Müqəddəs oda yanaram
Müqəddəs oda yanaram | |
---|---|
Janr | dram |
Rejissorlar |
Gülbəniz Əzimzadə Hafiz Fətullayev |
Ssenari müəllifi | Hafiz Fətullayev |
Baş rollarda |
Hamlet Qurbanov — Sadıq dayı Həmidə Ömərova — Zəhra Füzuli Hüseynov — Zaur Yaşar Nuri — Oqtay |
Operator | Ələkbər Muradov |
Bəstəkar | Eldar Mansurov |
Rəssam | Mayis Ağabəyov |
İstehsalçı | "AMAfilm" Kinoşirkəti |
İlk baxış tarixi | 1991 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 91 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 1991 |
Texniki məlumatlar |
9 hissə 2485 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID3127324 |
Məzmun
Kino əsərinin mövzusu insanın daxilən, mənən təmizlənməsi, onun özünə və cəmiyyətə qayıtması haqqındadır. Filmin qəhrəmanı buna bir neçə dəfə yolunu azandan sonra nail olur.
Süjetin mərkəzində qələm və kağızı tullayıb siyasətə qoşulan istedadlı yazıçı durur. Lakin bir gün o, başını qaldırıb başa düşür ki, artıq bir sətir belə yaza bilmir. Yalnız bir sıra mənəvi və əxlaqi təmizlik mərhələlərindən keçəndən və gözəl Zəhraya (Həmidə Ömərova) rast gələndən sonra Zaur (Füzuli Hüseynov) yenidən yaradıcılığa qayıtmağa, alicənab olmağa özündə qüvvə tapır...
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Hafiz Fətullayev
- Quruluşçu rejissor: Gülbəniz Əzimzadə, Hafiz Fətullayev
- Quruluşçu operator: Ələkbər Muradov
- Quruluşçu rəssam: Mayis Ağabəyov
- Bəstəkar: Eldar Mansurov
- Səs operatoru: Tatyana Kərimova
- Geyim rəssamı: Mehriban Əfəndiyeva
- Mahnı mətninin müəllifi: İsmayıl Dadaşov
Rollarda
- Hamlet Qurbanov — Sadıq dayı
- Həmidə Ömərova — Zəhra
- Füzuli Hüseynov — Zaur
- Yaşar Nuri — Oqtay
- Leyla Bədirbəyli — Zəhranın xalası
- Abbas Qəhrəmanov — Rasim
- Ayan Fətullayeva — Cəmilə
- Afaq Möhsünqızı — Odlar gəlini
Sponsor
Perm Şəhər İcraiyyə Komitəsi Yanında "Olimp" Ticarət Kommersiya Mərkəzi
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.