Müsəlman Qardaşlar

Müsəlman Qardaşlar və ya Əl-İxvan əl-Müslimun — Əsası Misirdə Həsən əl-Bənna tərəfindən qoyulmuş beynəlxalq dini-siyasi təşkilat. Hal-hazırda rəsmi fəaliyyəti qadağan edilmişdir.

Müsəlman Qardaşlar

الإخوان المسلمون‎‎
Loqonun şəkli
Sədri Məhəmməd Bədi
Qurucu Həsən əl-Bənna
Lideri Məhəmməd Bədi
Quruluş tarixi 22 mart 1928
Baş qərargah Qahirə, Misir
İdeologiya Panislamizm, Sünni İslamçılıq, sosial konservatizm, dini konservatizm
İdeoloji spektr sağçılıq
Saytı ikhwanweb.com
Bayrağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəzi Azərbaycandilli mənbələrdə Müsəlman Qardaşlığı formasında da adlandırılır.[1][2][3]

Yaranması

Artıq Hüsni Mübarəkin devrilməsindən sonra Misirdə bu təşkilata olan qadağa aradan qaldırılmışdır, buna baxmayaraq bəzi ölkələrdə, məsələn Rusiyada, bu təşkilat terrorçu məqsədlərinə görə qadağandır. ABŞ -da müsəlman qardaşlar təşkilatı rəsmən terror təşkilatı kimi qadağan olunmayıb. 2011-ci il Misir Parlamentinə seçkilərdə müsəlman qardaşların kifayət qədər iddialıdır.

İnkişafı

1920-ci ildə Həsən Bənna tərəfindən qurulan təşkilat, siyasi aktivliyi ilə dünyada, Şimal Afrikada və Orta Şərqdə saysız tərəfdar qazanıb. Başlanğıcda məqsədi İslami dəyərlər və siyasi fəaliyyət olan hərakat, qısa müddət sonra daha da inkişaf edib. Xüsusilə Misirdə Osmanlı İmperiyasının tənəzzülə uğramasından sonra, İngiltərə müstəmləkə rəhbərliyinə qarşı müqavimətdə və Qərb dəyərlərinə qarşı Ərəb və Müsəlman şəxsiyyətinin müdafiə olunmasında Müsəlman Qardaşları Birliyi əhəmiyyətli rol oynayıb.

Müsəlman Qardaşların fəaliyyəti bu gün rəsmi olaraq qadağan olunub və təzyiqlərə məruz qalır. Bununla belə Hüsnü Mübarəkin 1981-ci ildən bəri iqtidardakı Milli Demokratik Partiyası NDP-yə qarşı xalq müxalifətində qabaqcıl rol oynayıb.

Birlik üzvləri demokratik prinsipləri müdafiə etdiklərini söyləyirlər. Amma İslam hüququna söykənən bir dövlətin qurulmasının tərfdarıdırlar. Dünyada istifadə etdikləri ən məşhur şüar isə “Həll yolu İslamdadır.”

Həsən Bənna, 1928-ci ildə Müsəlman Qardaşlar Birliyini yaradandan sonra, ölkənin hər yerində təşkilatlanmış şəkildə işlər görməyə başladı. Müxtəlif bölgələrdə məscid, məktəb ya da idman mərkəzləri tikdirildi. Müsəlman Qardaşlara üzv olanların sayı sürətlə artdı.

1940-cı illərin sonunda təşkilatın Misirdə 2 milyon üzvü var idi. Müsəlman Qardaşların fikirləri Ərəb dünyasında da geniş vüsət almışdı. Misir hökuməti, Müsəlman Qardaşları 1948-ci ildə İngiltərə və yəhudilərlə mübarizə apardığı üçün ləğv etmişdi.

Daha sonra Həsən Bənna təhlükəsizlik qüvvələri tərəfindən təşkil edilən sui-qəsdlə öldürüldü. 1952-ci ildə, özlərini “Azad Zabitlər” deyə adlandıran bir qrupun təşkil etdiyi hərbi çevriliş ilə Kral Faruq taxtından endirildi, müstəmləkə rejimi sona çatdı.

Müsəlman Qardaşlar (İxvanul Muslimin), bu dövrdə əhəmiyyətli rola sahib idi. Nəhayət 1970-ci ildə Ənvər Sadat prezident oldu. Başda hökumətlə əməkdaşlıqda olsalar da bu əlaqə, qısa müddət sonra pozuldu.

