Müttəfiqlər
Müttəfiqlər — 1914-cü ildə rəssam Raul Dafi tərəfindən yaradılmış mənzərəli rəsm əsəridir.[1] Bu rəsm əsərində müttəfiq ölkələrə uyğun olaraq altı müttəfiq əsgər və onların atları təsvir edilmişdir. Hadisə buludlu, ancaq günəşli, gül dəstələri ilə bəzədilmiş və altı müttəfiq millətlər təşkilatının bayraqları əhatəsində baş tutur. Müttəfiq ölkələr isə bunlardır: Yaponiya, Böyük Britaniya, Belçika, Rusiya, Serbiya və Fransa. Parlaq rəngləri, ornamentləri, stilizə obrazları populyar olan əsər insanı özünə cəlb edir.[2] Bu sənət əsərinin nümayişi Centre national d'art et de culture Georges-Pompidouda həyata keçirilir.[3]
Müttəfiqlər | ||
---|---|---|
| ||
Tarixi | 1914 | |
Ölçüləri | 45 ± 1 sm × 45 ± 1 sm | |
Materialı | ağac | |
İnventar nömrəsi | AM 10892 GR (276) |
İstinadlar
- "Raoul Dufy, Les Alliés (1914)". 2016-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.
- "BnF - La guerre de 14-18". expositions.bnf.fr. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.
- "Les Alliés". 2019-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.