Məşədi Əli Rəfiyev

Məşədi Əli Hacı Məmmədhüseyn oğlu Rəfiyev (1886, Yelizavetpol9 sentyabr 1948, İstanbul) — Gəncə Şəhər Dumasının qlasnısı (1910–1913), Gəncə Dövlət Bankının sədri, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin (1917), daha sonra Müsavat Partiyasının üzvü, Müsavat Partiyasının Gəncə təşkilatının sədri, Müsavat Partiyasının xarici bürosunun üzvü və xeyriyyəçi.

Məşədi Əli Rəfiyev
(Məşədi Əli Rəfioğlu)
Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin sədri
1918 1920
Müsavat Partiyası Gəncə Təşkilatının sədri
SonrakıNəsib bəy Yusifbəyli
1910 1913
Şəxsi məlumatlar
Doğum tarixi 1886
Doğum yeri
Vəfat tarixi 9 sentyabr 1948(1948-09-09)
Vəfat yeri
Dəfn yeri
Partiya
Atası Hacı Məmmədhüseyn Rəfiyev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

İlk təhsilini Gəncənin "Şah Abbas" məscidi yanındakı mədrəsədə almış, sonra Yelizavetpol (Gəncə) klassik gimnaziyasını bitirmişdir.

Maliyyə və kommersiya işləri ilə məşğul olmuş, Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü kimi xeyriyyəçilik fəaliyyəti göstərmişdir. Gəncə general-qubernatorunun fərmanı ilə atası Hacı Məmmədhüseyn və qardaşı Abbasla birlikdə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvü təsdiq edilmişdi.

9 sentyabr 1948-ci ildə İstanbulda vəfat etmişdir.

Siyasi fəaliyyəti

1909–1913-cü illərdə Gəncə Şəhər Dumasının qlasnısı olmuşdur.

Fevral inqilabından (1917) sonra siyasi fəaliyyətə qoşulmuş, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin, bu partiyanın Müsəlman Demokrat Partiyası "Müsavat" ilə birləşməsindən sonra isə Türk Ədəmi-Mərkəziyyət "Müsavat" Partiyasının fəal üzvlərindən olmuşdur.

Nəsib bəy Yusifbəylidən sonra Müsavat Partiyasının Gəncə təşkilatına rəhbərlik etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk milli Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin müdiri olmuşdur.

Aprel işğalından sonra qardaşları ilə birlikdə sovet-bolşevik rejiminə qarşı Gəncə üsyanınln təşkilində fəal iştirak etmişdir. Üsyan yatırıldıqdan sonra təqiblərdən qurtularaq Türkiyəyə mühacirət etmiş, Müsavat Partiyasının xarici bürosunun fəallarından olmuşdur.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.