1984-cü ildə Vəfd partiyası, 1997-ci ildə İşçi Partiyası və Liberal Partiya ilə ittifaqa yaradaraq, Misirin ən güclü müxalifətini yaratdılar. Müsəlman Qardaşlar, 2000-ci ildəki seçkilərdə məclisdə 17 mandata sahib idilər. Bundan beş il sonra, bu günə qədər ki, ən yaxşı seçki nəticəsi idi. Siyasi qadağa qoyulduğu üçün seçkilərə müstəqil daxil olan namizədlər, parlamentdəki yerlərin 20 faizini təşkil edirdilər.

Bu nəticə prezident Hüsnü Mübarəki sarsıtdı. Hökumət, bir daha Müsəlman Qardaşları çökdürmək üçün əməliyyatlara başladı. Yüzlərlə Müsəlman Qardaşlar üzvü həbs olundu, yenidən təşkilatlanmaları qarşısında maneə yaradıldı.

Mübarəkin lideri olduğu Milli Demokratik Partiya (NDP) eyni zamanda 2010-cu il noyabr ayındakı parlament seçkilərində müxalifətin önə çıxmasına maneə oldu. Müsəlman Qardaşların namizədləri ilkin mərhələdə mandat qazana bilmədilər. Təşkilat, digər müxalifət partiyalarıyla birgə seçkilərin ikinci mərhələsini boykot etmək qərarına gəldilər. NDP, parlamentdəki yerlərin 80 faizini əldə etdi.

Müxalifətə qarşı təzyiqlər, 2011-ci ilin yanvar ayında minlərlə misirlinin küçələrə tökülməsinə səbəb oldu. Qahirədəki NDP-nin baş qərargahı yandırıldı və beləliklə yenidən Müsəlman Qardaşlar, ölkədəki xalq üsyanına başçılıq edir.[4] "Müsəlman Qardaşlar" təşkilatı 1928-ci ildə İsmailiyyə şəhərində müəllim Həsən Əl-Bənna tərəfindən yaradılıb.

Əvvəlcə xeyriyyəçilik və sosial layihələr həyata keçirən təşkilat xalq arasında inam qazanaraq möhkəmləndi. 1936-cı ildə üzvlərinin sayı 800-ə çatan “Müsəlman Qardaşlar”, 1948-ci ildə isə 500 mindən artıq üzvə sahib oldu.

2) Getdikcə “Müsəlman Qardaşlar”ın fəaliyyəti siyasi müstəviyə keçir. 1940-cı ildə İsrail rejiminin qurulması üçün Misirdə olan Britaniya əsgərlərinə qarşı mübarizəyə başladılar.

3) 1948-ci ildə təşkilatın bağlanmasını əmr edən baş nazir Mahmud Fəhmi Nukraşi öldürüldükdən sonra təşkilata qarşı təzyiqlər başlayır. Təşkilatın rəhbəri Bənna 1949-cu ildə edam edildi. Bundan sonra təşkilat hərəkat olaraq fəaliyyətini davam etdirdi. 1954-cü ildə Prezident Camal Əbdül Nasirin sui-qəsd nəticəsində ölümündən sonra hərəkat da qadağan edilir. 1970-ci ilə qədər davam edən təzyiq Ənvər Sədatın dövründə azalmağa başlayır. Sədat ümumi əfv fərmanı verərək bütün təşkilat üzvlərini həbsdən azad edir.

4) Təşkilat ilk dəfə olaraq 1980-ci ildə seçkilərə qoşulur. 2000-ci ildə isə 17 müstəqil namizədlərini parlamentə daxil edə bildilər və bununla ən böyük müxalifət qrupunu yaratdılar.

5) Hüsnü Mübarəkin hakimiyyətdən getməsi ilə “Müsəlman Qardaşlar”ın parlamentdə yer tuta biləcəyini düşünən İsrail rejimi Misirlə aralarında 1979-cu ildə imzalanan sülhü tanımamasından narahatdır. ABŞ isə təşkilatla əlaqələr barədə yenidən düşünür və Misirdə onların əli ilə qurula biləcək İslam hökumətindən narahatdır.[5]

Yaxın Şərq və İslam coğrafiyasının ən güclü hərəkatlarından olan Müsəlman Qardaşlar digər adı ilə “İxvan-ı Müslimin” illərlə Yaxın Şərqdəki bəzi rejimlər tərəfindən təhdid olaraq göstərilib və bu təhdidlə öz rejimlərinə qərbli ölkələr nəzdində qanuni bir zəmin hazırlamağa çalışıb.

