Müasir incəsənət

Müasir incəsənət' (ing. Contemporary art) — müasir dövrdə yaradılan və aktual olan incəsənəti ifadə edən termin. Müasir incəsənət Modern incəsənətdən sonrakı[1] sənət mərhələsi olan Postmodern incəsənət dövründən başlayaraq bu günə kimi inkişaf etməkdədir. "Modern" və "müasir" sözləri əsasən sinonim kimi işlədildiyi üçün bu adlar altında təqdim edilən incəsənət dövrləri, bəzən qeyri-mütəxəssislər tərəfindən qarışdırıla və ya eyni anlayış kimi qəbul edilə bilir. Təsadüfi deyildir ki, müxtəlif ölkələrdə "Modern İncəsənət Muzeyi" (ing. Museum of Modern Art) və "Müasir İncəsənət Muzeyi" (ing. Museum of Contemporary Art) adı altında fəaliyyət göstərən muzeylərin əksərində eyni sənətkarların əsərləri sərgilənməkdədir.

Əhatə dairəsi

Faiq Əhməd - Ənənəvi Azərbaycan xalçası müasir təqdimatda

Müasir incəsənəti “bizim həyatımız”ın məhsulu olan incəsənət kimi təqdim edən tədqiqatçılar etiraf edirlər ki, həyat vaxtı və müddəti fərqli ola bilər. Lakin, ümumi qəbul edilmiş fikrə görə bu anlam müəyyən səviyyədə qəbul edilmiş məhdudiyyətlərə malikdir.[1]

Müasir incəsənətin xüsusi incəsənət tipi kimi klassifikasiyası, ingilis dilli mühitdə Modernizmin formalaşması dövrlərindən başlayır. Londonda Müasir İncəsənət Cəmiyyətinin əsası 1910-cu ildə tənqidçi Rocer Fray tərəfindən, ictimai muzeylərin yerinə sənət əsərlərini alan şəxsi cəmiyyət kimi qoyulmuşdur.[2] 1930-cu illərdə bu termindən istifadə edən, əsası 1938-ci ildə Avstraliyanın Adelaida şəhərində qoyulmuş Müasir İncəsənət Cəmiyyəti kimi[3] bir çox institutlar yaradılmış, 1945-ci ildən sonra isə onların sayı daha da artmağa başlamışdır.[4] Bostondakı Müasir İncəsənət institutu kimi bir çox institutlar əvvəllər adlarında istifadə etdikləri “Modern incəsənət” sözündən imtina etməli olmuşlar, Modernizm tarixi bir hərakata çevrilmiş, bir çox modern əsərləri isə artıq müasir incəsənət nümunəsi kimi qəbul edilməmişdir. Müasirin nə olması anlayışı həmişə dəyişməkdə, ilkin başlanğıc dövründən bu günə kimi irəliləməkdədir, 1910-cu illərdə Müasir İncəsənət Cəmiyyətinin aldığı bir çox əsərləri bu gün Müasir incəsənət nümunəsi hesab etmək olmaz.

Təsviri incəsənət stillərində dəyişikliyin konkret punktları İkinci Dünya müharibəsinin sonları və 1960-cı illərdə formalaşmağa başlamışdır. 1960-cı illərdən bəri isə bir çox dəyişikliklər baş vermiş, 2010-cu illərdə müasir incəsənət anlayışı əsasən dəqiq ifadə edilməyən istiqamətlərdə dəyişmişdir. Son 20 ildə Müasir incəsənət bəzi müəlliflərin qeydlərinə görə 1970-ci illərin incəsənətinə kimi olan əsərləri[5], bəzilərinə görə, XX əsrin sonları-XXI əsrin əvvəllərində yaradılan incəsənəti[6], bəziləri XX əsrin sonları-XXI əsrin əvvəllərində yaradılan incəsənəti qəbul etsələr də müasir dövrdə yaradılmaqda olan incəsənətdən imtina edirlər[7]; Ümumi istifadədə Müasir incəsənət termini altında bu gün yaşayan sənətkarlar tərəfindən yaradılan incəsənət başa düşülür[8]; 1960-70-ci illərin incəsənəti də aktuallığını saxlayır[9]; Müasir incəsənət əsərlərini toplayan və ya adında müasir və modern sözlərindən istifadə edən muzeylər isə tez-tez kolleksiyalarının köhnəlməsi problemi ilə qarşılaşırlar.[10] Kiçik satış qalereyaları, mağazalar və bu kimi incəsənət məkanları isə termindən bir qədər fərqli formada istifadə edərək, Müasir incəsənət adı altında 2000-ci illərdən sonra yaradılmış incəsənəti təqdim edirlər. Uzun müddət fəaliyyət göstərən sənətkarların yaradıcılığı isə müxtəlif incəsənət stillərinin hakim olduğu dövrə təsadüf edir, buna görə də tədqiqatçılar onların yaradıcılıqlarını müxtəlif cür dövrləşdirirlər.

