Müslüm ibn Həccac

Əbu-l-Hüseyn Müslim ibn Həccac ibn Müslim ibn Vard əl-Quşeyri ən-Nisaburi (ərəb. أبو الحسين مسلم بن الحجاج القرشي النيشابوري) (821 (hicri-qəməri 204)-875 (hicri-qəməri 261)—İslam alimi.

Müslüm ibn Həccac
ərəb. مسلم بن الحجاج‎‎
Doğum tarixi 821[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 may 875(0875-05-06)[1]
Vəfat yeri
Elm sahələri fiqh
Tanınmış yetirməsi İbn Xuzeymə[3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Müslim hicrətin 204-cü ilində (821) Nişapur şəhərində anadan olmuşdur.

Uşaq ikən hədis elmini çox sevirdi. Təhsilini ilk dəfə yaşadığı şəhərdə olan alimlərdən mənimsəmişdir. Sonralar o, Məhəmməd peyğəmbərin hədislərini toplamaq üçün İraq, Şam, Misir, Hicaz, Xorasan, Bağdad və bir çox başqa yerlərə səyahət etmişdir.

Müslim hicrətin 261-ci ilində (875) Rəcəb ayının 2-si Nişapur şəhərində vəfat etmişdir.

Onun haqqında deyilənlərdən

Əbu-l-Fadl Əhməd ibn Sələmə demişdir: "Mən Əbu Zura və Əbu Hatimin Müslimə qarşı olan münasibətini gördüm. Onlar hədis elmində Müslim ibnu-l-Həccacı əsrinin alimlərindən üstün sayırdılar". Əbu Qüreyş demişdir: "Dörd hafiz mövcuddur: bunlar Əbu Zura, Məhəmməd ibn İsmail, əd-Dərimi və Müslimdir". Məsləmə ibn Qasim demişdir: "O, mötəbər hafizlərdən olub, hədis elmindən çox anlayışı var idi". Xəlili demişdir: "Onun fəzilətlərini qeyd etməyə ehtiyac yoxdur. Çünki, o, bundan da artıq məşhurdur".

Əsərləri

  1. "əs-Səhih"
  2. "ət-Tabəqat".
  3. "əl-Əsma va-l-kunə".
  4. "ət-Təmyiz".
  5. "əl-Münfəridətu-l-vihdən".
  6. "Suələtu-l-imam Əhməd".
  7. "Əvhami-l-muhəddisin".
  8. "Əvlədi-s-sahəbə".
  9. "Əfradi-ş-şamiyyin".
  10. "əl-Əqran".
  11. "Məşəyix Malik".
  12. "Məşəyix Şöbə".
  13. "Məşəyixu-s-Səuri".
  14. "əl-Muxadramin".
  15. "əl-İntifa bi uhubi-s-siba".

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.