Müqəddəs Pyotr bazilikasının orqanı

Müqəddəs Pyotr bazilikasının əsas orqanı 1953-1962-ci illər arasında Roma şəhərində və mühəndis Valkerin orqan nümunələri əsasında Tamburini adlı məşhur italyan şirkəti tərəfindən hazırlanmışdır. Xor sütunlarının arxasında yerləşən orqan iki hissəyə ayrılıb və 80 registrdən ibarətdir. Musiqi nöqteyi-nəzərindən orqan binanın ümumi həcminə uyğun gəlmirdi və bu səbəbdən də o, “Dünyanın ən möhtəşəm xor orqanı”[1] tituluna layiq görülmüşdür. XIX və XX əsrin başlanğıcında bir çox ustaların təklif buyurduqları daha sadə, lakin öz proporsiyaları ilə xor hissəsinə ahəngdarlıq bəxş etmə qabiliyyətinə sahib olacaq orqan layihələrindən heç birisi reallaşdırılmamışdır.

Müqəddəs Pyotr bazilikasının əsas orqanı

Yuxarıda adı qeyd olunmuş korpusun qarşısındakı xor kapellalarında iki ədəd iki manuallı orqan quraşdırılmışdır. 1887-ci ildə hazırlanmış Morettini orqanı 18 registrə, Tamburini şirkətinə məxsus orqan isə 21 registrə malikdir. Almaniyalı siyasətçi və SPD partiyasının üzvü Helmut Şmidt tərəfindən Roma Papasına 1981-ci ildə hədiyyə edilmiş Valker orqanı özündə cəmi 11 registri birləşdirir.

1989-cu ildən etibarən, MPB-nın baş orqanisti vəzifəsini Ceyms Edvard Göttçe icra edir.

Əsas orqan

XVI-XVIII əsrlər

Bazilikanın inşası zamanı, günbəzin aşağısındakı hər dörd emporanın divarlarında kilsə musiqisinin ifa edilməsi üçün orqanların yaradılması planlaşdırılırdı. Qalereyalardan səslənən multixoral musiqisi o dövrün ifaçılıq təcrübəsinə uyğun gəlir; günümüzdə buna bənzər ansamblı Zalsburq kafedralında görmək mümkündür. Məşhur italyan kompozitoru və orqanisti olmuş Cirolamo Freskobaldinin yaşadığı illərdə, MPB-da üç ədəd işlək vəziyyətində olan orqan mövcud idi. O dövrdə interyerin cəmi bir nəhəng orqan ilə doldurulması təhlükəsizlik və boş sahənin kasadlığı səbəbindən qeyri-mümkün idi. Bitkin formaya malik orqanlardan birisi hazırda Samrament kapellasını bəzəyir; onun prospekt hissəsi olduqca böyük həcmə malikdir. Həmin orqan 1582-ci ildə hazırlanmış və qızıl suyuna çəkilərək bir müddət altarın sağ tərəfindəki boşluqda quraşdırılmışdır. O dövrün digər musiqi alətləri təəssüf ki, günümüzə kimi qorunub saxlanılmamışdır.[1]

1626-cı ildə Tornabuoni kapellası yeni orqana sahib olur, bununla belə Morettinin orqanı 1885-ci ildə cidi dəyişikliklərə məruz qalır; belə ki, onun əvvəlki strukturu dəyişdirilərək, yeni ikili prospektlə püxtələşdirilmişdir. 1975-ci ildə isə Tamburini şirkəti orqana bəzi yeniliklər əlavə edir.[1][2]

XIX əsr

XIX əsrdə MPB-da hələ də nəhəng sahəni doldurmağa olacaq böyük orqan formalaşdırılmamışdır. Romaya təşrif buyurmuş yazıçı və militarist Stendal bunları qeyd edirdi:

" Müqəddəs Pyotr, daxilindəki əzəmətli boş sahəsinə malik olmasına baxmayaraq layiqli bir orqana sahib deyil.
Stendal - Promenades Dans Rome, 1828[3]
"

