zöhrə xanım Məhəmməd qızı |
Həyatı
1868-ci ildə Bakının Kürdəxanı kəndində anadan olmuşdur. Bakı qoçuları arasında igidliyi ilə ad çıxarmışdı. 1918-ci il mart hadisələri zamanı əhalini erməni qırğınından qoruyan şəxslərdən biri olmuşdur. Dostları Xırdalanlı Dadaş,Hökmalılı Qubad,Sana Pırcan və digərləri ilə birlikdə Biləcəri-Xocahəsən yolunda səngərlər qazaraq Andronik və Amazaspın qoşunlarına qarşı döyüşmüşlər. Təsadüfi deyil ki,ermənilər Bakı şəhərində genişmiqyaslı qətliam törətdikləri halda Bakı kəndlərinə girə bilməmişdilər. Məşədi Adil və silahdaşları Türklər Bakıya girənədək, yəni 1918-ci il sentyabrın 15-dək özlərini bolşevik adlandıran daşnaklardan şəhəri qorumuşlar.Türklər Məşədi Adil və onun silahdaşlarını yüksək qiymətləndirmişlər. Məşədi Adil şəxsən Nuru paşa ilə görüşmüş deyilənlərə görə öz atını ona bağışlamışdır. Türklər Məşədi Adilə paşa titulu veriblərmiş.
Məşədi Adil 1919-cu ildə Bakıda qızdırma xəstəliyindən vəfat etmişdir. Hazırda Kürdəxanıda Məşədi Adil adına küçə vardır.
Ailəsi
Atası Şabran şəhərindən gəlmış Murad kişinin nəslindəndir, anası Zöhrə xanım Məhəmməd qızı Bakının Qobu kəndindən Sanalı tayfaındandır. Aılədə 7 qardaş 2 bacı olmuşlar. Adil 6-cı uşaq imiş. Məşədi Adil mədrəsə təhsili almışdı. Həyat yoldaşı Lalə Şahbaz qızı, Mənzər adlı bir qızları olmuşdur.
Mənbə
- "Kürdəxanı" Bakı "Qarabağ" 2008.