İnstitutlar

İncəsənətin inkişafı, incəsənət institutları, muzeylər, qalereyalar, qeyri-kommersiya xarakterli sənət məkanları, incəsənət məktəbləri və naşirlərdən, həmçinin sənətkarların şəxsi praktikaları, kuratorlar, yazıçılar, kolleksiyaçılar və filantroplardan asılıdır. İncəsənət dünyasında əsas bölünmə kommersiya və qeyri-kommersiya yönümləri arasında olsa da, son dövrlərdə qeyri-kommersiv şəxsi və qeyri-kommersiv ictimai yönümlər arasında sərhədlər daha da bulanlıqlaşmışdır.

Məşhur sənətkarlar tərəfindən yaradılmış əsas müasir incəsənət əsərləri kommersiv müasir sənət qalereyaları, şəxsi kolleksiyaçılar, sənət hərracları, korporasiyalar, ictimai sənət fondları, müasir incəsənət muzeyləri və ya sənətkarların özləri tərəfindən artist-run space şərairtində sərgilənir. Müasir sənətkarlar qrantlar, mükafat və hədiyyələr, həmçinin əsərlərinin satışından gəlirlər əldə edirlər. Karyera sənətkarları ya incəsənət məktəblərində təhsil almağa, ya da məşhur sənətkarların yanında öyrənməyə üstünlük verirlər.

İctimai maliyyələşən müasir incəsənət və kommersiya sektoru arasında sıx əlaqə vardır. Məsələn, 2005-ci ildə nəşr edilmiş “Beynəlxalq incəsənət bazarları və menecment arasında anlaşma” adlı kitabda qeyd edilir ki, Britaniyada bəzi rəssamların dillerləri ilə aparıcı müasir incəsənət muzeyləri arasında anlaşmalar vardır. Nüfuzlu kitablar və jurnallar, həmçinin individual kolleksiyaçılar güclü nüfuza malik ola bilirlər.[11]

Müasir incəsənət əsərlərini öz iş mərkəzlərində nümayiş etdirən, müasir incəsənət mükafatlarını təşkil edən və maliyyələşdirən, bahalı kolleksiyalar yaradan şirkətlər də özlərini müasir incəsənətə inteqrasiya etmiş olurlar.[12] Korporativ reklamverənlər lüks məhsullara diqqət çəkmək üçün müasir incəsənətlə əlaqəli prestij və kulhantinqdən tez-tez istifadə edirlər.

İnstitutlar müasir incəsənətin ifadə etməli olduğu anlam haqqında məlumatları tez-tez dəyişdiklərinə görə tənqid edilirlər. Məsələn, günümüzdə yaradıldığına görə, Art brut, hərfi anlamda müasir incəsənət hesab edilə bilər. Lakin, incəsənət tədqiqatçılarından biri qeyd edir ki, bu cür əsərlər müasir incəsənət nümunəsi hesab edilə bilməz, çünki, onlar həvəskarlar tərəfindən yaradıldığına görə tarixi kontekstdən kənarda qalırlar.[13] Sərgilərdə böyük auditoriyası olmasına baxmayaraq, toxuma işləri kimi əl işləri də müasir incəsənət nümunələri hesab edilmirlər.[14] İncəsənət tənqidçisi Piter Timms qeyd edir ki, əl işləri müasir incəsənət sahəsinə qəbul edilməsi üçün xüsusi dəyərlərə malik olmalıdır. “Gözəlliyin təbiətini əks etdirmək üçün yaradılmış keramik obyekt sadəcə gözəl olmaqla qalmır, həm də müasir incəsənət nümunəsi kimi qəbul edilir.”[15]

İstənilən məkan və ya sənətkarlar qrupu müasir incəsənətin axın istiqamətinə güclü təsir göstərə bilər. Məsələn, Los-Ancelesdə kommersial qalereya olan Ferus Qalereyası 1950-60-cı illərdə Kaliforniya müasir incəsənət səhnəsinin canlanmasına ciddi təsir göstərmişdir.

İctimai münasibət

Manfred Kielnhofer - Zamanın keşikçiləri, 2006

Müasir incəsənət və onun institutları bəzən ictimayətin əhval-ruhiyyəsini əks etdirmədiyinə görə, onunla münaqişədə imiş kimi görünə bilər.[16] 1990-cı illərdə Britaniyada müasir incəsənət populyar mədəniyyətin tərkibinə qatıldı, sənətkarlar isə ulduzlara çevrildilər, lakin, bu, çoxdan gözlənilən “mədəni utopiya”ya gətirib çıxarmadı.[17] Lakin, Culyan Spaldinq və Donald Kuspit kimi bəzi tənqidçilər qeyd edirlər ki, skeptisizm və hətta imtina bir çox müasir incəsənət nümunələrinə göstəriləcək ağılabatan münasibət olmalıdır.[18] Özünün “Axmaq incəsənət” adlı essesində Brayan Eşbi “əksər instalyasiya incəsənəti, fotoqrafiya, konseptual incəsənət, video və başqa post-modern adlandırılan sənət nümunələrini” tənqid edərək nəzəri ifadə şəkilli şifahi izahatlardan çox asılıdır.[19]

Müzakirə və mübahisələr

XX əsrin əvvəllərindən bəri əsas mübahisələr incəsənətin əsas məsələsinin nə olması ilə bağlı olmuşdur. Müasir dövrdə (1950-ci illərdən bu günə kimi) avanqard anlayışı muzeylər, qalereyalar və kolleksiyaçıların incəsənəti qruplaşdırmasında istifadə edilir.[20] Bəzən, hətta TəbliğatƏyləncə də Müasir incəsənətin növləri kimi qəbul edilir.

