Müseyib Allahverdiyev

Allahverdiyev Müseyib Abdulla oğlu (22 aprel (5 may) 1909, Dağ Kəsəmən, Qazax qəzası19 may 1969, Qazax) — Sovet İttifaqı Qəhrəmanı.

Müseyib Allahverdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 22 aprel (5 may) 1909
Doğum yeri
Vəfat tarixi 19 may 1969(1969-05-19) (60 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Uşağı
Təhsili
  • Tbilisi Ali Artilieriya Məktəbi[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü piyada
Rütbəsi mayor, kapitan
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı ulduz" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Həyatı

Müseyib Allahverdiyev 1909-cu ildə Qazax rayonun Dağkəsəmən kəndində dünyaya göz açmışdır. 1936-cı ildə hərbi siyasi məktəbi bitirib və 1941-ci ildə könüllü olaraq orduda xidmətə getmişdir.

Böyük Vətən müharibəsində batalyon komandiri olub. Böyük Vətən müharibəsi illərində döyüşən ordu sıralarında Moskva altındakı döyüşlərdən başlayaraq Budapeştə qədər döyüş yolu keçmişdir. Mayor Müseyib Allahverdiyevin komandir olduğu batalyon Dnepri keçərək Macarıstan ərazilərində ağır döyüşlərdə iştirak etmişdir. Batalyonun 1944-cü ilin 1 dekabrında apardığı döyüşdə düşmənin 500 əsgəri məhv edilmiş və 2200 nəfəri əsir alınmışdır. M. Allahverdiyev Budapeştin azad edilməsi əməliyyatında da iştirak etmişdir.[1]

Müharibədə göstərdiyi şücaətlərə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 24 mart tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.[2]

Qazax və Ağstafa rayonlarının yeganə Sovet İttifaqı Qəhrəmanıdır.[3]

19 may 1969-cu ildə vəfat edib[4].

Qazax avtovağzalının qarşısında büstü qoyulub.

İstinadlar

  1. "Allahverdiyev Müseyib Abdulla oğlu". 2010-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-23.
  2. Şəmistan Nəzirli, Krım dəftəri. Bakı, Şirvannəşr, 2004
  3. "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-12.
  4. "Аллахвердиев Мусеиб Абдулла оглы". 2012-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-12.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.