Müqəddəs Yelisey Kilsəsi (Oğuz şəhəri)

Müqəddəs Yelisey Kilsəsi (udi Ĭvĕl Yeliseyi s'iyen Gergeś, rus. Церковь Святого Елисея) — keçmişdə Şərqi Pravoslav kilsəsiErməni Apostol Kilsəsi kimi fəaliyyət göstərmiş, hazırda Oğuz Tarix-Diyarşünaslıq Muzeyinə ev sahibliyi edən tikili. Oğuz şəhərində yerləşir.

Müqəddəs Yelisey Kilsəsi
41°04′27″ şm. e. 47°28′00″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Oğuz
Yerləşir Oğuz
Aidiyyatı Pravoslav
Tikilmə tarixi 1822-ci il
Vəziyyəti stabil
İstinad nöm.4940
KateqoriyaKilsə
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Kilsənin tikilməsi haqqında iki fərqli nəzəriyyə mövcuddur. Bir versiyaya görə, yepiskop Pyotr Silikov tərəfindən 1822-ci ildə tikilib,[1][2] lakin yerli udi etnoqraf Mixail Bejanova görə kilsəni inşa edən əcdadı İosif Bejanov idi.[3] Buna baxmayaraq iki nəzəriyyə də tarixi və kilsənin aidliyini Şərqi Pravoslav kilsəsi olaraq qəbul edir. Gürcü tədqiqatçı Roland Topçişvilinin araşdırmasına görə, sonradan kilsə erməni kilsəsinin tabeliyinə verildi və Silikovlar ailəsinin bəzi üzvləri erməniləşdi, ehtimal ki, fərqli nəzəriyyələrin üzə çıxmasına da bu səbəb olub.[2] Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra kilsə fəaliyyətini dayandırıb.

Muzey kimi

Oğuz Tarix-Diyarşünaslıq Muzeyi 19 fevral 1981-ci ildə kilsə binasında yaradılıb və hazırda 4441 eksponat saxlanılır.[4] Fəaliyyətə başladığı ilk illərdə əsas fondda cəmi 200 eksponat vardı. Yerli ərazinin tarixi, mədəniyyəti, etnoqrafiyası və sənətkarlığının bir çox dəyərli nümunələri var. Bölgədə aparılan arxeoloji qazıntılar zamanı əldə edilən 168 maddi mədəniyyət nümunəsi də burada nümayiş etdirilir.

Qalereya

Həmçinin bax

İstinadlar

  1. Bläsing, Uwe; Dum-Tragut, Jasmine. Cultural, Linguistic and Ethnological Interrelations In and Around Armenia (ingilis). Cambridge Scholars Publishing. 2020-05-15. 174. ISBN 978-1-5275-5136-7. 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
  2. Topchishvili, Roland. The Udis (Historical – ethnological Study) // History of Georgian Mountein Regions (ingilis). თბილისი. 2005. 180. 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
  3. Bezhanov, Mikhail. "Краткие сведения о селе Варташене и его жителях" [Brief information about the village of Vartashen and its inhabitants]. Collection of materials for the description of localities and tribes of the Caucasus (Сбо́рник материа́лов для описа́ния ме́стностей и племён Кавка́за - СМОМПК) (rus) (14). 1892: 213-262.
  4. "Oghuz History-Ethnography Museum". www.museum.az ( (ing.)). 2021-08-08 tarixində arxivləşdirilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.