Müşfiq Cəfərov (siyasətçi)
Müşfiq Cəfərov (azərb. Müşfiq Cəfər oğlu Cəfərov; 26 iyul 1981, Kirovabad) — Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020).
Müşfiq Cəfərov | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 iyul 1981 (42 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
Cəfərov Müşfiq Cəfər oğlu 1981-ci il 26 iyul tarixində Gəncə şəhərində anadan olub.
1998-ci ildə Gəncə şəhəri Məhəmməd Hadi adına 10 saylı orta məktəbi bitirib və həmin ildə Azərbaycan Kənd Təssərüfatı Akademiyasının (hazırda Azərbaycan Dövlət Aqrar Universiteti) "Mühəndislik və Menecment İqtisadiyyatı" fakültəsinin "Aqrar İstehsalatı İqtisadiyyatı və İdarəedilməsi" ixtisası üzrə bakalavr pilləsinə daxil olub. 2002-ci ildə bakalavr pilləsini bitirib. Həmin il Azərbaycan Kənd Təssərüfatı Akademiyasının (Azərbaycan Dövlət Aqrar Universiteti) "Mühəndislik və Menecment İqtisadiyyatı" fakültəsinin "İstehsalat və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarəedilməsi" ixtisası üzrə magistr pilləsinə qəbul olub və 2004-cü ildə fərqlənmə diplomu ilə bitirib.
Ailəsi
Ailəlidir, dörd övladı var.
Fəaliyyəti
- 1999-cu ildən başlayaraq ictimai işlərlə məşğul olub. 20 il ölkə səviyyəsində, 18 il isə beynəlxalq səviyyədə gənclərin vətəndaş cəmiyyətinin inkişafına istiqamətləndirilmiş layihələrin icrasında, o cümlədən, gənclərin məşğulluğunun artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması işində fəallıq göstərib. 60-dan çox ölkədə gənclərlə bağlı müxtəlif forumlarda, konfranslarda, treyninq və seminarlarda iştirak edib. 40-dan çox kiçik və irimiqyaslı layihələrin müəllifi və icraçısı olub.
- 2000-ci ildə təsis edilmiş "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin (bundan sonra "Birlik") həmtəsisçisidir. 2000–2011-ci illərdə Birliyin idarə heyətinin üzvü, sədr müavini, sədr vəzifələrində çalışıb.
- 2007-ci ildə İsveçin Malmö şəhərində Avropa Şurasının baş katibi Terri Devis tərəfindən "Fəal Gənc Vətəndaş" Mükafatına layiq görülüb.
- 2010-cu ilin yanvar ayından 2011-ci ilin iyun ayınadək "Beynəlxalq Əmək Təşkilatı"nın Azərbaycanın Qərb bölgəsində həyata keçirdiyi "Qadın Sahibkarlığının İnkişafı" layihəsində yerli əlaqələndirici vəzifəsində çalışıb.
- 2011-ci ilin iyun ayında ABŞ Dövlət Departamentinin "Hubert Hamfri" Proqramı çərçivəsində "Dövlət İdarəçiliyi" üzrə ABŞ-nin Minnesota Universitetinə daxil olub və 2012-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirib. Proqramı uğurla başa vurduğu üçün ABŞ-nin sabiq prezidenti Barak Obama və baş katibi Hillari Klintonun imzası olan sertifikatla mükafatlandırılıb.
- 2012-ci ilin avqust ayından 2013-cü ilin fevral ayınadək Oğuz rayonunda yerləşən hoteldə icraçı direktor vəzifəsində çalışıb.
- 2013-cü ilin mart ayından Gəncə şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışır. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinə rəhbərlik etdiyi son 7 ildə gənclər və idman işinin inkişafında həyata keçirdiyi ən böyük layihələr sırasına — Gəncə şəhərinin 2016-cı ilin "Avropa Gənclər Paytaxtı" və 2019-cu ilin "Avropa İdman Şəhəri" daxildir.
- 2015-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin "Sosial investisiya strategiyalarının kənd təsərrüfatı məşğulluğunun yüksəldilməsinə təsiri" mövzusunda iqtisadiyyat üzrə fəlsəfə doktoru işini davam etdirir.
- 2017-ci ilin yanvar ayının 30-da Azərbaycan Respublikasında gənclərlə iş sahəsində əldə etdiyi uğur və nailiyyətlərə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib[1]. Hazırda Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışır, ixtisas dərəcəsi kiçik müşavirdi[2].
İstinadlar
- "Azərbaycan Respublikasında gənclərlə iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (Azərbaycan dili). president.az. 12 fevral 2020 tarixində arxivləşdirilib.
- "Müşfiq Cəfərovun seçicilərlə görüşləri davam edir" (Azərbaycan dili). yenigence.com. 12 fevral 2020 tarixində arxivləşdirilib.