Müqəddəs Stefan bazilikası
Müqəddəs Stefan bazilikası (mac. Szent István-bazilika)— Macarıstanın Budapeşt şəhərində yerləşən katolik bazilika. O ilk macar kralı I Stefanın şərəfinə Müqəddəs Stefan bazilikası adlandırılmışdır. İlk əvvəl Macarıstanın 6-cı ən böyük kilsəsi sayılan Müqəddəs Stefan bazilikası 1920-ci ildən sonra Papanın əmri ilə bazilika statusu almışdır. Günümüzdə isə Macarıstanın 3-cü ən böyük kilsə binasıdır[2].
Xristian–katolik | |
Müqəddəs Stefan bazilikası | |
---|---|
mac. Szent István-bazilika | |
| |
Din | |
Həsr olunub | Müqəddəs I İştvan |
Statusu | Bazilika |
Yerləşməsi | |
Ölkə | Macarıstan |
Şəhər | Budapeşt |
Memarlıq | |
Dövrü | Orta əsrlər |
Memarı | Cozef Hild, Mikloş İbl[1] |
Üslubu | Neoklassik |
Hündürlüyü | 96 m |
Vəziyyəti | Fəaliyyətdədir |
|
|
bazilika.biz | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Bazilikanın inşasına 1851-ci ildə başlanmış, proses 50 ildən çox çəkmişdir. Buna səbəb kilsənin qübbəsinin çökməsi olmuşdur. 1867-ci ildə macar memar Cosef Hildin ölümü ilə yarımçıq qalan tikinti daha sonra digər bir macar memar Mikloş İbl davam etdirmişdir. 1906-cı ildə isə imperator Frans İosifin iştirakı ilə açılışı edilmişdir.
Memarlığı
Cosef Hildin hazırladığı orginal layihəyə əsasən neo klassik üslubda tikilən bazilika sonrada İblin yeni dizaynı ilə neo renesans üslubda davam etdirilmişdir. Binanın hündürlüyü 96 metrdir. O, Budapeşt Parlament binası ilə eyni yüksəklikdədir[3]. Parlament binası və bazilika arasında bu balans Macarıstanda din və dövlət məsələləri arasındakı tarazlığın simvoludur.
Bazilikanın zəngləri
Bazilikanın 2 qülləsində ümümilikdə 6 zəng yerləşir. Bunlardan 5-i sol qüllədə, 1-i isə sağ qüllədədir. Sonuncusu, Müqəddəs Stefan zəngi 9250 kq çəkisi, 252 sm diametri ilə Macarıstanın ən böyük zəngidir. Bu zəng adətən ildə 2 dəfə çalınır: 20 avqust saat 17:00 və yeni il günü gecə yarısında. Bazilikanın digər zəngləri aşağıdakılardır:
- Müqəddəs Stefan zəngi — Perner dəmir zavodu tərəfindən hazırlanmışdır.
- Müqəddəs Bakirə Meri zəngi — Kilsədəki ən qədim zəng. 1863-cü ildə Peştdə Ferens Valşer tərəfindən hazırlanmışdır. 3100 kq ağırlığındaır. Diametri 178,5 sm-dir.
- Müqəddəs II Henri zəngi- ağırlığı 2150 kq, diametri 150 sm-dir. 1993-cü ildə Passau tərəfindən hazırlanmışdır.
- Müqəddəs Qizella zəngi- 1250 kq, diametri 117,8 sm. Passau tərəfindən hazırlanmışdır.
- Müqəddəs Emeric zəngi — ağırlığı 750 kq. 1993-cü ildə Passau tərəfindən hazırlanmışdır.
- Müqəddəs Erçebet zəngi- 500 kq, 1993-cü ildə Passau tərəfindən hazırlanmışdır.
Qalereya
- Bazilikanın cənub-şərdən görünüşü
- Müqəddəs Elizabetin heykəli
İstinadlar
- http://ybl.bparchiv.hu/temak/lipotvarosi-plebaniatemplom-bazilika.
- "The Basilica of Saint Stephen". 2017-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-14.
- "St Stephen's Basilica". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-14.