Müqəddəs Georgi monastırı (Xanabad)

Müqəddəs Georgi monastırıXocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1]

Müqəddəs Georgi monastırı
Ölkə  Azərbaycan
Şəhər Xocalı
Yerləşir Xanabad kəndi
Tikilmə tarixi 1263
İstinad nöm.265
KateqoriyaMonastır
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Müqəddəs Georgi monastırı (Azərbaycan)
Müqəddəs Georgi monastırı

Monastır 1263-cü ilin yayında çar çar Aşot Şahənşahın oğlu tərəfindən inşa etdirilsə də, sonrakı yüzilliklərdə dəfələrlə yenidənqurma və inşaat işlərinə məruz qalmışdır.

Monastırın başkilsəsi üçnefli bazilika formasına malikdir. Altar yer səviyyəsindən 1,5 metr hündürdə yerləşir. Kilsənin qərb fasadında dağılmış binanın – ehtimal ki, narteksin qalıqları vardır. Monastır yeməkxanası kompleksin cənub tərəfində yerləşir.

Tarixi

Monastır 1263-cü ilin yayında çar çar Aşot Şahənşahın oğlu tərəfindən inşa etdirilsə də, sonrakı yüzilliklərdə dəfələrlə yenidənqurma və inşaat işlərinə məruz qalmışdır.[2]

Bəzi tədqiqatçılar tikilinin ərazidəki sovməələrdən birində məzar daşı olan və kilsənin tavanında adı qeyd edilmiş arximandrit Hovannes tərəfindən inşa edildiyini düşünürlər. Digərləri isə arximandrit Hovannesin monastırı yalnız bərpa etdirdiyini düşünürlər.[2]

Kilsə divarlarında saxlanılmış 10-dan çox kitabə əsasən XVI-XVII əsrlərə aid olmaqla, əsasən monastırda aparılan yenidənqurma işləri barədə məlumat verir.[3]

Memarlıq xüsusiyyətləri

Monastırın başkilsəsi üçnefli bazilika formasına malikdir. Onun şərq tərəfində üç mərtəbəli köməkçi otaqlar vardır. Köməkçi otağın birinci mərtəbənin davanındakı dəlik vasitəsi ilə keçilən ikinci mərtəbəsi sirr otağı kimi istifadə edilmişdir.[4]

8x11.9 metr ölçülərə malik ibadət zalı sadə, lakin ifadəli interyerə malikdir. Düzbucaqlı zalın forma xüsusiyyətləri iki gözəl pilon ilə qeyd edilir. Onlar tağlar vasitəsi ilə altarın kənarlarında yerləşən iki pilon ilə əlaqələndirilir.[4]

Altar yer səviyyəsindən 1,5 metr hündürdə yerləşir. İbadət zalının artıq yüklənməsinin qarşısını almaq və geniş həcm-fəza quruluşu yaratmaq üçün altar qarşısında pilləkən tikilməmişdir. Altara qalxmaq üçün şimal tərəfdəki köməkçi otaqda yerləşən pulləkən istifadə edilir. Altar yüksəkliyinin karnizi naxışlarla bəzədilmiş yarımnal formasına malikdir. Sütunlar, divarönü pilonlar, tağlar, apsida çərçivələri, nişlər və pəncərə-qapı yerləri yaxşı yonulmuş daşlardan tikilmişdir. Digər hissələrin hörgüsündə kobud yonulmuş daşlardan istifadə olunmuşdur. İbadət zalının döşəməsi daşlarla döşənmiş, divarlara isə xaçdaşlar söykənmişdir. Köməkçi otaqların döşəmələrində məzar daşları vardır. Kilsənin günbəzaltı hissəsi özünəməxsus maraqlı formada həll edilmişdir.[3]

Kilsənin qərb fasadında dağılmış binanın – ehtimal ki, narteksin qalıqları vardır. Monastır yeməkxanası kompleksin cənub tərəfində yerləşir. Saxlanılmış inşaat kitabəsində tikilinin XVI əsrdə tikildiyi göstərilir.[3] Yeməkxana binzası uzadılmış düzbucaqlı formasına malik olan və tağtavanla örtülmüş binadır. Monastır həyətinin bu hissəsində həm də rahib hücrələri və digər mülki tikililər yerləşir. Kompleks möhkəm qala divarları və divarların dörd küncündə yerləşən dairəvi qüllələrlə əhatə olunmuşdur.[3]

İstinadlar

  1. "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
  2. Mkrtçyan, 1989. səh. 164
  3. Mkrtçyan, 1989. səh. 166
  4. Mkrtçyan, 1989. səh. 165

Ədəbiyyat

  • Mkrtçyan, Ş. M., Историко-Архитектурные Памятники Нагорного Карабаха, İrəvan, 1989
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.