Müqəddəs kitab
Müqəddəs kitab (müqəddəs mətn) — hər hansı bir din və ya məzhəbdə müqəddəs qəbul edilən və mərkəzi bir əhəmiyyətə sahib olan əsərdir (yazıdır). Müqəddəs mətnlərin Allah tərəfindən birbaşa göndərildiyinə, nəbilərə (peyğəmbərlərə) vəhy edildiyinə inanılır. İstifadəsi müxtəlif yazı vasitələri (daş kitabələr, perqament, gil lövhələr, kağız və s.) üzərində fərqli informasiya daşıyıcılarında (kitab, mikrofiş, mikrokart, elektron sənəd və digər daşıyıcılarda) əlyetərlidir.[1]
Din - mənbəyi yaradana dayanan, məxluqatı dünya və axirət xoşbəxtliyinə qovuşdurmaqla nicatlandıran ilahi inanc sistemidir. Səmavi və qeyri-səmavi olmaqla dinlər iki qrupa ayrılır. Səmavi dinlər Allah tərəfindən vasitəli (mələklər ilə) və vasitəsiz (birbaşa) olaraq peyğəmbərlərə göndərilən yaradan, yaradılış, dünya və axirət məsələləri haqqında fikir və ya hökmlər (vəhy) barədə informasiya qaynaqlarıdır. Yəhudilik, xristianlıq və İslam dini səmavi dinlərdir. Həmçinin bu dinləri haqq və həqiqi dinlər adlandırırlar.[1]
Qeyri-səmavi dinlər isə bəşər övladının şüurunun formalaşdığı dövrdən insanlar arasında təşəkkül tapmış, Allah tərəfindən peyğəmbərlərə göndərilməyən, fərqli inanc, müxtəlif tapınma sistemləridir. Belə dinlərə misal üçün, buddizmi, zərdüştlüyü, şintoizmi və sairəni göstərmək olar.[1]
Səmavi kitabların sayı üçüdür. Onların birincisi «Tövrat», ikincisi«İncil», üçüncüsü isə «Qurani-Kərim»dir.[1]
Hinduizmin Riqvedası M. Ö 1500 ilə M. Ö 1300-ci illərdə yazılmış, tarixin də ən köhnə müqəddəs mətnlərindən biri olmuşdur. Zerdüştçülüğün Avesta 'sı isə şifahi olaraq yazı əvvəlində istifadə edilmişdir. Avesta dili isə, araşdırmaçılar tərəfindən M. Ö 1000 ətraflarında yerləşdiyi nəzərdə tutulmuşdur.
İlk basılıb xalqa topluca paylanan mətn isə, M. Ö 868-ci ildə (1440-cı il ilk kitab çapının ixtirası ili hesab olunur İohann Qutenberq) yazılan Bibliya müqəddəs mətni Sutra (ya da Diamond Sutra) 'dır.
Mətnlər
Asartu
- Poetik Eda
- Gənc Eda
Ayyavazhi
- Akilattirattu Ammanai
- Arul Nool
Bahailik
- Kitab-Mübarək
- Ikan Kitabı
- Gizli Sözlər
- Qurdun Oğlu risaləsi
Birləşmə Kilsəsi
- Müqəddəs Prinsip
- Wolli Hesul
- Wolli Kangron
Buddizm
- Sutra
- Tipitaka
Etrüsk mifologiyası
- Pyrgi Həbləri
- Tabula Cortonensis
- Liber Linteus
- Cippus Perusinus
Falun Gong
- Zhua Falun
Hinduizm
- Sruti
- Veda
- Rigveda
- Samaveda
- Yajurveda
- Atharvaveda
- Bramanalar
- Aranyakalar
- Upanişad
- Smitri
- İtihasas
- Mahabharata
- Bhagavad Gita
- Ramayana
- Puranalar
- Tantralar
- Sutralar
- Stotralar
- Ashtavakra Gita
- Gherand Samhita
- Gita Govinda
- Hatha Yoga Pradipika
Xristianlıq
- İncil
- Apokrifa (Deutero Kanonik) (İkinci Dərəcədə Esin Kitablar)
- Mormon Kitabı (Mormonlar üçün)
- Adəmin sonu (Gnostikler üçün)
- Yəhudanın müjdəsi (Gnostikler üçün) (Gnostikler üçün cəmdə 53 ədəd İncil mövcuddur)
Swedenborgçuluk
- İncil
- Emanuel Swedenborg 'un yazıları
Jainizm
- Tattvartha Sutra
Manikaeizm
- Arzhang
Rastafarianizm
- İncil
- Müqəddəs Piby
- Kebra Negast
- Haile Selassie 'nin danışmaları
Ruhçuluk
- Ruh Kitabı
- Cənnət və Cəhənnəm
- Ruhçuluğa Görə Yaradılış
Sabyanizm
- Ginza Rba
Samaritanizm
- Samarit İncili
Siqhizm
- Guru Granth Sahib
- Daşa Granth Sahib
Şinto
- Kojiki
- Nihon Shok ya da Nihingi
Taoizm
- Tao-te-ching
- I Ching
- Chuang Tzu
Telema
- Liber Al vəl Legis başda olmaq üzrə Telema Müqəddəs Kitabları
Yeni Çağ Dinləri
- Yuxuların Yolu
- Tanrı ilə Danışmalar
- Oahspe
- Urantia Kitabı
- Möcüzələrin Yönü
Zərdüştilik
- Katha
- Avesta
- Yasna
- Visparad
- Yashtlar
- Vendidad
- Denkard
- Bundahizn
- Mainog-i-Kirad
- Arda Viraf Namak
- Zartushtnamah
- Sad-dar (Üz Qapı)
- Rəvayətlər
- Zend
- Kord Avesta
İstinadlar
- MÜXTƏSƏR OLARAQ MÜQƏDDƏS KİTABLAR, ONLARIN MEYDANA GƏLMƏSİ VƏ YAYILMASI HAQQINDA 2021-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-03.