Müslüm Gürsəs
Müslüm Gürsəs (türk. Müslüm Gürses; 7 may 1953, Halfeti[d], Şanlıurfa ili – 3 mart 2013, İstanbul, Türkiyə) — Türkiyəli musiqiçi.
Müslüm Gürsəs | |
---|---|
türk. Müslüm Gürses | |
Ümumi məlumatlar | |
Doğum adı | Müslüm Akbaş |
Doğum tarixi | 7 may 1953 |
Doğum yeri |
|
Vəfat tarixi | 3 mart 2013 (59 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktyor, kino aktyoru, musiqiçi, səsyazma sənətçisi[d], televiziya aktyoru |
Fəaliyyət illəri | 1975-ci ildən |
Janr | Türkiyə xalq musiqisi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Uşaqlığı
5 İyul 1953-cü ildə Şanlıurfanın Halfeti ərazisinin Fıstıqözü kəndində kərpic bir evdə dünyaya gelmişdir.Anasının adı Əminədir.Atası Mehmet Ağbaş rəncbərlik edər, türkü söyləməyi sevər, bağlama çalardı. Ağbaş cütlüyünün Müslümdən sonra Əhməd adında bir oğlan, Zeyno adında bir qız uşaqları oldu.
Müslüm Gürsəsin uşaqlığının ilk illəri Şanlıurfada keçib. Gürsəs üç yaşında ikən iqtisadi səbəblərdən ötrü ailəsi ilə Adanaya köçüb.
Sənətdə ilk illəri
Müslüm Gürsəs müğənniliyə 1965-ci ildə, kiçik yaşda Adanada bir çay baxçasında musiqilər söyləyərək başladı, eyni zamanda Xalq evinə də getdi. Dərzi köməkçiliyi edirdi, o illərdə bir restoranda səhnəyə çıxdı. Ayrıca ibtidadi məktəbdən məzun olduqdan sonra 14 yaşında ikən, 1967-ci ildə Adana Ailə Çay Baxçasında hazırlanmış yarışmaya qatıldı və birinci oldu. Səsiylə uşaq yaşlarında diqqət çəkən Gürsəs özü ilə edilmiş bir reportajda o zamanla bağlı bunları söyləmişdir:
Sadəcə ibtidai məktəb bitirmişəm.Adanada damda yatarkən uzun hava oxudum.Dostum Xalq evine gedirdi.Mən də getmək qərarına.Sonda Çukurova Radiosunda müğənni oldum. |
Soyadını da orada işləyərkən “Gürsəs“ olaraq dəyişdirdilər.
1967-ci ildən etibarğn TRT-Adana-Çukurova Radiosunda da hər həftə Şənbə günü canlı olarak türkülər oxuyurdu.1968-ci ildən etibarən bazara ilk 45-lik albomu çıxmağa başladı.İlk albomu 1968 tarixli "Əmmioğlu/Ovada Daşa Basma" albomudur və Ömür Albom şirkətinin məhsuludur. Ömür Albom Şirkəti ilə cəmi 4ədəd 45-lik albom hazırladı.
İstanbula gələn Gürsəs, Səlahəddin Sarıqayanın sahibi olduğu Sarıqaya Albom şirkəti ilə 2 ədəd 45-lik albom hazırladı: "Geyin Hazırlaş Səlvi Boylum/Həyatımı Sən Məhv etdin" ile "Getmə Gəl Gəl/Haram Eşq ".
Daha sonra 1969-cu ildə yenə İstanbulda Palandökən firması ilə çıxış parçası olan "Sevda Yüklü Karvanlar" da daxik olan "Sevda Yüklü Karvanlar/Vurma Gözəl Vurma" adlı 45-lik albomu çıxardı. Bu albim tam 300.000 ədəd satılaraq rekorf qırmışdır.
Gürsəs, bu albomdan sonra əskərliyə getdi, təkrar İstanbula gələrək eyni firmada albomlarını çıxarmağa devam etdi. Palandökən firması ilə tam 13, sonra Bestefon firması ilə tam 4, daha sonra Hülya Albom Şirkəti ilə 15 ve nəhayət Çın Çın Albom Şirkəti ilə 2 ədəd 45-lik albom hazırladı.
