Mötley Crüe
Mötley Crüe ('mɒtliː kruː) — 1981-ci ildə Los-Ancelesdə qurulan Amerikan hevi/glam metal qrupu.
Mötley Crüe | |
---|---|
Mötley Crüe | |
| |
Əsas məlumatlar | |
Üslub |
hard-rok heavy metal qlem-metal |
Fəaliyyət illəri | 1981—h.h. |
Ölkə | ABŞ |
Şəhər | Los-Anceles |
Dil | ingiliscə |
Leybl |
Mötley Records Elektra Records Leathür Records Eleven Seven Music Nuclear Blast |
Heyət |
Vins Nil Mik Mars Nikki Siks Tommi Li |
Keçmiş üzvlər |
Con Korabi Rendi Kastillo Samanta Meloni |
Digər layihələr |
58 Methods of Mayhem Rock Star Supernova Brides of Destruction Sixx:A.M. |
www.motley.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrup haqqında
1981-ci ildə bas gitarist Nikki Sixx «London» adındakı qrupundan ayrılmış və Tommy Lee ilə tanış olmuşdur. Mick Mars (gitara) və Vince Neil'in (vokal) qatılmasıyla qrup adını Mötley Crüe olaraq dəqiqləşdirdi. «Too Fast For Love» adlı ilk albomlarını hazırladılar və 1981-ci ilin noyabr ayında bu albomu satışa çıxardılar. Bu albom musiqi bazarını alt-üst etdi. Bu albom sayəsində Guns N’ Roses, Bon Jovi kimi qruplar ortaya çıxacaqdı. 20.000 satan albomdan sonra 1982-ci ilin baharında qrup Elektra Records ilə razılaşdı. Bu firmanın israrıyla ilk albom Roy Tomas Baker prodüserliyində təkrar hazırlanıb nəşr olundu. Qrup Elektra Records ilə 80-ci illərdə bir sıra klassik alboma imza atdı. 1983-cü ildə müzakirələrə gətirib çıxaran, satanik elementlər daşıyan «Shout At The Devil», 1985-ci ildə bir az daha qaranlıq quruluşda və təvazökar bir albom olan «Theatre Of Pain», 1987-ci ildə qrupun əvvəlki albomlarına görə daha çox blues təsirli bir iş olan və bir həftə içində yüksək satış müvəffəqiyyətinə nail olan bir nömrəyə yerləşən «Girls, Girls, Girls», 1989-cu ildə də böyük bir albom olan və qrupun zirvəyə çatmasını təmin edən «Dr. Feelgood» satışda idi. «Dr. Feelgood» nəşr olunmasından sonra 109 həftə siyahılarda qaldı.
1991-ci ildə qrup «Decade Of Decadence» adlı bir toplu albomu satışa çıxardı. 1992-ci ilin fevralında Vince qrupdan atılmış və bu vəziyyət qrupun ticarət müvəffəqiyyətində böyük bir çöküşə səbəb olmuşdu. Yeni vokalist olaraq John Corabi qrupa qatılmışdı. 1994-cü ildə «Mötley Crüe» adlı öz adlarını verdikləri albom satışa çıxarıldı, ancaq albom ticari baxımdan gözlənilən nəticəni vermədi. 1997-ci ildə qrup yenidən dirçələrkən, Vince qrupa qayıtdı və qrup «Generation Swine» albomunu çıxardı. Bu Mötley Crüe'nun təkrar dirilişi olmuşdu. Bu albomla birlikdə Greatest Hits (1998), Live: Entertainment Or Death (1999) və yenə 1999-cu ildə nadir qarşılanacaq bir toplu albom olan «Supersonic And Demonic Relics» nəşr olundu. Eyni il Tommy karyerasına solo olaraq davam etmək məqsədiylə qrupdan ayrıldı və yerinə bir neçə Ozzy Osbourne albomunda iştirək edən Randy Castillo keçdi. (Randy 2002-ci ildə xərçəngdən həyatını itirmişdir) 2000-ci ildə də qrupun 8-ci albomu «New Tattoo» artıq satışda idi. «New Tattoo» 150.000'dən daha az satarkən albom turnesində zərbçi Samantha Maloney iştirak etmişdi. Bu vaxt Tommy 1999-cu ildə Methods Of Mayhem qrupunu qurmuş və eyni il qrupun adını verdikləri bir albom yayımlamışdı. Nikki Sixx isə irəlidəki illərdə «Brides Of Destruction» qrupunda iştirak edəcəkdi. Nikki 2004-cü ilin sentyabr ayında Vince ilə birlikdə studiyaya qayıtdıqlarını və yeni materiallar üzərində işə başladıqlarını bildirdi. Vince Neil, Mick Mars, Nikki Sixx, Tommy Lee olmaq üzrə qrupun nüvə heyəti yenidən bir araya gəlmişdi. 2005-ci ilin fevral ayında toplama albomları «Red, White & Crüe» satışa çıxarıldı.
Mötley Crüe'nun tərzi tez-tez «Hair Metal» olaraq adlandırılır və Warrant, Poison, Whitesnake, Faster Pussycat kimi qruplarla müqayisə edilir. Ancaq bu qruplar, məsələn Poison; Mötley Crüe qrupunun nail olduğu müvəffəqiyyətin təsiriylə qurulmuşdur. Bir çox qrup onlardan təsirlənərkən xüsusilə «Too Fast For Love», «Shout At The Devil», «Girls Girls Girls», «Dr. Feelgood» kimi albomlarıyla Rok musiqi tarixində böyük bir iz buraxmışlar.
Diskoqrafiya
Studiya albomları
Yığma albomları
Single'ları
- 1981 - "Live Wire"
- 1983 - "Shout at the Devil"
- 1984 - "Looks That Kill"
- 1984 - "Too Young to Fall in Love"
- 1985 - "Smokin' in the Boys Room"
- 1985 - "Home Sweet Home"
- 1987 - "Girls, Girls, Girls"
- 1987 - "Wild Side"
- 1987 - "You're All I Need"
- 1989 - "Dr. Feelgood"
- 1989 - "Kickstart My Heart"
- 1990 - "Without You"
- 1990 - "Don't Go Away Mad (Just Go Away)"
- 1990 - "Same Ol' Situation (S.O.S.)"
- 1991 - "Primal Scream"
- 1991 - "Home Sweet Home '91"
- 1994 - "Hooligan's Holiday"
- 1994 - "Misunderstood"
- 1997 - "Afraid"
- 1997 - "Beauty"
- 1998 - "Bitter Pill"
- 1999 - "Teaser"
- 2001 - "Hell on High Heels"
- 2004 - "If I Die Tomorrow"
- 2005 - "Sick Love Song"
- 2008 - "Saints of Los Angeles"
- 2008 - "Mutherfucker of the Year"
- 2009 - "White Trash Circus"