Mürsəl İbrahimov

Mürsəl Qorxmaz oğlu İbrahimov (20 sentyabr 1970, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Silahlı Qüvvələrinin polkovniki; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2023).

Mürsəl İbrahimov
Vəzifədədir
17 aprel 2023-cüildən
(i.e. 14–16 fevral 2024)
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
ƏvvəlkiArzu Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 20 sentyabr 1970(1970-09-20) (53 yaş)
Doğum yeri
Təhsili Azərbaycan Dövlət Neft və Kimya İnstitutu
Hərbi xidmət
Xidmət illəri 1992—h.h.
Rütbəsi Polkovnik

Təltifləri "Hərbi xidmətlərə görə" medalı

Həyatı

Mürsəl Qorxmaz oğlu İbrahimov 1970-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub.

M. İbrahimov 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.

M. İbrahimov 1992–1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində taqım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsinin inspektor və baş inspektor vəzifəsində işləyib.

10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. 2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Bir müddət "Kapital Bank" ASC Təhlükəsizlik Departamentin direktoru olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 17 aprel 2023-cü il tarixli Sərəncamına əsasən Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunub.[1]

Mükafatları

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.