Mübariz Ağayev
Ağayev Mübariz Alı oğlu (1 sentyabr 1953, Məlikumudlu, Zərdab rayonu) — 2006—2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007—2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012—2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015—2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Mübariz Ağayev | |
---|---|
27 yanvar 2015 – 10 iyun 2016 | |
Əvvəlki | Mənsur Məmmədov |
Sonrakı | Mehdi Səlimzadə |
15 mart 2012 – 27 yanvar 2015 | |
Əvvəlki | Rauf Həbibov |
Sonrakı | Yaşar Məmmədov |
14 dekabr 2007 – 15 mart 2012 | |
Əvvəlki | Lütvəli Babayev |
Sonrakı | Niyazi Bayramov |
2006 – 2007 | |
Əvvəlki | Nazim İsmayılov |
Sonrakı | Mənsur Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 sentyabr 1953 (70 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
Mübariz Ağayev 1 sentyabr 1953-cü ildə Zərdab rayonunun Məlikumudlu kəndində anadan olub.
Azərbaycan Texnologiya İnstitutunu bitirib. İxtisasca texnoloqdur.
1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayib. Sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd istehlakı cəmiyyətində, Qarabaqqal ictimai iaşə müəssisəsində mühasib vəzifələrində işləyib.
1979—1986-ci illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor,
1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor,
1987—1989-cu illərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri,
1989—1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis,
1991—1995-ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor,
1995—1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor,
1997-ci ildən isə Göyçay-çörək SC idarə heyətinin sədri vəzifələrində işləyib.
2006—2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı,
2007—2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı,
2012—2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı,
2015—2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
2013-cü ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 4 övladı var.