Məşədi Əyyub Baki
Sadıqov Məşədi Əyyub Hacı Sadıq oğlu (Məşədi Əyyub Baki) — Azərbaycan şairi.
Məşədi Əyyub Baki | |
---|---|
Məşədi Əyyub Hacı Sadıq oğlu Sadıqov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Məşədi Əyyub Baki Vikimənbədə |
Həyatı
Məşədi Əyyub Baki 1866-cı ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Bir müddət Şiraz şəhərində yaşamışdı. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firudin bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Qardaşı Məşədi Nəsir Lövhi də şair idi. Məşədi Əyyub Baki 1900-cü ildə vəfat edib.[1]
Məşədi Əyyub Balış xanım Mehdi bəy qızı Vəzirova ilə həyat qurmuşdu.
İstinadlar
- Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.