Mütəllim Abbasov
Mütəllim Məhərrəm oğlu Abbasov - Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Reaktiv və dizel yanacaqları" laboratoriyasının baş elmi işçisi, Pedaqoji elmlər doktoru, kimya elmləri doktoru.[1],[2][3][4]
Mütəllim Abbasov | |
---|---|
Mütəllim Məhərrəm oğlu Abbasov | |
Doğum tarixi | |
Doğum yeri | Tərtər rayonu, Cəmilli |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elmi dərəcələri | Pedaqoji elmlər doktoru,kimya elmləri doktoru |
Elmi adları | baş elmi işçi, Dosent |
İş yerləri | AMEA, Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) |
Mükafatları | 2007-ci ildə Respublikanın Əməkdar müəllimi |
Həyatı
Mütəllim Abbasov 1957-ci il 20 oktyabrda Tər-Tər rayonu Cəmilli kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1975-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1975-1977-ci illərdə Tər-Tər rayonunda “Özbəkistan” kolxozunda çalışmşdır. 1977-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna (indiki Tusi adına Azərbaycan Pedaqoji Universiteti) kimya-biologiya fakultəsinə daxil olmuş, 1982-ci ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. 1982-1985-ci ilərdə Tər-Tər rayonu Cəmilli kənd orta məktəbində müəllim işləmişdir. 1985-ci ildə AMEA Qeyri-üzvi və Fiziki-Kimya İnstitutuna (indiki Kataliz və Qeyri-Üzvi Kimya Institutuna) aspiranturaya daxil olmuşdur. 1988-ci ildə “Ga, İn//O, S üçlü sistemlərinin fiziki-kimyəvi xassələrinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-1998-ci illərdə həmin institutda müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildən hal-hazıradək AMEA-nın Neft Kimya Prosesləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışır. Paralel olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində orta məktəb şagirdlərinin Beynəlxalq və Dünya olimpiadalarına hazırlayan qrupa rəhbərlik etmişdir. (2008-ci ilədək). 2005-ci ildə “Kimyanın tədrisinin müasirləşdirilməsinin zəruriliyi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.2018-ci ildə "Bitki yağları əsasında yanacaq komponentlərinin katalitik sintezi" mövzusunda doktorluq dissertasiya müdafiə etmiş və 2019-cu ildə təsdiq edilmişdir.
2002-ci ildən hal-hazıradək Azərbaycanda tədris olunan VII-XI siniflər üçün kimya dərsliklərinin müəllifidir (Hal-hazırda VII, VIII, siniflər üçün kimya dərsliklərinin müəllifidir).
Ailəlidir, iki qızı var.
Əsas elmi Nailiyyətləri
Azərbaycan neftinin qarışığından və neftin ikinci emal məhsulları əsasında perspektiv tələblərə cavab verən PT, Jet A-1, T-6 markalı reaktiv yanacaqlarının, ekoloji zərərsiz dizel yanacaqlarının alınması texnologiyaları işlənib hazırlanmışdır. Aparılan elmi-tədqiqat işlərinin nəticələri 2004-cü ildə H. Əliyev adına Bakı NEZ “Katalitik krekinq” qurğusunun 100 saylı hidrotəmizləmə bölməsində tətbiq olunmuşdur. 2006-cı ildə “Azərneftyağ” NEZ-də “Azdövrlü və orta dövrlü” DT markalı dizel yanacağının “İstehsal texnologiyası” işlənib hazırlanmış və tətbiq olunmuşdur. 2014-cü ildən Evro-3 - Evro-6 standartlarına uyğun dizel yanacağı almaq üçün, əmtəəlik dizel yanacağına əlavə olunan bitki yağları əsasında yanacaq komponentlərinin katalitik sintezi prosesini işləmişdir.
Elmi istiqamətləri
Azərbaycan neftinin qarışığından və neftin ikinci emal məhsulları əsasında perspektiv tələblərə cavab verən ekoloji zərərsiz dizel yanacaqlarının alınması texnologiyalarının işlənməsi. Orta ümumtəhsil məktəbləri üçün VII-XI siniflər üçün kimya dərsliklərinin yazılması. DİM üçün kimyadan vəsaitlərinin hazırlanması.
Elmi Tədqiqatları
Hal-hazırda 6 doktorant, 1 elmlər doktoruna və 6 magistra rəhbərlik etməklə elmi-tədqiqat işlərini davam etdirir. Onlardan 1-i doktorluq dissertasiyası müdafiə etmişdir.
