Müqəddəs Məryəm kilsəsi (Tuğ)
Müqəddəs Məryəm kilsəsi — Xocavənd rayonunun Tuğ kəndində yerləşən tarix-memarlıq abidəsi. Kilsə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.[1]
Müqəddəs Məryəm kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Xocavənd |
Yerləşir | Tuğ kəndi |
Aidiyyatı | Dizaq məlikliyi |
Tikilmə tarixi | XVIII əsr |
Vəziyyəti | qəzalı |
İstinad nöm. | 4321 |
Kateqoriya | Kilsə |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Tarixi
Tuğ kəndinin şimal-qərb hissəsindəki qəbirsanlıq ərazisində yerləşir. Qəbirsanlığın yerləşdiyi ərazi yerli əhali tərəfindən Qızlar düzü adlandırılır.[2] Hündür qoz ağacları ilə əhatə olunmuş sahənin mərkəzində yerləşən kilsə, təbiətlə harmoniya təşkil edir.[2]
Memarlıq xüsusiyyətləri
Kilsə, tərəfləri 2x3 metr ölçüyə malik sadə düzbucaqlı zal-kilsə formasına malikdir. Kilsə, demək olar ki, yarıya qədər yerin altındadır və buna görə də, cənub divarındakı qapı vasitəsiylə içəri girmək mümkün deyil.[2] İbadət zalı, apsida və köməkçi otaqlar da qismən yerin altında qalmışdır.[2]
Kilsənin divarlar kobud çapılmış daşlardan hörülmüşdür. Tağtavan daşıyıcı divarların qarşısındakı pilonlar və onları birləşdirən qabırğavari tağlar vasitəsiylə saxlanılır.[2]
Kilsənin yaxınlığında çoxlu sayda rahib hücrələri və mülki tikililərin qalıqları, həmçinin məzar daşları vardır.[2]
İstinadlar
- "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
- Mkrtçyan, 1989. səh. 78
Ədəbiyyat
- Mkrtçyan, Ş. M., Историко-Архитектурные Памятники Нагорного Карабаха, İrəvan, 1989