1875:Aristid Kavaye-Kollun dizaynı

Parisin məşhur Sen Sulpis və Notr-Dam kilsələri üçün orqanları yaratmış, Fransada XIX əsrin ən böyük orqan sənətkarı Aristid Kavaye-Koll şöhrətinin pik nöqtəsində 5 manualdan və 124 registrdən ibarət olması planlaşdırılan nəhəng orqanın layihəsini tərtib edir. Layihəsi bəyənilən müəllifin orqanı Fransa memarı Alfons Pol Jozef Mari Simil tərəfindən bazilikanın şərq divarıda asılmalı idi.[4]

Başlanğıcda layihəyə rəğbətlə yanaşan Roma papası IX Piy daha sonra öz mövqeyini dəyişir və bunu lakonik tərzdə suspendimus organa nostra ifadəsi ilə mülahizə edir. 1887-ci ildə XIII Lev masştabı 1:10-a bərabər olan yeni bir layihəni təqdim edir lakin bu model də uğur əldə edə bilmir.[1] Həmin model əvvəlki kimi, günbəzin ətəyindəki anbar odasında saxlanılır.[5] Müəllif olduğu layihənin reallaşmayacağını bilən Aristid Kavaye isə tezliklə vəfat edir.[1]

1894:Valker orqanı

Bazilikadakı ruhani liturgiyaların musiqili müşahidəsi məqsədilə, Almaniyanın Lüdviqsburq şəhərində yerləşən E.F. Walcker & Cie şirkəti tərəfindən olduqca kiçikhəcmli, diyircəkli əsasa malik pnevmatik musiqi aləti hazırlayırlar (alət 20 registrdən, nizamlanmış manual və pedal sistemlərindən ibarət idi; yüksək təzyiqli iki registrə sahib olmasına baxmayaraq, yeni alət, öncəkilərdə olduğu kimi, böyük interyeri doldurmaq imkanına malik deyildi. Dahi Valker orqanının tərtibatı o dövrün çağdaş orqanistləri tərəfində müsbət qarşılanmışdır və bu səbəbdən də, Müqəddəs Pyotr bazilikasının baş orqanisti vəzifəsini icra etmiş və eyni zamanda da Santa Sesiliya konservatoriyasının professoru olmuş Remicio Rendzi eyni formaya malik daha bir orqan sifariş edir.

XX əsr

Zahirən Valker orqanını təkrarlamqla daha mobil və külliyyatlı orqanın ekspluatasiyaya verilməsi məqsədilə, 1902-ci ildə Karlo Vegezzi Bossi adlı mühəndis işə cəlb olunur. İki manual üzərində yerləşən və 25 registrdən və pedaldan ibarət Bossi aləti xorların sağ tərəfində quraşdırılmış Valker orqanı ilə müqayisə edərək, hansı orqan alətinin daha mükəmməl olduğu barəsində disputlar aparılırdı.[1]

1910:Şarl Mutenin layihəsi

Kavay-Kollun bir zamanlar yaratmaq istədiyi layihənin daha müasirləşdirilmiş versiyası pontifikat X Piyin hakimlik dövründə xələf orqanist Şarl Muten tərəfindən təşəbbüs göstərilmişdir.Yeniliklərdən birisi, Kavay-Kollun yaratdığı dispozisiya siteminin genişləndirilməsi idi; belə ki, registrlərin sayı 153, elektrik təsirli boruların sayı isə 10,603-ə qədər artırılmışdır. Bununla belə, papa XI Piy bu cür böyük orqanın şərq divarında yerləşdirilməsinin qəti əleyhdarı olur və onun daşınabilən funksiyaya malik olmasını arzu edir.

Məşhur fransız pedaqoqu və orqanisti Şarl-Mari Vidor həmin layihənin reallaşdırılması üçün təxminən 60 000 frank toplayır. Lakin qəfil baş vermiş Birinci Dünya müharibəsi və çox güman kimi, onu ardınca baş vermiş Sesilianizm hərəkatı nəticəsində layihənin reallaşdırılması mümkün olmur. Toplanmış 60 000 frank isə Müqəddəs Pyotr xorlarının döşəmələrinin yenidən qurulması istiqamətində istifadə olunmuşdur.[1]

Tamburini şirkəti tərəfindən həyata keçirilən yeniləmələr

1950-ci ilə kimi, Æolian-Skinner, Willis və G. F. Steinmeyer & Co. şirkətləri yekun böyük orqanın yaradılması məqsədilə bir neçə layihəni təqdim edirlər, lakin Kavaye-Koll və Muten kimi, onların işləri müvəffəqiyyətsizliyə düçar olur.