Qərb ölkələri də ya öz mənfəətləri üçün, ya da 11 Sentyabr terror hücumunun səbəb olduğu zədə ilə bu iddialara haqq qazandırıb. Misirdə başlayan xalq etirazı ilə yenidən diqqətləri çəkən və sorğulanan “Müsəlman Qardaşlar” (MQ) təşkilatı, iddia edilənlərin əksinə şəriət tərəfdarı radikal təşkilat deyil. Mülayim, Qərblə yaxın münasibətlər tərəfdarı bir hərəkatdır. Başda 11 Sentyabr terror hücumu olmaqla bənzər hər növ terror aksiyasına etiraz və tənqid edir.

1928-ci ildə əsl peşəsi müəllim olan Həsən əl-Bənna tərəfindən qurulan təşkilat, xüsusi ilə də ingilislərin işğalına qarşı göstərdiyi müqavimətlə diqqət çəkib. Bənna 1948-ci ildə kəşfiyyat orqanları tərəfindən qətlə yetirildikdən sonra təşkilat, yüz minlərlə üzvə sahib idi və ərəb millətçiliyi ilə eyniləşən Əbdülnasirin də diqqətini çəkmişdi. Əbdülnasir, 1952 tarixində Azad Zabitlər Hərəkatı ilə Kral Fərruxu hakimiyyətdən endirəndə Müsəlman Qardaşların köməyindən də faydalanmışdı. Ancaq bu təşkilatı sonradan özünə təhdid olaraq görən Əbdülnasir, təşkilatın mənəvi lideri adlandırdığı məşhur İslam alimi Seyyid Qütübü edam etdirmişdi.

Bir müddət gizli fəaliyyət göstərməyə məcbur olan təşkilata daha sonra siyasi fəaliyyət göstərməmək şərti ilə nisbətən sərbəstlik verilmişdi. Son illərdə başda Türkiyədəki dəyişiklik olmaqla dünyadakı vəziyyəti yaxşı dəyərləndirməməkdə tənqid edilən təşkilatın tənqid edildiyi digər səbəb isə HAMAS-ın xətalarına heçbir şərtsiz dəstək verməsi və Əl Qaidə kimi terror təşkilatları ilə bağlı mövqeyini konkret olaraq bəyan etməməsidir. Tikdirdiyi xəstəxana, məktəb və qurduğu fond və yardım fəaliyyətləri ilə başda aşağı gəlirli təbəqələr olmaqla cəmiyyətin bütün hissəsi ilə yaxın sosial münasibət quran təşkilatın siyasi fəaliyyətdə israr etməsi də tənqidlərə yol açır. Təşkilatın daxilindəki bir qrup siyasi fəaliyyətdən uzaqlaşıb, dini icma kimi sosial fəaliyyətlərlə məşğul olmaq tərəfdarıdır. Digər qrup isə bir ölkədə dəyişiklik üçün siyasətin əsas olduğunu düşünür.

2005-ci ildə ABŞ-nin da təzyiqi ilə məcburi demokratiya nümunəsi yaşayan Misirdə "Müsəlman Qardaşlar" böyük bir uğura imza ataraq parlamentdə 88 yer qazandı. Bundan sonra Hamas, Fələstində Əl Fətihə böyük bir siyasi zərbə vurandan sonra başda Misirdəki elit təbəqə olmaqla qərbdə panika başlayıb. Xalqın ən az yarısı ilə münasibət qurduqlarını bəyan edən MQ, bu güclü mövqelərini siyasi səhnədə də davam etdirə biləcəklərinə inanır. Ancaq Misir cəmiyyətinin mülayim quruluşu, əsrlərdir Xristianlarla birlikdə yaşamağın da qazandırdığı təcrübə ilə fərqli din, məzhəb və ideologiyalara qarşı göstərilən ictimai tolerant və müasirləşməyə meyilli olması, xalqın müəyyən bir partiya ya da fikrə bağlı qalmasına mane olur. Ən uzağı 20 faizlik bir xalq dəstəyi olan Müsəlman Qardaşların ən böyük üstünlüyü, ölkənin ən yığcam və sağlam təşkilatlanmış qrupu olmasıdır. Ən böyük çatışmazlığı isə güclü bir liderə sahib olmamasıdır.

