Müqəddəs Nikolay kilsəsi (Stare Mesto)
Müqəddəs Nikolay kilsəsi (çex. Kostel svatého Mikuláše) – Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən barokko üslubunda kilsə. Monumental görünüşü və nəfis bədii tərtibatına görə o Praqanın ən mühüm qusit kilsəsi sayılır. Hər il Milad və Pasxa bayramlarının şərəfinə kilsənin ətrafında xaç yürüyüşü təşkil olunur.
Müqəddəs Nikolay kilsəsi | |
---|---|
Kostel svatého Mikuláše | |
50°05′16″ şm. e. 14°25′11″ ş. u. | |
Ölkə | Çexiya |
Yerləşir | Praqa Stare Mesto |
Aidiyyatı | Çexoslovakiyanın qusit kilsəsi |
Memar | Kilian İqnats Dintsenhoder |
Tikilmə tarixi | 1727-1739 |
Üslubu | Barokko memarlığı |
Rəsmi sayt | svmikulas.cz |
Çexiyanın milli irsi | |
İstinad nöm. | 1-32 |
Kateqoriya | Kilsə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
Müqəddəs Nikolay (Mikulaş) kilsəsinin yerləşdiyi ərazidə ilk tikililər hələ XIII əsrdən məlumdur. 500 il sonra, Praqa şəhərinin ən tanınmış memarı, alman əsilli Kilian İqnats Dintsenhofer Binanın yenidən qurulmasına başlamışdır. 1735-ci ildə yenidənqurma işləri başa çatdıqdan sonra, Çexiya paytaxtı Barokko üslubunun ən görkəmli abidələrindən birini əldə etmişdir. Lakin 1787-ci ildə, İmperator II Iosifin fərmanı ilə, Çexiyanın bir çox kilsə və monastırları bağladılmışdır, onların içərisinə Müqəddəs Nikolay kilsəsi də daxil edilmişdir. 1792-ci ilin payızında Praqa magistratının (yerli hakimiyyət orqanının) ehtiyaclarını ödəmək məqsədilə kilsə binası alınmışdır. Napoleon müharibələri dövründə kilsədə taxıl anbarı yerləşdirilmişdir, daha sonra burada köhnə qeydiyyat kitabları və mebel saxlanılırdı. Bina tədricən yararsız vəziyyətə düşürdü və məhv olurdu. XIX əsrin ortalarında hətta məbədin sökülməsi barədə müzakirələr belə gedirdi. Lakin 1870-ci ildə, sahibsiz kilsə Praqanın pravoslav vətəndaşlarının istifadəsi üçün təhvil verilmişdi. Bu qərar təsadüfi deyildi - Çexlər pravoslav Rusiyanı Avstriya-Macarıstan İmperiyasının hakimiyyəti altında olan slavyanlara azadlıq vermək iqtidarında olan bir güc kimi tanıyırdılar. O zamanlar çexlərin bir çoxu pravoslav dinini qəbul edirdi və şəhər maqistratının bu qərarı kifayət qədər fəsahətli idi. Məbədin bərpa edilməsi və bəzədilməsi üçün vəsaitlər abunə yazılışının köməyi ilə toplanmışdır. Müxəlləfat, keşiş cübbələrinin saxlancını və müxtəlif kitabları Müqəddəs Sinod göndərir, kilsənin zəngləri isə Moskva Şəhər Dumasının vasitəsilə hazırlanır. Rusiya İmperiyasının tacına bənzər unikal çilçıraq (II Aleksandrın kilsəyə olan hədiyyəsi bizim günlərimizə qədər qorunub-saxlanılır və binanın interyerinə xüsusi yaraşıq verir) Qarrahov şüşə-emalı zavodunda hazırlanmışdır. Kilsə 16 avqust 1874-cü ildə artıq pravoslav kilsəsi olaraq təqdis edilmişdir.
Birinci dünya müharibəsindən sonra Avstriya hakimiyyət orqanları Praqanın mərkəzində Rusiya silahının qələbəsə dua oxunulan bir yerin mövcud olmasına imkan verə bilməzdilər. Pravoslav kilsəsi katolik qarnizon kilsəsinə çevrilmişdir, onun bütün zəngləri müsadirə edilmiş, zəngin əşyaları isə qarət edilmişdir.
Nikolas Kilsəsində ibadət işləri yalnız 1919-cu ildə, Çexoslovakiya müstəqillik əldə etdikdən sonra bərpa edilmişdir. Ancaq bina pravoslavlara deyil, yeni yaradılmış Çexoslovakiyanın qusit kilsəsinə verilmişdir. Pravoslav və Qusitlər növbə ilə ibadətlərini edirdilər, kilsənin ikonostası xidmətlərdən öncə dəyişdirilirdi. Nikolay kilsəsində pravoslav ibadətləri İkinci dünya müharibəsindən sonra yenidən qadağan edildi. Və yalnız 1997-ci ildən sonra Qusitlər kilsədə pravoslavların bəzi bayramlarını qeyd olunmsına icazə verdi.
Kilsənin interyeri
Müqəddəs Nikolay kilsəsi Praqa barokkosunun ən möhtəşəm abidələrindən biri sayılır. Onun interyeri nəfis heykəltəraşlıq nümunələri ilə bəzədilmişdi (heykəllərin müəllifi - Antonin Braun). Qızıl suyuna çəkilmiş interyerin mərkəzində böyük orqan yerləşir. Kilsənin vitrajlarında müqəddəs Vatslav və Nikolay təsvir edilmişdi.