Müqəddəs Nikola dənizçi kafedralı

Müqəddəs Nikola dənizçi kafedralı (rus. Никольский морской собор, tam adı Müqəddəs Nikolay şərəfinə kafedral kilsə) – Peterburqun mərkəzində, Nikola meydanında yerləşən böyük pravoslav kafedral kilsə, məbəd Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyasının tabeliyindədir. Kilsənin başçısı - protoierey Boqdan Soykodur.

Müqəddəs Nikola dənizçi kafedralı
Никольский морской собор
59°55′20″ şm. e. 30°18′00″ ş. u.
Ölkə  Rusiya
Şəhər Sankt-Peterburq
Yerləşir Nikola meydanı
Tikilmə tarixi 1753-1762
Üslubu Yelizaveta barokkosu
Material kərpic
Rəsmi sayt nikolskiysobor.ru
Rusiya Federasiyasının milli irsi
İstinad nöm.7810086000
Mühafizə dərəcəsiFederal
Müqəddəs Nikola dənizçi kafedralı (Sankt-Peterburq)
Müqəddəs Nikola dənizçi kafedralı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Əraziyə bitişik yerlərdə o zaman bir mərtəbəli qışlaq binalarla tikilmişdi. Burada Hərbi-Dəniz təsisatın xidmətçiləri yaşayırdı. Bu haqqda yaxınlıqda yerləşən Kanoner küçəsinin və Kanoner döngəsinin adları deyilir («kanonir» və ya «kanoner» topçu deməkdir). Günümüzə qədər 1788—1789-cu illərə aid Nikola bazarının daş binaları mühafizə edilmişdi. Kafedralın tikinti yeri uğurla bir tərəfdən cənubi Alay həyəti, bir tərəfdən isə su yollarının yaxınlığı ilə - Fontanka, Qriboyedov və Krükov kanallarla müəyyən edilmişdi.

Nikola dənizçi kafedralı əvvəlki taxtadan inşa olunmuş kiçik məbədin yerində «dəniz alay kilsəsi» kimi 1753-cü ildən 1762-ci ilə qədər, Admirallıq-kolleqiyasının baş memarı Savva Çevakinskinin layihəsi əsasında inşa olunmuşdu. Kafedral kilsə eyni anda təxminən 5 min adamı yerləşdirə bilir. Ayrıca kənarda duran dördyaruslu və hündür şpillə tamamlanan zəng gülləsi 1755—1758-ci ildə tikilmişdi. Planda xaçvari olan Nikola dənizçi kafedralı dəstələrə toplanan korinf sütunları, geniş antamblement, yapma haşiyələr və qızıl suyuna çəkilmiş beş qübbə ilə bəzədilmişdi. Fasadın zəngin plastikasını döymə məhəccərli balkonlar bəzəyir.

Ayrıca tilikmiş üçapsidli Nikola kafedralı ənənəvi olaraq üzgüçü və səyahətçilərin himayədarı hesab edilən ecazkar Nikolayın şərəfinə təqdis olunmuşdu. Kilsədə İqnatiy Kanayev və Nikulin tərəfindən hazırlanan XVIII əsrə aid ikonalar mühafizə olunmuşdu. Yuxarı kilsənin ərşini İmperatriça II Yekaterinanın iştirakı ilə 20 iyul 1762-ci ildə təqdis olunmuşdu. İmperatriça Rus donanmasının qələbələrini qeyd etmək üçün kilsəni "kafedral" adlandırmağı tələb etmişdi. Kilsənin ən müqəddəs yeri - yunanıstanlı ecazkar Nikolayın XVII əsrə aid ikonası və qurumuş cəsədinin qalıqlarıdır.

Məbədin qarşısında olan bağda Tsusima döyüşünə bir xatirə olaraq 1908-ci ildə dəniz zabiti knyaz Yevfimiy Putyatin tərəfindən tərtib olunmuş layihə əsasında obelisk ucaldılmışdı. 1870-ci ildən kilsədə xeyriyyəçilik cəmiyyətinə daxil olan məktəb, xəstəxana və uşaq evi fəaliyyət göstərirdi. 1917-ci il Oktyabr İnqilabından sonra kilsə bağlanılmır və 19411999-cu illərdə kafedral statusunu qoruyub saxlaya bilir. Leninqradın blokadası zamanı kafedralın xor zalında Leninqrad mitropoliti Aleksiy (Simanski) yaşayırdı.

2000-ci ildə zəng gülləsinin aşağı yarusunda kiçik ibadətgah təqdis edilmişdi. Bundan başqa, 19 aprel 2008-ci ildə Sankt-Peterburq və Ladoqa mitropoliti Vladimir (Kotlyarov) yuarı kilsəni də təqdis edir. Məbədə Kolokolnikov rəssamlarının qədim bizans üslublu müqəddəs ikonaları və müqəddəslərin qalıqları saxlanılan mücrüsü qeri qaytarılmışdı[1].