Mükafatlar

Müasir incəsənət sahəsi ilə bağlı mühüm mükafatların adları aşağıda qeyd edilmişdir:

  • Monsoro qəsri-Müasir incəsənət muzeyinin
  • Aldriç Müasir İncəsənət Muzeyinin Yeni Sənətkar mükafatı
  • Cənub İncəsənəti üçün Faktor mükafatı
  • Solomon Quqqenhaym muzeyinin Hüqo Boss mükafatı
  • Con Muirs Rəssamlıq Mükafatı
  • 30 yaşdan gənc rus sənətkarları üçün Kandinski mükafatı
  • Corc Pampidu Mərkəzinin Marsel Düşan mükafatı
  • 40 yaşdan gənc fransız sənətkarları üçün Riçard mükafatı
  • 50 yaşdan gənc Britaniya sənətkarları üçün Törner mükafatı
  • Vitni Biennalisində iştirak hüququ
  • Avropa Müasir incəsənəti üçün Vinsent Van Qoq Biennalisinin Vinsent mükafatı
  • Kanada Gil və Şüşə Qalereyasının keramikaçılar üçün Uinfrid Şantz mükafatı
  • Asiya-Sakit okean pivə zavodlarının İmza Sənət Mükafatı[21]
  • 35 yaşdan gənc çex sənətkarları üçün İndrjix Xalupetski mükafatı[22]

Tarixi

Aşağıdakı cədvəldə Müasir incəsənət hərəkatları və stillərinin onilliklər üzrə xronoloji siyahısı verilmişdir:

İstinadlar

  1. Esaak, Shelley. "What is "Contemporary" Art?". About.com. 2016-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2015.
  2. Fry Roger, Ed. Craufurd D. Goodwin, Art and the Market: Roger Fry on Commerce in Art, 1999, University of Michigan Press, ISBN 0472109022, 9780472109029, google books Arxivləşdirilib 2016-08-02 at the Wayback Machine
  3. həmçinin 1939-1940-cı illərdə yaradılmış Monreal Müasir İncəsənət Cəmiyyəti
  4. Smith, 257–258
  5. "Art21 XXI əsrdə yaşayan sənətkarların işlərini müasir incəsənət hesab edir." Art21 Arxivləşdirilib 2016-04-20 at the Wayback Machine
  6. "dictionary.com". 2015-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14.
  7. "Columbia Encyclopedia". 2013-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14.
  8. "Getty Museum". 2016-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14.
  9. "about.com". 2013-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14.
  10. Misal kimi Strasburq Modern və Müasir İncəsənət MuzeyiTrento və Rovereto Modern və Müasir İncəsənət Muzeyini göstərmək olar. Oksford Modern və Müasir İncəsənət Lüğəti bu anlayışların hər ikisindən istifadə edən çoxsaylı kitablardan biridir.
  11. Derrick Chong in Iain Robertson, Understanding International Art Markets And Management, Routledge, 2005, p95. ISBN 0-415-33956-1
  12. Chin-Tao Wu, Privatising Culture: Corporate Art Intervention Since the 1980s, Verso, 2002, p14. ISBN 1-85984-472-3
  13. Gary Alan Fine, Everyday Genius: Self-Taught Art and the Culture of Authenticity, University of Chicago Press, 2004, pp42-43. ISBN 0-226-24950-6
  14. Peter Dormer, The Culture of Craft: Status and Future, Manchester University Press, 1996, p175. ISBN 0-7190-4618-1
  15. Peter Timms, What's Wrong with Contemporary Art?, UNSW Press, 2004, p17. ISBN 0-86840-407-1
  16. Mary Jane Jacob and Michael Brenson, Conversations at the Castle: Changing Audiences and Contemporary Art, MIT Press, 1998, p30. ISBN 0-262-10072-X
  17. Julian Stallabrass, High Art Lite: British Art in the 1990s, Verso, 1999, pp1-2. ISBN 1-85984-721-8
  18. Spalding, Julian, The Eclipse of Art: Tackling the Crisis in Art Today, Prestel Publishing, 2003. ISBN 3-7913-2881-6
  19. "Art Bollocks". Ipod.org.uk. 1990-05-05. 16 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2015.
  20. Fred Orton & Griselda Pollock, Avant-Gardes and Partisans Reviewed. Manchester University, 1996. ISBN 0-7190-4399-9
  21. "APB Foundation Signature Art Prize, for contemporary art over the preceding three years". 2014-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-15.
  22. "Jindřich Chalupecký Award". 2007-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-15.

Ədəbiyyat

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.