Mübariz Hacıyev
Mübariz Hacıyev (tam adı: Hacıyev Mübariz Məhəmməd oğlu; 11 mart 1952, Ucar – 20 yanvar 1990) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Mübariz Hacıyev | |
---|---|
Hacıyev Mübariz Məhəmməd oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Ucar, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi |
Həyatı
Mübariz Hacıyev 1952-cı ilin 11 mart tarixində Ucar rayonunda anadan olub. 5 nömrəli taksimotor parkında sürücü işləmişdir. 19-u yanvar gecəsi XI Qızıl Ordu meydanında sol ayağından, sol çiynindən və ağ ciyər nahiyəsindən yaralanmışdır. O, hadisə yerindən sürünə-sürünə respublika xəstəxanasının həyətinə qədər getmişdir. Pəncərədən xəstələr onu görmüş və gəlib aparmışlar. Xeyli qan itirən xəstəyə qan vurulmuş, lakin bunun da köməyi olmamışdır. Dörd oğlu yadigar qalıb. Şəhidlər xiyabanında dəfn edilib.
Ünvan
Bu ünvanda yaşamışdır: Bakı, M.A. Əliyev küçəsi, döngə 17, ev 2, mənzil 3.
Həmçinin bax
İstinadlar
- Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.