Dinləyici kütləsi
Müslüm Gürsəsin dinləyici kütləsi bir çox araştırmaya mövzu olmuşdur.Bu mövzuda doktorluq dissertasiyaları belə yazılmışdır: (Məsələn 2002/ Bağlam Mətbəəsi: Canər Işıq / Nuran Erol , "Ara musqisinin anlam dünyası və Müslüm Gürsəs").
1999-cu ildə Müslüm Gürsəsin o zamanda 15 il boyu albomlarını çıxartdığı Elenor Albom firması ilə yollarını ayırdı.
2006-ci ildə Gönül Təknəm adlı albomu Seyhan Musiqi Şirkəti etiketi ilə rəflərdəki yerini almışdır. Gürsəsin 2006-da yazar Muradxan Munqan ilə ortaq proyekti olan “Eşq Təsadüfləri Sevər” Pasaj Musiqi Şirkəti etiketi ilə musiqi marketlərindəki yerini aldı. Munqanın sözlərini yazdığı, David Boviedən Qarbaqeyə, Leonard Cohendən Ceyn Birkinə qədər bir çox xarici musiqiçinin bəstələdiyi musiqiləri səsləndirdi.Sonra 2009-cu ildə yenə eynə firmadan yaxşı bir albom olan "Sandıq" ilə Müslüm Gürsəs səhnələrə geri döndü.
2010-cu ildə noyabr ayında yenidən Pasaj Musiqi Şirkəti ilə "Yalan Dünya" adlı bir alboma imza atmışdır.
Ölümü
Müslüm Gürsəs, 15 Noyabr 2012-ci il Cümə axşamı günü Memorial Xəstəxanasında keçirtdiyi by-pass əməliyyatından sonra ağciyər və ürək çatışmazlığından reanimasiyaya göndərildi. Ona süni nəfəs cihazı bağlandı. Gürsəs, 3 Mart 2013-cü ildə təxminən dört aydır müalicə aldığı İstanbul Memorial Xəstəxanasında dünyasını dəyişdi. 4 Mart 2013-cü ildə Təşvikiyə məscidində qılınan cənazə namazının ardından Zəncirliquyu qəbristanlığında dəfn edildi.
Filmoqrafiya
Müslüm Gürsəs 39 filmdə oynamışdır. Bu filmlər aşağıdakılardır:
- Üsyankar - 1979
- Bağrı Yanıq - 1980
- Etirazım Var - 1980
- Həsrət - 1980
- Qul Sevdası - 1980
- Zeytun Gözlüm - 1980
- Sevincli Ol Yetər - 1981
- Anlada bilmədim- 1983
- Ağlatdı Fələk - 1984
- Bir Ulduz Yaranır - 1984
- Çarə Səndə Allahım - 1984
- Qəriblər - 1984
- Sev Yetər - 1984
- Güldür Üzümü - 1985
- Əkizler - 1985
- Qul Quldan Betər - 1985
- Yarana bilmədim- 1985
- Bələşçiler - 1986
- Çığlıq - 1986
- Səhər Vaxtı - 1986
- Törə - 1986
- Yıxıla Yıxıla - 1986
- Fələk Rüzgarı - 1986
- Qismətin Ən Gözəli - 1986
- Küskünəm - 1986
- Oğlum - 1987
- Talehsizlər - 1987
- Yalnızlıq Qorxusu - 1988
- Dərdlər İnsanı - 1990
- Dünya Boşdur - 1990
- Sevməməli - 2000
- Bir Ağıllı Bir Dəli - 2002
- Məhəbbət Quşları - 2002
- Ömərçip - 2002
- Balans ve Manevr - 2005
- Amerikalılar Qaradənizdə 2 - 2006
- Əsrarlı Gözlər - 2008
- Şov Bizinıs - 2011
- Müslüm Baba - 2018