Məşhur italyan orqanist ustası Fernando Germani Tamburini şirkətinin birgə əməkdaşlığı ilə nəhayət iki mövcud orqanın yenidən inşası və genişləndirilməsini nəzərdə tutan kontraktın imzalanmasına müvəffəq olur. Bu istiqamətdə inşaat işləri 1953-1962-ci illər arasında həyata keçirilirdi. Yeni orqanların hər ikisi transportabellik ideyası əsasında hazırlanmalı idilər, lakin sonda onların xordakı taxçalara quraşdırılmasına dair qərar qəbul edilmişdir. Hər iki orqan hazırda elektrik əsasa malik olub, dörd manuallı oyun masasından (xor skamyasından) ibarətdirlər. Orqan çoxsaylı oktavalara və yüksək təzyiqli boru dilçəklərinə sahib olur, lakin onun arxasındakı massiv sütunlar təkrarolunmaz akustikanın yaranmasına maneəçilik törədir, hər bir halda, orqanın yeri dəyişdirildikdən sonra mövcud problem aradan qaldırılacaqdır.

Ümumi götürdükdə, cari orqan alətləri 80 registrdən ibarətdirlər. 2002-ci ildə Mascioni şirkəti orqanları yenidən təmir edərək, onlara üç manuallı funkşpil masalarını əlavə edir.[1]

1963-cü ilin dispozisiyası

I Positivo C–c4
1.Principale16′
2.Principale forte8′
3.Principale dolce8′
4.Ottava4′
5.Duodecima2 23
6.Decimaquinta2′
7.Decimasettima1 35
8.Ripieno V2′
9.Ripieno VI1 13
10.Tromba8′
II Grand’Organo C–c4
11.Sub Diapason16′
12.Principale stentor8′
13.Diapason8′
14.Principale8′
15.Flauto aperto8′
16.Corno di Camoscio8′
17.Ottava Diapason4′
18.Prestante4′
19.Duodecima2 23
20.Decimaquinta2′
21.Gran Ripieno VII2′
22.Ripieno Acuto V1′
23.Cimbalo III12
24.Tromba bassa16′
25.Tromba orrizontale8′
26.Tromba forte8′
27.Tromba a squillo8′
28.Tromba a squillo4′
III Recitativo (schwellbar) C–c4
29.Tibia profunda16′
30.Principale di legno8′
31.Tibia8′
32.Bordone8′
33.Viola forte8′
34.Voce celeste8′
35.Flauto in selva4′
36.Fugara4′
37.Nazardo2 23
38.Flauto silvestre2′
39.Ripieno V2′
40.Tuba8′
41.Tromba armonica8′
42.Tuba Clarone4′
Tremolo
IV Solo C–c4
43.Diapason8′
44.Bordone8′
45.Viola8′
46.Voce celeste8′
47.Ottava Diapason4′
48.Flauto orchestrale4′
49.Ottavino2′
50.Tromba bassa16′
51.Tromba orrizontale8′
52.Tromba forte8′
53.Tromba a squillo8′
54.Tromba armonica8′
55.Tromba a squillo4′
56.Trombina4′
Tremolo
Pedale C–
57.Basso acustico32′ [Anm. 1]
58.Acustico32′
59.Diapason16′
60.Principale16′ [Anm. 1]
61.Tibia profunda16′
62.Subbasso I16′
63.Subbasso II16′ [Anm. 1]
64.Contrabbasso16′ [Anm. 1]
65.Violone Contrabbasso16′
67.Gran Quinta10 23
68.Ottava8′
69.Basso8′ [Anm. 1]
70.Flauto basso8′
(Fortsetzung)
71.Bordone8′ [Anm. 1]
72.Violone8′
73.Ottava 14′
74.Ottava 24′ [Anm. 1]
75.Tromba bassa16′
76.Trombone16′
77.Bombarda16′ [Anm. 1]
78.Tromba forte8′
79.Trombone8′
80.Tromba8′ [Anm. 1]
81.Clarone4′

