Münxen və Frayzinq arxiyeparxiyası
Münxen və Frayzinq arxiyeparxiyası (alm. Erzbistum München und Freising, lat. Archidioecesis Monacensis et Frisingensis) — Almaniyanın Bavariya əyalətindəki Roma Katolik Kilsəsinin inzibati vahidi.[1][2] Münxen və Frayzinq arxiyepiskopu tərəfindən idarə olunur. Onun iki inzibati baş kafedralı var — Münxen kafedralı və Frayzinq kafedralı.
Münxen və Frayzinq | |
Məlumat | |
---|---|
Ölkə | Almaniya |
Ərazi | 11,998 km2 |
Kilsə üzvü sayı | 1,740,300 |
Qurulub | təq. 739 |
Baş kafedral məbədi | Münxen kafedralı |
Ordinar dərəcəsi | Arxiyepiskop |
Sayt | erzbistum-muenchen-und-freising.de — erzbistum-muenchen-und-freising.denin rəsmi saytı |
Arxiyepiskop | Rayndhard Maks |
İnzibati vahid kimi təxmini 739-cu ildə Frayzinq yeparxiyası kimi Müqəddəs Bonifatsi tərəfindən yaradılmış və daha sonra knyaz-yepiskopluq olmuşdur. Yeparxiya 1803-cü ildə Müqəddəs Roma İmperiyasının dağılmasından sonra ləğv edildi, buna baxmayaraq yepiskop titulyar olaraq hakimiyyətə iddia edirdi. 1818-ci il aprelin 1-də Papa VII Piy yeparxiyanı Frayzinq deyil, Münxendəki yeni iqamətgahı ilə arxiyeparxiyaya yüksəltdi.
Baş yeparxiya 758 prixoda və ilə qırx dekanlığa bölünür. Onun suffraqan yepiskopları Auqsburq yepiskopu, Passau yepiskopu və Regensburq yepiskopudur. Arxiyeparxiyanın ən məşhur arxiyepiskopu, Papa XVI Benedikt seçilən Jozef Ratzinger idi. Münxen və Freising arxiyepiskoplarının iqamətgahı Münxendəki Holnşteyn sarayıdır.
İstinadlar
- "Archdiocese of München und Freising {Munich}" Arxivləşdirilib 2021-02-18 at the Wayback Machine Catholic-Hierarchy.org. David M. Cheney. Retrieved February 29, 2016
- "Metropolitan Archdiocese of München und Freising" Arxivləşdirilib 2022-10-04 at the Wayback Machine GCatholic.org. Gabriel Chow. Retrieved February 29, 2016