Təltif və mükafatları
- Təhsil sahəsində göstərdiyi xidmətlərə görə Təhsil Nazirliyi (2000-ci ildə),
- Təhsil sahəsində göstərdiyi xidmətlərə görə Təhsil Nazirliyi (2002-ci ildə),
- Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2007-ci ildə “Respublikanın Əməkdar müəllimi” fəxri adı ilə təltif olunmuşdur.
- Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (2012-ci ildə) tərəfindən fəxri-fərmanla təltif olunmuşdur.
- AMEA Kimya bölməsinin (2019-cu ildə) tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
Pedaqoji fəaliyyəti
- 2003-cü ildən hal-hazıradək Azərbaycan Respublikasının Təhsil Nazirliyi və AMEA-nın birgə təsis etdiyi “Kimya məktəbdə” elmi-metodiki məcmuənin məsul katibidir;
- Ortaümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün kimya dərsliklərinin müəllifi; Məktəblilərin kimya olimpiadasının respublika turunu keçirən münsiflər heyətinin üzvü (2015-ci ilədək);
- (1998-2014), Azərbaycanın Kimyadan Beynəlxalq və Dünya olimpiadalarında iştirak edən komandalarının hazırlıq qrupunun rəhbəri (1998-2008);
- Azərbaycan Təhsil Nazirliyində kimya fənn kurikulumunun (təhsil standartlarını) hazırlayan qruun rəhbəri (2006-2012);
- Dövlət İmtahan Mərkəzi nəzdində fəaliyyət göstərən Ekspert Şurasının üzvü (2000-ci ildən hal-hazıradək) kimi fəaliyyət göstərir.
- 2020-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən müdafiə şurasının üzvü
Elmi əsərləri
Elmi əsərlərinin ümumi sayı-242, xaricdə çap olunmuş elmi əsərlərin sayı-34
Əsas elmi əsərlərin adları
- Диаграммы системы /Журнал Неорганическая химия, 1988, 33, №5, с-1335-1358.
- Phaze Diagram of the system Pr2S3- Pr2S3-Ga2S3. Z.anorg.allg.Chem-582 (1990), p. 217-223/
- Изучение особенностей углеводородного состава градусных фракций Нафталанской лечебной нефти. //Процессы Нефтехимии и нефтепереработки, 2000, №1, с.17-20.
- Получение высокоэнергетических топливных композиций. //Азербайджанский химический журнал, 2000, №1, стр.49.
- Kimyəvi ehtiyatlar və onlardan səmərəli istifadə. //Təhsil, Mədəniyyət, İncəsənət jurnalı. Bakı, 2004, №1, s.34-37.
- Тренировочные задачи для подготовки к олимпиаде. //Химия в школе. Москва 2009, №8, с.75-77.
- Исследование процесса получения дизельных фракций каталитическим крекингом вакуумного газойла под воздействием магнитного поля. Автозаправочный комплекс+альтернативное топливо, 2015, № 12 (105), с. 10-14.
- The Research of the Natural Hallogsite Nomotubes Those are Enriched with Ni and Co oxides on the Production Process of Environmentally Friendly Diesel Fuels. International Research Journal of Engineering and Technology, 2016, V.3, Issue 3, p. 56-62.
- Catalytic cracking of vegetable oils and vacuum gasoil, with commersial high alumina zeolite and hallogsite nanotubes for biofuel production Fuel, V. 181, 2016, p. 55-63.
- Новые катализаторы для процесса алкоголизма. Триглицеридов растительных масел. Всероссийское содружество. Единый Всероссийский вестник, 2016, № 6, с. 127-129.
- Using of natural zeolites and magnetic field in process of dearomatization of straight-run diesel fuel. International Research Journal of Engineering and Technology (IRJET), Volum, .04, Issue 3, 2017, p. 31-38.
- Magnetic Field Influence on Catalytic Cracking Behavior of the Vacuum Gasoil and itsblend with Cottonseed Oil. Egyption Journal of Petroleum, 2018 (in press).
Kitablar
- Kimya suallar və cavablarda. //Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi Metodik Şurası. “İsmayıl” Nəşriyyat Poliqrafiya Mərkəzi, 1998, 392 səh.
- Abituriyentlər üçün kimyadan hazırlıq testləri. //Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi Metodik Şurası. “İsmayıl” Nəşriyyat Poliqrafiya Mərkəzi, 1998, 260 səh.
