Mütə
Mütə və ya Mütə nikahı; (ərəb. نكاح المتعة Nikāh əl-Mut'ah) - İslamda bir kişi ilə razılığı olan bir qadının, kişi tərəfindən qadına verilən müəyyən mehriyyə müqabilində, müəyyən bir vaxt ərzində evlənməsi. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir.
Etimologiya
Ərəb dili lüğətində "özündən faydalanılan şey" mənasına gələn mütə, fiqhi bir termin olaraq boşanma və ya evliliyin ləğvindən sonra kişinin qadına verdiyi hər hansı mehriyyəyə deyilir. Bundan başqa müəyyən bir mehriyyə qarşılığında, müəyyən bir vaxta edilən nikaha da mütə deyilir.[1]
Haqqında nəql olunan kəlamlar
Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.[2]
Əbu Bəkir ət-Tartusi dedi: mutə nikahına İmran b. Hüseyin, ibni Abbas, bəzi səhabələr və Əhli Beytdən bir qrup istisna heç kəs icazə vermir.
Əbu Ömər (ibni Əbdülbərr) dedi: Məkkə xalqından olsun, Yemənlilərdən olsun ibni Abbasın əshabı hamısı mutənin ibni Abbasın məzhəbinə görə caiz olduğunu, digər insanların məzhəbinə görə isə haram olduğunu deyirlər.[3]
Cumhur deyir ki: Bundan qəsd İslamın ilk dövrlərində tətbiq olunan mütə nigahıdır. İbni Abbas, Ubey və İbni Cübeyr isə ayənin bu hissəsini beləcə oxumuşlar: “O halda onlardan hansı ilə müəyyən bir vaxta qədər faydalandınızsa, ondan ötəri onlara mehrlərini verin.”[4]
...Rəsulallah s.a.s-dən sonra sələfdən bir qrup -Allah onlardan razı olsun- mutanın halal olduğunu bildirdilər. Onlardan səhabələr -Allah onlardan razı olsun- Əsma bint Əbu Bəkr əs-Siddiq, Cabir b. Abdullah, İbn Məs`ud, İbn Abbas, Müaviyə b. Əbu Sufyan, Əmr b. Hureys, Əbu Səid əl-Xudri, Sələmə və Mə`bəd b. Umeyyə b. Xələfdir. Bunu Cabir b. Abdullah Peyğəmbər s.a.s, Əbu Bəkr zamanında və Ömərin xilafətinin sonuna yaxın zamanda səhabələrdən rəvayət etmişdir. Mut`anin mübah olması barədə İbn Ömərdə ixtilaf, Əlidə isə təvəqquf edilmişdir. Ömər b. Xəttab yalnız iki adil şəxs şəhadət verməyənə qədər inkar etmişdir, iki adil şəxs şəhadət verdikdə isə mübah bilmişdi.
Tabeinlərdən isə Tavus, Ata, Səid b. Cubeyr və Məkkənin digər fəqihləri Allah onları əzizi etsin.(mutanın halal olduğunu bildirdilər)[5]
Əbi Raci əl-Atardi, İmran b. Husayndən onun belə dediyini rəvayət etdi: Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi. əl-Buxari dedi: Bu şəxsin Ömər olduğu deyilib.[6]
O da bu mətləbi şərh edərkən əl-Buxarinin sözlərini nəql etmişdir. Çox maraqlıdır ki, “Səhih əl-Buxari”-də "Muhəmməd (əl-Buxari) dedi: Bu şəxsin Ömər olduğu deyilib" sözləri olmadığı halda, eyni vaxtda çap edilmiş “Şərh əl-Kirmani əla Səhih əl-Buxari" kitabında həmin ibarə olduğu kimi nəql edilib. Doğrusunu Allah bilir![7]
İmran b. Husayn (r.a.) dedi: Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi. əl-Buxari dedi: Bu şəxsin Ömər olduğu deyilib.[8]
Səhiheyndə (əl-Buxari, №4518; Müslim, №1226) varid olduğuna görə, İmran b. Husayndan nəql edilmişdir ki, o dedi: Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi. əl-Buxari dedi: Bu şəxsin Ömər olduğu deyilib.[9]
əl-Humeydi dedi ki, bu ibarə “Səhih əl-Buxari”-də bu şəkildə qeyd olunub: “Buxari dedi: bu şəxsin Ömər olduğu deyilib.” Yəni, İmran b. Husaynin kinayə ilə (adını çəkmədən) işarə etdiyi şəxs Ömər ibn əl-Xəttab olub. Lakin, mən bu mətləbi “Səhih əl-Buxari”-nin heç bir nüsxəsində görməmişəm. əl-İsmaili bu mətləbi əl-Buxaridən nəql edib. əl-Humeydinin əlindəki nüsxə də əl-İsmailinin olub.[10]
əl-Humeydi dedi ki, bu ibarə “Səhih əl-Buxari”-də bu şəkildə qeyd olunub: “Buxari dedi: bu şəxsin Ömər olduğu deyilib.” Yəni, İmran b. Husaynin kinayə ilə (adını çəkmədən) işarə etdiyi şəxs Ömər ibn əl-Xəttab olub. Bir çoxları da bu şəxsin Ömər olduğunu təsdiqləyiblər. Belə çıxır ki, o (Ömər) “mut`ə”- ni nəhy (qadağan) edən ilk şəxs olub. Ondan sonra hər kəs ona itaət edib.[11]
İbn Abbasdan mütə haqqında “o zinadır, yoxsa nikahdır?” deyə soruşduqda “Nə zinadır, nə də nikahdır” – deyə cavab verdi. Mən soruşdum: “Bəs onda nədir?” İbn Abbas cavab verdi: “Bu, Allah-Təalanın da buyurduğu kimi mütədir.” Mən soruşdum: “Mütənin iddəsi varmı?” O cavab verdi: “Bəli, onun iddəsi bir heyzdir.” Mən soruşdum: “Mütə nikahı ilə evlənənlər bir-birlərinə mirasçı ola bilərlərmi?” O cavab verdi: “Xeyr.”