Ruhanilər

Tarix boyu Kafedralın bütün başçıları [2]
TarixKafedralın başçısı
22 sentyabr (3 oktyabr) 17324 (15) oktyabr 1734keşiş İoann İoannov
4 (15) oktyabr 173425 dekabr 1747 (5 yanvar 1748)keşiş Pyotr Pavloviç Kozitski (…—1755)
25 dekabr 1747 (5 yanvar 1748)1 (12) iyul 1752keşiş Qavriil Simeonoviç Verşnetski
1 (12) iyul 175225 fevral (7 mart) 1770protoierey İvan Panfilov (1720—1794)
20 (31) mart 177014 (25) iyun 1772protoierey Vasili Aleksandroviç Alekseyev
16 (27) iyul 177224 dekabr 1799 (4 yanvar 1800)protoierey Timofey Vasilyeviç Lüsitsinski (…—1799/1800)
21 aprel (2 may) 180015 (27) avqust 1805protoierey Mitrofan İoannoviç Okin (Krasnopevkov) (1742—1805)
5 (17) sentyabr 18059 (21) iyul 1831protoierey İoann Stefanoviç Veselovski (1759—1831)
iyuldekabr 1831protoierey Timofey Alekseyeviç Veşşezerov (…—1832)
7 (19) dekabr 1831mart 1846protoierey Timofey Ferapontoviç Nikolski (…—1848)
17 (29) mart 184624 dekabr 1860 (5 yanvar 1861)protoierey İoann Dimitriyeviç Kolokolov (…—1869)
26 dekabr 1860 (7 yanvar 1861)15 (27) dekabr 1873protoierey Sila Stefanoviç Topilski (…—1873)
18741888protoierey İoann Konstantinoviç Yaxontov (1819—1888)
1888 ? — 1900protoierey Qriqori Yefqrafoviç Romanovski (1828—1900)
17 (29) aprel 19002 (15) dekabr 1914protoierey Nikolay Nikanoroviç Kondratov
19141918protoierey Aleksandr İoannoviç Preobrajenski
191910 fevral 1923protoierey Aleksandr Nikolayeviç Belyayev (1866—1928)
fevral 192322 iyul 1923protoierey Nikolay Nikolayeviç Rusanov[3]
iyul 1923sentyabr 1923protoierey İoann Dimitriyeviç Dmitriyevski
21 sentyabr 192317 yanvar 1924protoierey Nikolay Nikolayeviç Rusanov[3]
yanvar 192411 mart 1924protoierey İoann Dimitriyeviç Dmitriyevski
29 mart 192411 iyun 1930protoierey Qriqori Çukov (1870—1955)
iyun 193011 yanvar 1933protoierey Vasili Mixayloviç Yablonski (1867 — 1933 sonra)
yanvar 1933mart 1935protoierey Nikolay Kirilloviç Çukov (1870—1955)
17 mart 1935iyul 1935protoierey Михаил Арсеньевич Смирнов
iyul 193514 noyabr 1936protoierey Aleksandr Vikentyeviç Paklyar (1873—1938)
14 noyabr 19365 fevral 1937protoierey Lev Aleksandroviç Muller (1887—1952)
5 fevral 19374 mart 1938protoierey Pavel Petroviç Tarasov (1899—1971)
4 mart 193819 may 1939arxiyepiskop Nikolay (Yaruşeviç) (1892—1961)
19 may 193930 iyun 1942protoierey Pavel Petroviç Tarasov (1899—1971)
30 iyun 194221 noyabr 1945protoierey Vladimir Aleksandroviç Rumyantsev (1877—1947)
21 noyabr 19451 dekabr 1948protoierey Pavel Petroviç Tarasov (1899—1971)
5 dekabr 194823 fevral 1953protoierey Yevgeni Pavloviç Lukin (1885—1967)
23 fevral 19539 yanvar 1972protoierey Aleksandr Vasilyeviç Medvedski (1890—1973)
9 yanvar 197212 sentyabr 1975protoierey İqor Simeonoviç Ranne (1927—1982)
12 sentyabr 197525 may 1977protoierey Boris Mixayloviç Qlebov (doğ. 1936)
25 may 197710 iyul 1981protoierey İakov İosifoviç İlyiç (1931—1981)
10 iyul 1981avqust 1987protoierey Vladimir İustinoviç Sorokin (doğ. 1939)
25 avqust 1987 — bu günə kimiprotoierey Boqdan İqoreviç Soyko (doğ. 1938)

Xarici keçidlər

İstinadlar

  1. Сайт московской патриархии. "После реставрации открылся верхний храм Николо-Богоявленского морского собора Санкт-Петербурга". 2012-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 апреля 2008.
  2. "Беляков А. П. История флотского духовенства России". 2014-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-15.
  3. Примыкал к обновленцам
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.