- Ümumi Kimyanın əsasları (Universitetlər üçün dərslik) Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı. Bakı, 2000, 405 səh.
- Qeyri-üzvi kimya (Universitetlər üçün dərslik) Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı. Bakı, 2001, 559 səh.
- Kimyadan Soros olimpiadası məsələləri (həlli ilə) (Dərs vəsaiti) Qamma Servis, 2002, 460 səh.
- Ekoloji Kimyaya Giriş. Azərbaycan Dövlət Neft Akademiyası. (Ali məktəblər üçün dərslik) Maarif Nəşriyyatı, 2002, 200 səh.
- Ekoloji Kimya (Universitetlər üçün dərslik). Bakı Nəşr, 2002, 207 səh.
- Əsas üzvi və neft kimya sintezi (Texniki Universitetlərin kimya-texnologiya fakultələri üçün dərslik). Bakı Nəşr, 2003, 224 səh.
- IX sinif şagirdləri üçün test tapşırıqları (Orta məktəblər üçün dərs vəsaiti). Bakı TQDK, 2003, 157 səh.
- VIII sinif üçün kimya dərsliyi. Təhsil Nəşriyyatı, Bakı, 2004, 180 səh.
- IX sinif üçün kimya dərsliyi. Təhsil Nəşriyyatı, Bakı, 2004, 281 səh.
- X sinif üçün kimya dərsliyi. Təhsil Nəşriyyatı, Bakı, 2004, 138 səh.
- XI sinif üçün kimya dərsliyi. Təhsil Nəşriyyatı, Bakı, 2004, 231 səh.
- Kimya (Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün dərs vəsaiti). Abituriyent Jurnalının xüsusi buraxılışı. Bakı TQDK, 2004, 615 səh.
- Məktəblinin Təbiət Elmləri lügəti I hissə (A-İ). Ayna Mətbu evi, 2006, 215 səh.
- Məktəblinin Təbiət Elmləri Lügəti. II hissə (J-Z). Ayna Mətbu evi, 2006, 220 səh.
- Kimya I hissə (abituriyentlər üçün). TQDK, Abituriyent Jurnalının xüsusi buraxılışı, 2007, 418 səh.
- Kimya II hissə (abituriyentlər üçün). TQDK, Abituriyent Jurnalının xüsusi buraxılışı, 2008, 458 səh.
- Kimyadan olimpiada məsələləri (həlli ilə). Dövlət sifarişi ilə çap olunmuş dərs vəsaiti, 2009, 462 səh.
- VII sinif üçün kimya dərsliyi. Bakı, Azpoliqraf, 2014, 93 səh.
- VII sinif üçün kimya dərsliyinə aid müəllimlər üçün metodik vəsait. Bakı, Azpoliqraf, 2014, 96 səh.
- VII sinif üçün kimya dərsliyinə aid iş dəftəri. Bakı, Azpoliqraf, 2014, 80 səh.
- Əsas Neft-Kimya Məhsulları Və Onların Istehsalı Prosesləri (doktorantlar üçün). Bakı, Elm Nəşriyyatı, 2014, 316 səh.
- Neft kimyası və neftin ilkin emalı (Dərslik), Bakı, Unipint, 2000, 417 səh.
- Qaz kimyası (Tədris vəsaiti), BAkı, Şərq-Qərb Nəşriyyat evi, 2015, 458 səh.
- Neft məhsulların təmizlənmə texnologiyası (Ali məktəblər üçün dərslik), Bakı, Nərgiz Nəşriyyatı, 2015, 216 səh.
- Üzvi kimyanın əsas terminləri və konsepsiyalar (dərs vəsaiti), Bakı, “Müəllim”, 2018, 360 səh.
- VII sinif üçün kimya dərsliyi (Yeni variantda), Bakı, Azpoliqraf, 2018, 95 səh.
- VII sinif üçün kimya darsliyina aid müəllimlər üçün metodik və sait (yeni variantda), Bakı, Az , Azpoliqraf, 2018, 87 səh.
- Tsikloalkanlar kimyası, Bakı, "Müəllim" nəşriyyatı, 2019, 384 səh.
İstinadlar
- http://www.science.gov.az/az/oilchemistry/doctors/abbasovmtmm.htm%5B%5D
- "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-07.
- "Arxivlənmiş surət". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-24.
- http://nkpi.az/index.php?page=addread&id=2394%5B%5D