Müqəddəs İttifaq

Müqəddəs İttifaq (alm. Heilige Allianz; rus. Священный союз) — Rusiya, AvstriyaPrusiya monarxları tərəfindən yaradılan koalisiya. İttifaq 1815-ci il 26 sentyabrda Napoleonun son məğlubiyyətindən sonra rus çarı I Aleksandrın təklifi ilə Parisdə yaradılmışdır.

" Monarxların və xalqların Müqəddəs İttifaqı" sazişini imzalayan ölkələr.

Yaradılması

1815-ci il 26 sentyabrda Rus çarı I Aleksandr, Avstriya imperatoru I Frans və Prussiya kralı III Fridrix Napoleonun məğlubiyyətinin ardından II Paris sülhü zamanı İttifaq yaratdılar. Siyasi və ictimai həyatda Xristianlıq prinsiplərinə bağlılığı gücləndirməyi qarşısına məqsəd qoydan "Monarxların və xalqların Müqəddəs İttifaq"a Çar Aleksandr başçılıq etməyə başladı.İngiltərə əvvəlcə faktiki olaraq onun bütün işində iştirak edirdi. İttifaq Avropada əmin-amanlıq xatirinə hər hansı inqilabi çıxışı silahlı şəkildə yatırmağa hazır idi. Sonradan İngiltərə vəliəhd şahzadəsi, Osmanlı padşahı və papa istisna olmaqla bütün Avropa hökmdarlarının qatıldıqları ittifaq çox təsirli olmadı. Avstriya Xarici işlər Naziri Şahzadə Klement Metternix və İngiltərə xarici işlər naziri Vikont Kastlereağ isə Müqəddəs İttifaqın əhəmiyyətsiz və keçici bir birlik olaraq qiymətləndirmişlər.

Tədqiqatçılar "Müqəddəs İttifaqın" mövcudluq və tarixini üç dövrə bölürlər:

Birinci dövr – 1822-ci ilə qədər davam edən 7 illik dövrü əhatə edir ki, bu "Müqəddəs İttifaqın" ən qüdrətli dövrüdür. Bu dövrdə "Avropa Konsertinin" iştirakçıları arasında fikir birliyi və fəaliyyət həmrəyliyi özünü aydın şəkildə göstərir ki, Aaxen, Troppou-Laybax və Verone konqresləri keçirilir.

İkinci dövr – 1823–1830-cu illəri əhatə edir və Fransada İyul monarxiyasının qurulması ilə başa çatır. Dövrün başlıca epizodu fransız qasidlərinin İspaniyaya müdaxiləsi və kral VII Ferdinandın hakimiyyətinin bərqərar olmasıdır. 1822-ci ilin avqustunda Kestelrinin özünə qəsd etməsindən sonra, sentyabrda onun yerini istedadlı ingilis diplomatı və antirus görüşləri ilə məşhur olan Corc Kanpinq tutur.

Üçüncü dövr – 1830-cu il iyul monarxiyasının qurulmasından başlayır və Krım müharibəsi ərəfəsinədək davam edir, tədricən Avropa dövlətlərinin əvvəlki həmrəyliyi arxa plana keçir.

Həmçinin bax

Ədəbiyyat

  • Троицкий Н.А. Александр I и Наполеон. М., 1994
  • A.N.Abbasbəyli, S.Z.Yusifzadə. Beynəlxalq Münasibətlər Tarixi(ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər)dərsliyi, Bakı 2009

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.