Qeydlər

  1. Pedale II.

Spesifikasiyalar

  • 77 + 2 registr, 80 boru komplekti, tütəklər.
  • Oyun masası:
    • 2 sərbəst yerləşimli oyun masası, onlardan birisi radio ilə təchiz olunmuşdur.
    • 3 həmçinin 4 manuallı.
  • Traktur:
    • Tontraktur: elektrik əsaslı.
    • Registrtraktur: elektrik əsaslı

Xor kapellasında yerləşən orqanlar

Bazilika nefinin sol tərəfindəki xor kapellalarında iki kiçik orqan yerləşir. Onlar musiqilərin səsləndirildiyi böyük emporalarda bir-birinin qarşısında yerləşərək, demək olar ki, identik xarici görünüşə malikdirlər.

Tarix

Sol emporada quraşdırılmış orqan, 1887-ci ildə orqan ustası Nikola Morettini tərəfindən italyan mühəndisi Filippo Kapoççinin layihəsi əsasında hazırlanmışdır. Musiqi aləti 18 registrdən, iki manualdan və pedaldan ibarətdir. Trakturalar mexanik əsaslıdır.[6]

1887-ci ilin dispozisiyası

I Grand'Organo C–g3
1.Principale mostra16′
2.Principale8′
3.Viola8′
4.Bordone8′
5.Salicionale8′
6.Ottava4′
7.Pieno V
8.Tromba8′
II Espressivo C–g3
9.Principale8′
10.Flauto8′
11.Voce Umana8′
12.Ottavino4′
13.Ottava4′
14.Pieno III
15.Clarino8′
16.Trombina4′
Pedale C–d1
17.Subbasso16′
18.Basso8′

Tarix

Sağ və künc emporada yerləşən orqan 1974-cü ildə məşhur italyan orqan istehsalı üzrə ixtisaslaşdırılmış Tamburini firması tərəfindən istehsal edilmişdir. Musiqi aləti iki manual üzərində 25 registrdən və pedaldan ibarətdir. Trakturalar elektrik əsasa malikdirlər. Oyun masası 1999-ci ildən etibarən kapella otağının birinci mərtəbəsində yerləşir.[7]

1974-cü ilin dispozisiyası

I Grand'Organo C–c4
1.Principale16′
2.Principale8′
3.Flauto Armonico8′
4.Dulciana8′
5.Ottava4′
6.Flauto a camino4′
7.XV2′
8.Ripieno I
9.Ripieno II
10.Tromba8′
II Espressivo C–c4
11.Bordone16′
12.Flauto Traverso8′
13.Viola d'Amore8′
14.Corno di Notte4′
15.Flauto Silvestre2′
16.Pienino III
17.Tromba Armonica8′
18.Voce Celeste8′
Tremolo
Pedale C–g1
19.Acustico32′
20.Contrabbasso16′
21.Subbasso16′
22.Ottava8′
23.Bordone8′
24.Flauto Corale4′
25.Bombarda16′

Kiçik orqan

Bazilikada əlavə olaraq Valkerin layihəsi əsasında hazırlanmış iki manuallı və 11 registrli kiçik orqan yerləşir. Orqan 1981-ci ildə Helmut Şmidt Müqəddəs Pyotr meydanında təşkil olunan sərgi zamanı Roma Papası II İohann Pavelə hədiyyə edilmişdir.[1] Abraziv musiqi aləti mexaniki oyun və registr trakturalarına malikdir[8]

I. Manual C–g3
1.Prinzipal8′
2.Rohrflöte8′
3.Oktave4′
4.Feldflöte2′
5.Mixtur IV1 13
II. Manual C–g3
6.Holzgedackt8′
7.Gemshorn4′
8.Prinzipal2′
9.Scharf III1′
Pedalwerk C–f1
10.Subbass16′
11.Posaune8′
  • Koppeln: II/I, I/P, II/P