İkincisi, insanlar İbn Abbasın mütə nikahı haqqında fətvası barədə şeirlər deməyə başlayınca, İbn Abbas dedi: Ey Allahın qəhr etdikləri! Mən, mütənin mütləq şəkildə mübah olduğuna fətva vermədim. Ancaq mən dedim ki, çarəsiz bir insanan donuz əti və axan qan halal olursa, eyni şəkildə çarəsiz qalmış şəxsə mütə də halaldır.
Üçüncüsü, İbn Abbas mütə ilə əlaqədar bu ayənin mənsux olduğunu demişdir. Ata əl-Xorasani İbn Abbasdan bu ifadə haqqında bu sözləri rəvayət etmişdir: Bu ayə “Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində boşayın”
İmran b. Hüseyn isə belə dedi: Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.[12]
Həmçinin bax
İstinadlar
- Türk Dil Kurumu, Muta, Muta nikahı (türk.)
- Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, Quranın təfsiri kitabı, əl-Bəqərə surəsinin təfsiri babı, s.854, h.4518; Beyt əl-Əfkar əd-Dəvliyyə lil-Nəşr, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1419/1998; təhqiq: Əbu Suheyb əl-Kərmi
- "Qurtubi, "əl-Camiul Əhkam əl-Quran", 5/177". 2012-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-24.
- Qurtubi, “əl-Camiul Əhkam əl-Quran”, c. 6, səh. 215, Nisa surəsinin təfsiri
- ibni Həzm, "əl-Muhəlla", Nikah bölməsi, 1858-ci məsələ
- Muhəmməd b. Futuh əl-Humeydi, əl-Cami beynə əs-səhiheyn, c.1, s.349, h.548; Dar İbn Həzm, Beyrut, 1423/2002; təhqiq: Əli Hüseyn əl-Bəvab
- Şəmsuddin əl-Kirmani, Şərh əl-Kirmani əla Səhih əl-Buxari, c.17, s.31; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut, 1356/1937
- əl-Mübarək b. Muhəmməd b. Əsir əl-Cəziri, Cami əl-üsul əhədis ər-Rəsul, c.3, s.116, h.1402; Beyrut, 1389/1969
- İsmayıl b. Ömər b. Kəsir əd-Diməşqi, Təfsir əl-Quran əl-Əzim, c.2, s.234; Müəssisə Qurtubə, Misir, 1421/2000
- İbn Həcər əl-Əsqəlani, Fəth əl-bari şərh Səhih əl-Buxari, c.3, s.433; Dar əl-Marifə, Beyrut; təhqiq: Muhibuddin əl-Xətib
- Bədruddin əl-Əyni, Umdət əl-Qari fi Şərh Səhih əl-Buxari, c.9, s.205; Dar İhya ət-Turas əl-Ərəbi (İdarə ət-Tibaa əl-Muniriyyə), Beyrut
- "Fəxruddin ər-Razi, Məfatih əl-Ğayb, c.10, s.51; Dar əl-Fikr, Beyrut, 1401/1981". 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-24.
Xarici keçidlər
- Muminun surəsi 6-cı ayə mütə nikahını nəsx etmişdirmi ? (az.)
- Qurtubi: “Cümhura görə Nisa 24 ayəsi Mutə ayəsidir.” (az.)
- Mütə nikahı haqqında bəzi şübhələrə cavab (az.)
- Muta ayeti | آية المتعة (türk.)
- ibni Battal: “sahih olan ibni Abbas’ın nezdinde muta nikahı helaldir ve buna uyan Şia’dır” (türk.)
- sahabe r.a: “muta nikahını Ömer b. Hattab yasaklamıştır” (türk.)
- Muta nikahının helal olduğunu söyleyen sahabe ve tabiinler (türk.)