Müsəlman Qardaşların qurucusu Həsən əl-Bənnanın nəvəsi Tarık Ramazan isə deyir ki, etirazçılar geri addım atmamalıdır. "Mübarək namizəd olmayacağını açıqladığı sentyabrdakı seçkilərə qədər hakiməyyətdə qalsa qanlı nəticələr olacaq". Müxalifəti Mübarəkdən sonrakı dövrə hazırlığa da səsləyən Ramazan deyir ki, "Mübarəkdən sonra radikal İslamçılar aktivləşəcək və ölkədə xaos mühiti yaranacaq" iddialarını da məhz bilərək Mübarək tərəfdarları ortaya atır.[6]

Müsəlman Qardaşları Hərəkatı sabah Qahirənin Təhrir meydanında kütləvi aksiya keçirəcək. Müsəlman Qardaşları Hərəkatı meydana 1 milyon insan toplayacağını bəyan edib. İslamçılar sabiq prezident Hüsnü Mübarəkin yaxın ətrafından formalaşdırılan yeni hökumətin buraxılmasını tələb edirlər. Müsəlman Qardaşları Hərəkatının rəhbərlərindən olan Essam əl-Erian deyib ki, müdafiə, ədliyyə, daxili və xarici işlər nazirləri öz postlarında qalıblar: "Bu, o deməkdir ki, Misirə nəzarət yenə Hüsnü Mübarək və onun tərəfdarlarının əlindədir". Qeyd edək ki, hazırda Misiri idarə edən Ali Hərbi Şura yalnız informasiya, neft və mədəniyyət nazirlərini postlarından uzaqlaşdırıb.[7]

Misirin Müsəlman Qardaşlar hərəkatının yeni lideri professor Məhəmməd Bədiidir. Ölkənin müxalifətdə olan Müsəlman Qardaşlar hərəkatından verilən məlumatda hərəkatın şurasında keçirilən səsvermədə Məhəmməd Bədiinin səs çoxluğu ilə hərəkatın yeni lideri seçildiyi bildirilib. Misir mətbuatında bu məsələ ilə bağlı dərc olunan xəbərləri təsdiq edən hərəkatın keçmiş lideri Mehdi Akif Bədiinin hərəkatın yeni lideri olduğunu deyib. M.Akif keçirdiyi mətbuat konfransında hərəkatın bundan sonra da İslamda mötədillik prinsipinə sadiq qalacağını və bu fəaliyyətini bu yöndə davam etdirəcəyini bildirib. Keçmiş lider M.Bədiinin Müsəlman Qardaşlara yeni lider seçilməsinin hərəkatın beynəlxalq şurasının 30 üzvü tərəfindən təsdiqləndiyini də vurğulayıb.

Qeyd edək ki, ixtisasca veterinar olan 67 yaşlı professor M.Bədii hazırda ölkənin Bəni Sueyf Universitetində çalışır. M.Bədii Müsəlman Qardaşlar hərəkatının sayca 8-ci lideridir.[8]

İstinadlar

  1. "Müsəlman Qardaşlığı: Biz anti-İsrail deyilik, ədalət istəyirik". www.bbc.com. 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  2. ""Müsəlman qardaşlığı"nın baş ideoloqu yazıçıydı". Azadlıq Radiosu (az.). 2012-06-25. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  3. ""Müsəlman qardaşlığı"nın terrorçular siyahısına salınması nəzərdən keçirilir". Amerikanın Səsi (az.). 2019-04-30. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  4. "MİSİRƏ İSTİQAMƏT VERƏN MÜSƏLMAN QARDAŞLAR". 2011-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-10.
  5. ""Müsəlman Qardaşlar" haqda 5 nöqtə-Araşdırma". 2011-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-10.
  6. ""Müsəlman Qardaşlar" kimdir?". 2021-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-10.
  7. "Müsəlman Qardaşları Hərəkatı Misiri yenə çaxnaşdıracaq". 2011-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-24.
  8. "Müsəlman Qardaşlar hərəkatı yeni liderini seçib". 2013-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-10.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.