Orqançılar

  • 1608–??: Coralamo Freskobaldi (* 1583, Ferrara; † 1643, Roma)
  • 1883–1938: Remicio Renz (* 1857; † 1938)
  • 1948–1959: Fernando Germani (* 1906, Roma; † 1998, Roma)
  • 1989-bu günə kimi: Ceyms Edvard Göttçe (* 1943, Los-Anceles)

İstinadlar

  1. François Comment: Les orgues de la Basilique Saint-Pierre de Rome. In: La Tribune de l’Orgue. Band 57, Nr. 2, 2005, S. 24–27.
  2. Vgl. auchGiovanni Battistelli u.a. (Hrsg.): Organi e Cantorie nelle Chiese di Roma. Istituto poligrafico e Zecca dello Stato, Rom 1994, S. 50–53.
  3. Stendhal: Promenades Dans Rome. Bibliobazaar, 2008, ISBN 978-0-559-40874-8, S. 146.
  4. Cécile und Emmanuel Cavaillé-Coll: Aristide Cavaillé-Coll. Ses origines, sa vie, ses œuvres. Fischbacher, Paris 1982, S. 133–136 (Erstausgabe: 1929).
  5. Robert Moynihan: Zur Ehre Gottes und Freude der Menschen. In: Vatican Magazin. Nr. 12, Dezember 2010, S. 26 (leonardy.org Arxivləşdirilib 2017-03-16 at the Wayback Machine [PDF; 1,1 MB]).
  6. Morettini-Orgel Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine, abgerufen am 23. November 2014.
  7. Graziano Fronzuto: Organi di Roma. Guida pratica orientativa agli organi storici e moderni. Leo S. Olschki Editore, Florenz 2007, ISBN 978-88-222-5674-4, S. 75.
  8. gewalcker.de Arxivləşdirilib 2014-11-03 at the Wayback Machine (PDF; 4,0 MB) Diverse Zeitungsartikel zur Übergabe der Orgel in L’Osservatore Romano vom April 1981, zugegriffen am 14. April 2012

Ədəbiyyat

  • François Comment: Les orgues de la Basilique Saint-Pierre de Rome. In: La Tribune de l'Orgue. Band 57, Nr. 2, 2005, ISSN 1013-6835, S. 24–27.
  • Zur Erinnerung an Frankreichs größten Orgelbauer. Entwurf zu einem monumentalen Orgelwerke für die St. Peterskirche in Rom von Aristide Cavaillé-Coll. * In: Alexander Wilhelm Gottschalg (Hrsg.): Urania: Musik-Zeitschrift für Orgelbau, Orgel- und Harmoniumspiel. Band 57, Nr. 2, 1900, S. 11–12.
  • Aart de Kort: Orgels in Rome. In: Orgels in Rome. De Orgelvriend. Band 43, 7/8 und 9, 2001, S. 34–39 sowie S. 24–27.
  • Robert Moynihan: Zur Ehre Gottes und Freude der Menschen. In: Vatican Magazin. Nr. 12, Dezember 2010, S. 22–26 (leonardy.org [PDF; 1,1 MB]).
  • Jean-Michel Sanchez: Saint-Pierre de Rome, Aristide Cavaillé-Coll et Alphonse Simil. Un projet d’orgue monumental non réalisé (1875). In: L’Orgue. Nr. 286, 2009, S. 63–71.
  • Gilberto Sessantini: Il sogno di Aristide. In: Arte Organaria e Organistica. Band 6, Nr. 28, 1999, S. 26–33.
  • Neue Orgel für die Peterskirche in Rom. In: Neue Musikalische Presse. Band 4, Nr. 36, 1895, S. 8 (Vgl. ebenso Band 5, 1896, Nr. 5, S. 13.).
  • Ein neues originelles Orgelwerk. In: Urania: Musik-Zeitschrift für Orgelbau, Orgel- und Harmoniumspiel. Band 52, 1895, S. 70.
  • Neue Werke von E. Fr. Walcker & Comp. In: Urania: Musik-Zeitschrift für Orgelbau, Orgel- und Harmoniumspiel. Band 52, 1895, S. 76.
  • Wilhelm Widmann: Monumentalorgel für St. Peter in Rom. In: Der Kirchenchor. Band 39, 1909, S. 93 sq.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.