Müqəddəs Stepanos kilsəsi (Bazarkənd)
Müqəddəs Stepanos kilsəsi — Kəlbəcər rayonu Bazarkənd kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. XII–XIII əsrlərə aid olan abidə birnefli bazilikasına malikdir. Müqəddəs Stepanos kilsəsi Qafqaz Albaniyasının Vaçar adlı yaşayış məntəqəsində saxlanılmış çoxsaylı abidələrdən biridir.
Müqəddəs Stepanos kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Kəlbəcər |
Yerləşir | Bazarkənd |
Aidiyyatı |
Alban Həvari Kilsəsi Erməni Qriqoryan Kilsəsi |
Tikilmə tarixi | XII-XIII əsrlər |
Üslubu | Qafqaz Albaniyasının memarlığı |
|
Memarlıq xüsusiyyətləri
Vaçar ərazisində yerləşən birnefli bazilika olan Müqəddəs Stepanos kilsəsinin tağtavanı tağlı kəmərlə möhkəmləndirilmişdir. Relyefin qeyri-hamar olması səbəbiylə giriş qapısı cənub tərəfdə yerləşdirilmişdir.[1]
Kilsənin altarı döşəmə səviyyəsindən yüksəkdə, yarımdairəvi dərinlikdə yerləşdirilmiş, iki tərəfində isə kvadrat formalı nişlər yaradılmışdır. Tikilinin ikiqatlı binəsi yaxşı yonulmuş daşlarla üzlənmişdir.[1]
İstinadlar
- Мкртчян, 1989. səh. 24
Ədəbiyyat
- Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.