Müşfiq Borçalı
Çobanov Müşfiq Mədəd oğlu (22 yanvar 1970, Darbaz, Bolnisi rayonu) — Azərbaycan alimi, jurnalisti və universitet müəllimi. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, "Qızıl Qələm" mükafatı laureatı.
Müşfiq Borçalı | |
---|---|
![]() | |
Doğum tarixi | 22 yanvar 1970 (54 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
http://zim.az/uploads/posts/2015-10/1445956879_musfiq-1-zim.jpg
Həyatı
Müşfiq Borçalı (Müşviq Mədəd oğlu Çobanov) - 22 yanvar 1970-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. 1986-cı ildə Darbaz kənd orta məktəbini əla qiymətlərlə – Gürcüstan Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə bitirib və elə həmin il A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinin Azərbaycan bölməsinə daxil olub.
O, eyni zamanda TDPİ-nin ictimai peşələr fakültəsində jurnalistika ixtisası üzrə təhsil alıb.
1988-1989-cu illərdə əsgəri xidmət borcunu şərəflə yerinə yetirib.
1990-cı ildə Bakıya köçüb və Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini davam etdirib.
1992-ci ildə ali məktəbi Fərqlənmə Diplomu ilə bitirib və Azərbaycan Texniki Universitetində əmək fəaliyyətinə başlayıb.
Əvvəlcə "Ziya" qəzetinin müxbiri, bir az sonra məsul katib, daha sonra isə ədəbi redaktor vəzifələrinə təyin olunub.
1993-cü ildən "Təhsil" qəzetinin baş redaktoru, 1995-ci ildən "Azad Azərbaycan", "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin baş redaktoru vəzifələrinə irəli çəkilib.
Bir müddət AzTU-nun Mətbuat şöbəsinin müdiri vəzifəsində işləyib.
Eyni zamanda, AzTV-nin "Xalq yaradıcılığı" redaksiyasının redaktoru vəzifəsində çalışıb. AzTV-də yayımlanan "Dastan", "Yazı", "Sazın-sözün sehri", "Aşıq Pəri Məclisi", "Borçalı elləri" və s. verilişlərin ssenari müəllifi və redaktoru olub.
Hazırda Azərbaycan Respublikasi "Təhsil" Elm-İstehsalat Mərkəzinin və "Borçalı" Nəşriyyat-Poliqrafiya müəssisəsinin təsisçisi və Baş direktoru, "Ziya" qezetinin, ZiM.Az və ziya.info.az saytlarının Bas redaktorudur[1].
Eyni zamanda, AzTU-nun "Azərbaycan dili və pedaqogika" kafedrasında pedaqoji fəaliyyətlə də məşqul olur, bakalavrlara "Azərbaycan dili" və "Nitq mədəniyyəti" fənlərini, maqistrlərə isə "Pedaqogika" fənnlərini tədris edir.
1993-cü ildə Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı qəbul olunub və elə həmin il Elmi Şuranın qərarı ılə "Gürcüstanda nəşr olunan Azərbaycan mətbuatında ədəbiyyat məsələləri" mövzusunda namizədlik dissertasiyası təsdiq olunub.
2016-cı il noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında həmin elm müəssisəsinin Filologiya elmləri doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.131 - Dissertasiya Şurasının növbəti iclasında AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İSA ƏKBƏR oğlu HƏBİBBƏYLİnin elmi rəhbərliyi ilə "Gürcüstanda Azərbaycan Ədəbiyyatının inkişaf meyilləri (1960-2010)” mövzusunda yazdığı dissertasiya işini uğurla müdafiə edib, ona Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib[2].
"Ağır elli Borçalı" (Bakı,1990; Ərzurum, 1996), "Çağdaş Borçalı ədəbi məktəbi" (Baki, "Azərbaycan" nəşriyyatı, 1994), "M.P.Vaqif və Gürcüstan" (1995, 2017), "Bu Dostluğun yaşı çox.." (1996, 2014), "Azərbaycan şəxs adları" (1995), "Məhəbbət həyatdır" (1996), "Gürcüstanda Azərbaycan mətbuatı" (1997), "Borçalı aşıqları" (İsmayıl Ömərovla həmmüəllif, Bakı,1998; Təbriz, 2008; Tehran, 2009), "Ziya"dan "Çənlibel"ədək" (1998), "Dədə Qorqud-1300" (1998, 2000), "Borçali şəhidləri" (2000), "Borçalı ensiklopediyası"-III c. "Borçalı ulduzları" (2002), "Borçalı ensiklopediyası"-IV c. "Borçalı həkimləri" (2004), "Şairlər dünyanın söz Allahıdı..." (2009), "Dünyamalı Kərəmin poeziya yaradıcılığı" (2010), "Aşıq Hüseyn Saraclı və onun yaylaq səfəri" (2011), "Əkiz alim qardaşlar(2001,2011), "Borcalının aqbirçək anası - saire Mayqa Mətin (2013), "Bu Dostluğun yaşı çox!..." (2014), "M.Coşqunun poeziya yaradıcılığında özünəməxsusluq" (2015), "Butalar Butası Səadət Buta" (2015), 3 cildlik "Sazlı-Sözlü Başkeçid" (2015) və s. kitabları işıq üzü görüb.
Eyni zamanda, 5 cildlik "Zirvə" poeziya antologiyasının, "Sazlı-Sözlü Borçalı" ədəbi Məcmuəsinin Naşiri, tərtibçisi və redaktorudur.
Azərbaycan Respublikası Milli Məclisinin Təhsil və Mətbuat haqqında qanunlar hazırlayan işçi qruplarının üzvü olmuş və qanunların hazirlanmasında yaxından iştirak etmişdir.
Azərbaycan Gənclərinin, Azərbaycan Müəllimlərinin və Azərbaycan Jurnalistlərinin qurultaylarının nümayəndəsi olmuşdur.
"Abdulla Şaiq", "Nəriman Nərimanov" və "Qızıl Qələm" mükafatı laureatıdır[3]. Dəfələrlə Fəxri Fərman, Fəxri diplom və mükafatlarla təltif olunub. O cümlədən, Azərbaycan Respublikasi Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin Diplom və sertifikatlarina layiq görülüb.
http://zim.az/uploads/posts/2015-10/1445956879_musfiq-1-zim.jpg