Müezza

Müezza (ərəb. معزة) Məhəmməd peyğəmbərin (s.a.s) pişiyi olduğu nəql edilir[1][2][3]. Hz. Məhəmməd Uhud səfərində, ordunun önünə balalarını emizdiren bir pişik çıxınca, pişiyin yanına bir gözətçi qoymuşdur. Böyük bir ordunu o pişiyin ətrafından keçirmişdir. Səfərdən dönərkən pişiyə sahiblənmiş və adını Müezza qoymuşdur.

Müezza
Doğum yeri

Hz. Məhəmməd pişiyi Müezzanı o qədər çox sevərmiş ki, Müezza bir gün kölgəlikdə oturan Hz. Məhəmmədin paltarının ucunda yatıbmış. Hz. Məhəmməd, Müezzanı oyandırmaqdansa paltarının ucunu ehmalca kəsərək qalxmağa üstünlük vermişdir[4]. Müəzzanın suyu içdikdən sonra qabda qalan su ilə dəstəmaz alacaqkən səhabə Kiram Əbu Nuaym (r.a) "Ya Rəsullah, o sudan pişik içdi" deyincə, Rəsulullah "Onlar ən təmiz ağıza sahibdirlər" buyurmuş və dəstəmaz almışdır[5].

Ağ-qara rəngli bir Həbəş pişiyi olan Müezza, ağzının içində, üst damağında ləkələrə sahibmiş. Tez-tez rast gəlinməyən, damağında ləkə olan pişiklərin Müezzanın soyundan gəldiyi deyilir. Müezza çox güman ki, küçə pişiyi idi və Məkkənin isti küçələrindən Hz. Məhəmməd sayəsində xilas olmuşdur. Müezzanın xatirinə pişiklər məscidə girə bilən tək heyvandır[6].

Xarici keçidlər

İstinadlar

  1. Geyer, Georgie Anne (2004). When Cats Reigned Like Kings: On the Trail of the Sacred Cats. Andrews McMeel Publishing. p. 28. ISBN 0-7407-4697-9.
  2. Geyer, Georgie Anne. When Cats Reigned Like Kings: On the Trail of the Sacred Cats. Andrews McMeel Publishing. 2004. ISBN 0-7407-4697-9.
  3. Stall, Sam. 100 Cats Who Changed Civilization: History's Most Influential Felines. Quirk Books. 2007. ISBN 978-1-59474-163-0. 2020-06-12 tarixində arxivləşdirilib.
  4. "Cats in Islamic Culture". 2009-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-28.
  5. "Muttaqun OnLine - Cats: According to Quran and Sunnah". 2008-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-28.
  6. "8. Кошка Муизза (хозяин - Пророк Мухаммед) // Список чего-то там*2. Знаменитые питомцы. Част II". kanobu.ru. 2014-01-02. 2021-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-29.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.