Müsahib Mustafa Paşa
Müsahib Mustafa Paşa (ö. sentyabr 1686) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.[1]
Müsahib Mustafa Paşa | |
---|---|
20 dekabr 1683 – dekabr 1685 | |
Əvvəlki | Yozğadlı Mustafa Paşa |
Sonrakı | Misirli İbrahim Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1640 |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | şair Süleyman ağa |
Həyat yoldaşı | Xədicə Sultan |
Uşaqları |
Sultanzadə Mehmed bəy Sultanzadə Həsən bəy |
Rütbəsi | Admiral |
Həyatı
Şair Süleyman ağanın oğludur. Əndəruna alınaraq burada tərbiyə edilmiş, ardından qapı ağası, 1663-cü ildə isə padşah müsahibliyinə gətirilmişdir. 1666-cı ilin avqustunda vəzir rütbəsi alaraq divanın ikinci vəziri oldu.
Bu vəzifədə ikən 1675-ci ildə Sultan Mehmedin qızlarından Xədicə Sultanla nigahlandı. Toy mərasimi kiçik qardaşı Şahzadə Əhmədin sünnət mərasimi ilə birlikdə keçirildi. Ədirnədə 14 gün boyunca davam edən bu toy mərasimi o qədər təntənəli keçmişdi ki, Xədicə Sultanın cehizi 86 qatırla daşınmışdı. 11 il davam edən bu evlilikdən Sultanzadə Mehmed Bəy, 7 yaşında vəfat edən Həsən Bəy və kiçik yaşlarında vəfat edən digər övladları dünyaya gəldi.
1683-cü ilin dekabrında padşah müsahibliyindən alınaraq kaptan-ı dərya təyin edildi. Bu vəzifəylə birlikdə 1684-cü ilin dekabrında Mora sərdarı, 1685-ci ilin dekabrında isə Boğazların mühafizəsi ilə vəzifələndirildi. 1686-cı ilin oktyabrında vəfat etdi. Böyük oğlu Sultanzadə Mehmed bəy də özü kimi Əndərunda tərbiyə almışdır.
Mənbə
- Mustafa Çağatay Uluçay, Padişahların kadınları ve kızları (5 bas.), 2011 Ankara: Ötüken. ISBN 9789754378405.
İstinadlar
- Sicill-i Osmani IV, səh. 177