Möhsün Fəxrizadə

Möhsün Fəxrizadə Mahabadi (fars. محسن فخریزاده مهابادی; 1958[1], Qum27 noyabr 2020[2]) — İranlı fizika və nüvə alimi, İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri.

Möhsün Fəxrizadə
fars. مُحسن فخری‌زاده
Doğum tarixi 1958[1]
Doğum yeri
Vəfat tarixi 27 noyabr 2020(2020-11-27)[2]
Vəfat səbəbi güllə yarası[d][3]
Elm sahələri İranın nüvə proqramı
İş yeri
Mükafatları Order of Service Order of Nasr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

O nüvə fizikası mühəndisliyi üzrə magistr dərəcəsini aldıqdan sonra işə başlamış və bu sahədə universitetin Professoru olmuşdur.[4] Qeyd etmək lazımdır ki, Möhsün Fəxrizadə Amerikanın Foreign Policy nəşri tərəfindən çap olunan dünyanın 500 ən güclü insanı siyahısında yer alan beş İranlı nüfuzlu alimdən biridir.[5]

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə dəfə çıxışlarında İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri olan nüvə alimi Mohsen Fəxrizadənin bu ölkənin nüvə texnologiyası sahəsində mühüm şəxslərdən biri və İsrailin hədəfində olduğunu demişdi.[6]

Korona epidemiyası ilə mübarizə

İranda Korona epidemiyası başlayarkən və Ağciyər, ürək xəstəlikləri baş verərkən, İran Müdafiə Nazirliyi İran Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edərək diaqnostika dəsti və ürək-damar xəstəliyi peyvəndi də daxil olmaqla lazımi avadanlıqları hazırlamışdır. İran Müdafiə Nazirliyinin korona peyvəndi artıq sınaq ərəfəsində idi. İran Müdafiə naziri Fəxrizadənin, Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının sədri olaraq bu kəşfdə mühüm rol oynadığını bildirdi.[7]

Ölümü

27 noyabr 2020-ci ildə İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri, nüvə alimi Möhsün Fəxrizadəyə sui-qəsd olub.[8] Günorta saatlarında bir qrup silahlı şəxs Tehran yaxınlığında aliminin olduğu avtomobilə hücum edib. Mühafizəçilər və silahlılar arasında güclü atışma baş verib. Qarşıdurma zamanı M.Fəxrizadə ağır yaralanıb və xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.[9]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.