Müqəddəs Nikolay kilsəsi (Narikala)
Müqəddəs Nikolay kilsəsi (gürc. ნარიყალას წმინდა ნიკოლოზის ეკლესია) – Tbilisinin Qədim şəhər rayonunun ən yüksək hissəsində olan Narikalanın içində yerləşən Gürcü pravoslav kilsəsidir.
Müqəddəs Nikolay kilsəsi | |
---|---|
gürc. ნარიყალას წმინდა ნიკოლოზის ეკლესია | |
41°41′16″ şm. e. 44°48′32″ ş. u. | |
Ölkə | Gürcüstan |
Şəhər | Tbilisi |
Yerləşir | Narikala |
Aidiyyatı | Gürcü pravoslav kilsəsi |
Üslubu | Gürcüstan memarlığı |
Günbəzləri | 1 |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Müqəddəs Nikolay kilsəsi mənbələrdə ilk dəfə XII əsrdən xatırlanır. 1730-cu ildə kilsə, çareviç Vaxtuşi tərəfindən xatırlanır.[1]
Gürcüstanın Çar Rusiyasına birləşdirilməsindən sonra Narikala strateji əhəmiyyətini itirir və general Yermolovun əmri ilə qala daxilində barıt anbarları yaradılır. 1827-ci ildə anbarda baş vermiş güclü partlayış qalanın ciddi zədələnməsinə, Müqəddəs Nikolay kilsəsinin isə təməlinə kimi dağılmasına gətirib çıxarır.
1966-cı ildə qala ərazisində aparılan arxeoloji qazıntılar zamanı Müqəddəs Nikolay kilsəsinin qalıqları üzə çıxarılır. 1996-cı ildə memar Tariel Kiparoudzenin layihəsi əsasında qədim kilsə binasının təməlləri üzərində yeni kilsə inşa edilmişdir. 1997-ci ildə Gürcüstan katolikos-patriarxı II İlyanın iştirakı ilə kilsənin ithaf mərasimi keçirilmişdir.
İstinadlar
- "План царевича Вахушти". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-23.
Ədəbiyyat
- მ. ქუთათელაძე, „თბილისის ტაძრები“, ტ. I, თბ., 2010 გვ. 166-173