Müharibənin apofeozu

Müharibənin apofeozu (rus. Апофеоз войны) — 1871-ci ildə Rusiya rəssamı Vasili Vereşşagin tərəfindən çəkilmiş tablo.

Müharibənin apofeozu
rus. Апофеоз войны
Rəssam Vasili Vereşşagin
Tarixi 1871
Texnikası Kətan, yağlı boya. 127x197 sm
Ölçüləri 127 sm × 197 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Tretyakov qalereyası, Moskva
İnventar nömrəsi 183
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixçə

Ən əvvəl bu şəkil "Teymurləngin təntənəsi" adlanırdı. Onun ideyası Teymurləng ilə bağlı idi[1], qəsbkar qoşunlarının keçdiyi yerlərdə öz arxasınca bu kimi kəllələr yığını qoyub gedirdi, lakin əsər konkret surətdə tarixi səciyyə daşımırdı[2].

Tarixi rəvayətlərə görə, BağdadDəməşq qadınları Teymurləngə müraciət edərək, günah və pozğunluqlar içərisində batıb qalmış ərlərindən ona şikayət etmişdir. Onda Teymurləng 200 minlik ordusunun hər bir döyüşçüsünə əmr etmişdi ki, hər biri pozğunluqla məşğul olan bir kişinin başını kəsərək gətirsin. Onun əmri yerinə yetirildikdən sonra kəsilmiş kəllələrdən yeddi piramida ucaldılmışdı.

Digər versiyaya görə isə, məşhur "Müharibənin sonu" şəkli Vereşşagin tərəfindən onun üçün danışılmış bir hekayətin əsasında yaradılmışdı. Deyilənə görə, o, Kaşqar hakimi Vəlixan-Tövrə avropalı səyahətçini qətlə yetirdikdən sonra, onun kəlləsini başqa qətl olunanların kəllələrindən düzəldilmiş piramidanın zirvəsinə yerləşdirməyi əmr etmişdi.

İstinadlar

  1. "Апофеоз войны (Василий Верещагин)". 50 биографий мастеров русского искусства. 2012-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-16.
  2. Н. A. Ионин. "Верещагин В., «Апофеоз войны»". Сто великих картин. 2012-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-16.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.