"Müqəddəs böyük Yekaterina" ordeni (Rusiya Federasiyası)
Müqəddəs böyük Yekaterina ordeni — Rusiya Federasiyasının dövlət mükafatı.
Müqəddəs böyük Yekaterina ordeni | |
---|---|
rus. Орден Святой великомученицы Екатерины | |
|
|
|
|
Ölkə | Rusiya |
Tip | orden |
Kimə verilir | Rusiya Federasiyasının və xarici dövlətlərin vətəndaşlarına |
Təltif edir | |
Status | verilir |
Deviz | Mərhəmətə görə |
Statistika | |
Təsis tarixi | 3 may 2012 |
İlk təltif |
|
Təltif sayı | 4 nəfər |
Ardıcıllıq | |
Yüksək mükafat | Aleksandr Nevski ordeni |
Aşağı mükafat | "Vətənə xidmətə görə" ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Müqəddəs böyük Yekaterina ordeni Rusiya Federasiyasının Prezidenti D. Medvedyevin 3 may 2012-ci il tarixli 573 saylı "Yaxşılıq Uğrunda" Müqəddəs böyük Yekaterina fərqlənmə nişanı və ordeninin təsis edilməsi haqqında" fərmanı ilə yaradılmışdır[1].
Ordeninin statutu
1. Müqəddəs böyük Yekaterina ordeni yüksək dini-mənəvi mövqeyi ilə tanınmış və Rusiya Federasiyasının vətəndaşlarına və xarici dövlətlərin vətəndaşlarına sülhməramlı, humanitar və xeyriyyəçilik fəaliyyətində, mədəni irsinin qorunmasında verdiyi töhfəyə görə təqdim edilir.
2. Müqəddəs böyük Yekaterina ordeni lenti sinənin sağ tərəfində daşınır.
Müqəddəs böyük Yekaterina ordeni lentini sinənin sağ tərəfində Rusiya Federasiyasının digər dövlət mükafatları ilə birlikdə daşımağa icazə verilir.
Müqəddəs böyük Yekaterina ordeninin ulduzu çiynin sol tərəfində "Vətənə xidmətə görə" ordenin ulduzu altında daşınır.
3. Xüsusi hallarda Müqəddəs böyük Yekaterina ordeninin lentini sinənin sağ tərəfində daşınmasına icazə verilir.
4. Müqəddəs böyük Yekaterina ordeni lenti "Vətənə xidmətə görə" ordeni lentindən sonra yerləşir.
5. Müqəddəs böyük Yekaterina ordeninin lenti sinənin sağ tərəfində daşındığı halda Müqəddəs böyük Yekaterina ordenin rozeti isə sinənin sol tərəfində daşınır.
Ordeninin kavalerləri
1. lyina Lyudmila Dmitrievna(3 may 2012-ci il, № 574)- Müqəddəs Nikolay Çernoostrov Rus pravoslav kilsəsinin Kaluqa yeparxiyasının Maloyaroslavets şəhərində qadın monastırının başçısıdır[2].
2. Pereojix Nina Nikitiçna (3 may 2012-ci il, № 574) — Lipetsk Vilayət "2 saylı dövlət xəstəxanası" səhiyyə idarəsinin həkimi[2].
3. Fals-Feyn Eduard Aleksandroviç (30 sentyabr 2012-ci il, № 1312), Lixtenşteyn Knyazlığın vətəndaşı[3]
4. Sarqanova Natalya Vasiliyeviç (11 fevral 2013-cü il, № 135) — Tula şəhərində valideynidir[4] .
İstinadlar
- ""Yaxşılıq Uğrunda" Müqəddəs boyük Yekaterina fərqlənmə nişanı və ordeninin təsis edilməsi haqqında"". Kremlin.ru. 2013-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-10.
- "Rusiya Federasiyasının Prezidentinin "Rusiya Federasiyasının dövlət mükafatları ilə təltif edilməsi Haqqında" 3 may 2012-ci il tarixli 574 saylı fərmanı". Kremlin.ru. 2014-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-10.
- "Rusiya Federasiyası Prezidentinin fərmanı 30 sentyabr 2012-ci il tarixli 1312 saylı fərmanı". 2014-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
- "Rusiya Federasiyası Prezidentinin fərmanı 11 fevral 2013-cü il tarixli 135 saylı fərmanı". 2014-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.