Müqəddəs Mixail lüteran kilsəsi

Müqəddəs Mixail lüteran kilsəsi (rus. Лютеранская церковь Святого Михаила) – Peterburqun mərkəzində, Vasilyev adası, Orta prospekti 18 saylı binada yerləşən yevangelik-lüteran kilsəsi.

Müqəddəs Mixail lüteran kilsəsi
Лютеранская церковь Святого Михаила
59°56′40″ şm. e. 30°17′00″ ş. u.
Ölkə  Rusiya
Şəhər Sankt-Peterburq
Yerləşir Vasilyev adası
Tikilmə tarixi 23 oktyabr 187419 dekabr 1876
Üslubu neoqotika
Rəsmi sayt spbstmihail.jimdofree.com
Rusiya Federasiyasının milli irsi
İstinad nöm.7802270000
Mühafizə dərəcəsiFederal
Müqəddəs Mixail kilsəsi (Sankt-Peterburq)
Müqəddəs Mixail kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Alman icması 1731-ci ildə birinci kadet korpusunun binasında yaranmışdı. 1834-cü ildə icma Arxistratiq Mixailin adını daşımağa başlayır. 1841-ci ildə İmperator I Nikolay kilsənin özəl evlərin birinə köçürməyə əmr edir. Buna baxmayaraq, o həmçinin dövlət xəzinəsindən kilsə üçün az miqdarda vəsait ödəməyi tələb etmişdir. Elə həmin zaman da vahid icma bölünərək, alman və eston cəmiyyətlərinə ayrılmışdı. Təzə yaranmış eston icması Müqəddəs İoann kilsəsinin əsasını qoymuşdu. Alman icması isə (kilsə üzvlərinin sayı 2000 nəfərə yaxın idi) öncə xanım Tiblenin Vasilyev adasında yerləşən özəl evində yığışırdılar. Məhz burada 1842-ci ildə müqəddəs Arxangel Mixail kilsəsi təqdis edilmişdi. Lakin yeni tikilmiş kilsə öz ölçüsünün kiçikliyi ilə şəhərdə yaşayan bütün alman icmasını qəbul edə bilmir, buna görə də kadet məktəb binasının yenidənqurulması zamanı o ərazidə yeni lüteran kilsəsi inşa olunur. Müasir kilsə binası daha sonralar, 23 oktyabr 1874-cü ildə inşa olunmuşdu. Kilsə Vasilyev adasının Orta prospektində yerləşirdi. Sovet dövründə kilsə bağlanılır, binanın özü isə yaxınlıqdayerləşən zavoda verilir və kilsə əhəmiyyətli dəyişiklikliyə məruz qalmışdı. 2010-cu ilin dekab ayında bina yenidən Yevangelik-lüteran icmasına qaytarılır; binanın özü isə bərpa edilərək əvvəlki halına qayıdır. Hazırda kilsədə müntəzəm olaraq ibadət işləri gedir, yaxınlıqda yaşan icma üzvlərini isə kilsə zəngi çağırır.

Memarlıq ənənələri

  • Daş kilsə 800 nəfərlikdir və 1871–1876-cı illər arasında hərbi mühəndis və mühəndis-polkovnik Karl Bulmerinq tərəfindən inşa olunmuşdu.

Binanın fasadı 1886-cı ildə, memar R. B. Bernhard tərəfindən layihələndirilmişdi. Bu binagünümüzə kimi əlavəziyyətdə qorunub saxlanılmışdı.

Kilsə Psevdoqotika üslubunda tikilmişdi. Bina sidri şatr ilə hündür baraban üzərində yerləşir və nəfis qotik ayna və pinakllar ilə bəzədilib. Kilsənin divarları qumdaşı ilə üzlənib.

2002-ci ildə binada başlanan restavrasiya işləri 2010-cu ildə təntənəli şəkildə bitmişdir.

Kilsədə çalışmış pastorlar

  • Tobias Plasching (1732–1747)
  • Hilarius Hartmann Henning (1747–1792)
  • Ludwig Jeremias Hoffmann (1794–1801)
  • Heinrich Conrad Heinemeyer (1801–1803)
  • August Friedrich Hirscfeld (1803–1829)
  • Carl Friedrich Rosental (1823–1827)
  • David Flittner (1830–1859)
  • Adolf Stierin (1859–1860
  • Karl Masing (1860–1878)
  • Paul von Loesch (1869–1877
  • Guido Ottomar Pingoud (1878–1914)
  • Karl Beldan (1903–1908)
  • Eugen Deggeler (1908–1915)
  • Karl Bush (1913–1918)
  • Vladimir Blaginin (1992–1993)
  • Sergey Preyman (1993–2003)
  • Sergey Tatarenko (2003-cü ildən bəri)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.