Müdafiə Mahmudov

Müdafiə Cəmil oğlu Mahmudov (1945, Qızıl Şəfəq, Sisian rayonu21 yanvar 2024) — Azərbaycan Texniki Universitetinin fəxri professoru, pedaqoji elmlər doktoru.

Müdafiə Mahmudov
Doğum tarixi 1945
Doğum yeri
Vəfat tarixi 21 yanvar 2024(2024-01-21)
Vəfat səbəbi ürək tutması
Elmi dərəcəsi
Elmi adı
Mükafatları 3-cü dərəcəli "Əmək" ordeni

Həyatı

M. Mahmudov 1945-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisyan rayonunun Şıxlar kəndində anadan olub. Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat-Mexanika İnstitutunun tətbiqi riyaziyyat şöbəsində kiçik elmi işçi (1968–1969) vəzifəsində işləyib. 1980–1989-cu illərdə həmin şöbədə baş elmi işçi, 1989–2006-cı illərdə Azərbaycan Texniki Universitetinin Ali riyaziyyat kafedrasında dosent, 2009–2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrasında dosent vəzifəsində işləyib. "Ali texniki məktəblərdə riyaziyyat kursunun nəzəri və praktiki istiqamətlərdə tədrisinin təkmilləşdirilməsi yolları və vasitələri" (2009) mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun "Ali və orta ixtisas təhsilinin nəzəri problemləri" şöbəsində baş elmi işçi (2013–2014), "Müəllim hazırlığı kurikulumu" şöbəsinin müdiri (2014–2015) vəzifələrində işləyib.

2015-ci ildən Azərbaycan Texniki Universitetinin Riyaziyyat kafedrasının professoru olub. Dərslik, dərs vəsaiti, elmi-kütləvi kitabların və 200-ə yaxın elmi məqalənin müəllifidir. "Ukrayna-Azərbaycan dostluq körpüləri", "Dnepropetrovsk Milli Universitetinə sədaqətli xidmətinə görə" medallarına və Ukrayna Milli Elmlər Akademiyasının akademiki V. İ. Mossokovski adına fəxri medala layiq görülüb. 2020-ci ildə 3-cü dərəcəli "Əmək" ordeni[1] ilə təltif edilib.

21 yanvar 2024-cü ildə ürək tutmasından vəfat edib.[2][3]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.