Müəşşər

Müəşşər (ərəbcə: onluq) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması.

Müəşşərin hər bəndi 10 misradan ibarətdir. İlk bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 9 misrası öz aralarında, son misrası isə birinci bəndlə qafiyələnir. Az yayılmış şeir formasıdır.

Molla Pənah Vaqifin "Ey büti-tutizəban, gəl ki, məqalın istərəm", "Ey rəngi-ruxi-alına heyran gülü-lalə" şeirləri müəşşərin nümunələrindəndir.

Ədəbiyyat

Xarici keçidlər

  • Fərid Muradov. "Ədəbiyyatımızın unudulmuş söz ustasının müəşşəri" (az.). strategiya.az. 10:33 08 iyul 2013. İstifadə tarixi: 2014-11-11.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.