Mütəllim Həsənov
Mütəllim Həsənov (Həsənov Mütəllim Saleh oğlu; 25 fevral 1955. Məmmədbəyli, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laureatı, Ali kateqoriyalı müəllim.
Mütəllim Həsənov | |
---|---|
Mütəllim Saleh оğlu Həsənоv | |
Doğum tarixi | |
Doğum yeri | Məmmədbəyli, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili | H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu |
Fəaliyyəti | yazıçı, jurnalist |
Əsərlərinin dili | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mütəllim Həsənov 25 fevral 1955-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1961–1972-ci illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində oxumuşdur. 1972–1976-cı illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) dil-ədəbiyyat fakültəsində ali təhsil almışdır. 1976–1993-cü illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində ədəbiyyat müəllimi işləmişdir.[1]
30 oktyabr 1993-cü ildə Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra Bakı şəhərində məskunlaşmışdır. 1993-cü ildən hal-hazıra qədər Zəngilan rayonu 20 saylı orta məktəbində müəllim işləyir.[1]
Məktəb Həmkarlar Təşkilatının sədri kimi ictimai vəzifəni daşıyır. Ali kateqoriyalı müəllimdir. "İslahat" qəzetinin redaktor müavini, "Etiraf" qəzetinin redaktoru olmuşdur.[1]
Mütəllim Həsənov Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laureatıdır.[1]
Ailəlidir. Bir oğlu və bir qızı var.[1]
Yaradıcılığı
İlk yazısı 1986-cı ildə "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalında nəşr olunmuşdur. Şeirləri və publisistik yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur.[2]
"Dağlar bizi bağışlayar" şeiri ilə ədəbiyyata gələn Həmçinin "Bizim Hacı Həsən" (2007) və "Son qismətim" (2008) kitablarının tərtibçilərindən biridir.[1]
"Qərib məzarlar", "Mən səni sevdim ki…", "Ədəbi düşüncələr" kitabları isə öz nəşrini gözləyir.[2]
20-dən artıq kitabın redaktoru, 10-dan çox kitabın ön söz müəllifidir.[2]
Kitabları
- Kefdən gəlməmişəm bu şəhərə mən. Bakı: Nurlan, 2004, 160 səh.
- Ölümü öldürən oğul. Bakı: Nurlan, 2005, 96 səh. (Ayaz İmranoğlu ilə ortaqlı)
- Qərib məzarlar. 2022
Məqalələri
- "Sərraf Şiruyənin təcnis çələngi". Ədalət qəzeti. № 65 (3141). 18 aprel 2009-cu il.
- "Durnalar lələk salan yerdə". Bütöv Azərbaycan qəzeti. № 25 (64), 30 iyun 2010-cu il.
- "Poetik xatirə abidəsi", "Laçın yurdu" jurnalı, № 1 (12), Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2014. səh.81–83.
- "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti". "Laçın yurdu". №3(14) ("Bəxtiyar-4" nəşriyyatı): səh.41–43. 25.09.2014. (#accessdate_missing_url)
İstinadlar
- "Mütəllim Həsənov" (az.). adam.az. 2015. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-28.
- Əli bəy Azəri, "Bir nağıl de… Ümidlərim dil açsın", "Paralel" qəzeti, 24.02.2015