Müskürlü

MüskürlüAzərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Müskürlü kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Müskürlü kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Müskürlü
40°33′33″ şm. e. 47°38′18″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Müskürlü xəritədə
Müskürlü
Müskürlü

Toponimikası

Yaşayış məntəqəsi Göyçay qəzasında yaşamış müskürlü tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənd Molla Qədim adı ilə da tanınır. Müskürlü etnonimi Azərbaycanın şimal-şərqində, Vəlvələçayla Samurçay arasındakı Müşkür düzünün adından yaranmışdır. Müskürlü Müşkür düzündə qədimdə yaşamış ellərin ümumi adı olmuşdur. Müşkür isə "qışlaq" mənasındadır.[2]

Coğrafiyası və iqlimi

Kənd Şirvan düzündə yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 615 nəfər əhali yaşayır.[3]

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.