Müxbir

Müxbir — ərəb sözü olub "cavab vermək" mənasını bildirir. Ən qaynar xəbərləri çatdıran redaksiya, mətbuat və ya televiziya, radio müxbirlərinin işinin vacibliyini qeyd etmək lazımdır. Xarici ölkələrdə müxbirlər hətta hava limanı və vağzallarda gecələməli olurlar. Vacib bir məsələ ortaya çıxan kimi hadisələrin mərkəzində olurlar.

Müxbirin əsas işi ən aktual informasiyaları operativ şəkildə redaksiyaya çatdırmaqdır. Müxbirlər "xəbərlər" janrlarının müəllifləridirlər. Onlardan materialların emosional şəkildə bütün təfərrüatı ilə təqdim olunması gözlənilir. Hər redaksiyanın müxbirlər ştatı var. Onların çiynində informasiya yükü toplamaq yükü dayanır. Müxbirlərin başlıca vəzifəsi müntəzəm surətdə yeni xəbərlər toplamaqdır. Müxbirlər hər şeydən baş çıxarmağı bacarmalıdır. Bugünkü korespondent redaksiyanın tapşırığı ilə mitinqlərdə, xarici məşhurların konsertlərində, sərgilərin açılışında iştirak edə bilər. Qəzet və jurnallar öz səhifələrində xüsusi müxbirlərin göndərdiyi xəbərləri dərc edirlər. Qəzetlərin ştatdan kənar müxbirləri daha doğrusu köməkçiləri də vardır. Həmçinin müstəqil jurnalistlər də vardır ki, onlar öz materiallarını redaksiyaya təqdim edirlər və çox vaxt müstəqil jurnalistlərin nəzər nöqtəsi redaksiyanın rəyi ilə üst-üstə düşmür.

Mənbə

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.